Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reks Tillersonun istefası ABŞ-ın xarici siyasətinə necə təsir edəcək?


Politoloq: “Tillersonun komandasının yürütdüyü siyasətlə ABŞ prezident admistrasiyasının arasında müəyyən fikir ayrılıqları var idi”


“Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin, yəni Mayk Pompeonun xarici siyasət idarəsinin başına gətirilməsi o deməkdir ki, bu vaxta qədər İrana bağlı olan siyasətdə müəyyən korrektələr aparılacaq və İrana qarşı sərt mövqe ortaya qoyulacaq”.

Bu sözləri politoloq Natiq Miri Reks Tillersonun istefasını və bu istefadan sonra ABŞ-ın xarici siyasətində olacaq dəyişiklikləri PİA.AZ-a şərh edərkən qeyd edib.

Donald Tramp ABŞ dövlət katibi Reks Tillersonu istefaya göndərdi və onun yerinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu gətirəcəyini açıqladı. Tillerosonun yola salınacağı uzun müddətdən bəri müzakirə olunsa da, həm Tramp, həm də dövlət katibi fürsət düşdükcə bunu inkar edirdi. Nəhayət, sərəncam verildi və Tillerson 13 aydır tutduğu postu tərk etməli oldu. 

Tramp istefa barədə qərarı özünün "Tvitter" hesabından açıqladı. Dövlət Departamentindən isə bildiriblər ki, Trampın istefa qərarı ilə bağlı Tillersonla şəxsi söhbəti olmayıb. Və istefa barədə tvit Tillerson üçün qəfil xəbər olub.

Reks Tillersonun istefası və onun yerinə MKİ şegi Mayk Pompeonun təyin edilməsi ABŞ-ın xarici siyasətinə necə təsir edəcək? Demək olarmı ki, Tramp artıq daha radikal və millitarist siyasət yürüdəcək və bu  beynəlxalq siyasətə necə təsir edəcək? Həmçinin Tillersonun gedişi ABŞ daxilində Trampın reytinqinə necə təsir edə bilər? Bu istefa Trampın komandasına olan etimadı artırır, yoxsa əksinə?   
 
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.



Natiq Miri: “ABŞ prezidenti Pompeo ilə xarici siyasətdə çox rahatlıqla işləyəcəyinə ümid edir və inanır”.


İrana görə Tillersonla Tramp arasında müəyyən zidiyyətlərin davam etdiyini vurğulayan politoloq Natiq Miri PİA.AZ –a açıqlamasında qeyd edib ki, bu ziddiyətin kulminasiya nöqtəsi də dünən Tillersonun vəzifədən çıxarılması ilə başa çatdı:

“Reks Tillersonun vəzifədən uzaqlaşdırılması ilə bağlı ABŞ-ın əksər media qurumları aylardır ki, yazırdılar. Buna görə də Tillersonun istefaya göndərilməsi amerika cəmiyyəti və dünya üçün surpriz olmadı. Tillersonun komandasının yürütdüyü siyasətlə ABŞ prezident admistrasiyasının arasında müəyyən fikir ayrılıqları var idi. Bu fikir ayrılıqları da əsasən İran və Şimali Koreya ilə bilavasitə bağlı idi. Yəni Tillerson xarici siyasətdə İrana qarşı sərt sanksiyaların tərəfdarı kimi çıxış etmirdi. Eyni ilə İranla bağlanan nüvə müqaviləsinin ləğvinin də tərəfdarı kimi çıxış etmirdi. Bu da təbii ki, ABŞ prezidenti Donald Trampı və onun dəstəkləyən yəhudi lobbisini çox ciddi şəkildə narahat edirdi. 

Məhz İrana görə Tillersonla Tramp arasında müəyyən zidiyyətlər davam edirdi ki, onun kulminasiya nöqtəsi də dünən Tillersonun vəzifədən çıxarılması ilə başa çatdı. Bundan sonra Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin, yəni Mayk Pompeonun xarici siyasət idarəsinin başına gətirilməsi o deməkdir ki, bu vaxta qədər İrana bağlı olan siyasətdə müəyyən korrektələr aparılacaq və İrana qarşı sərt mövqe ortaya qoyulacaq. Düşünürəm ki, birinci bu məsələdə ABŞ-ın siyasəti ilə bağlı müəyyən dəyişikliklər müşahidə olunacaq. İkinci də ola bilsin ki, Şimalı Koreyaya münasibətdə də siyasətin dəyişilməsi ilə bağlı bəzi məsələləri biz görək. Artıq bu yöndə onsuz da müəyyən yumuşalmalar müşahidə olunur. 

Hətta gələcəkdə ABŞ prezidenti ilə Şimali Koreyanın rəhbərinin görüşünün planlaşdırıldığı haqqında informasiyalar və razılaşmaların olduğu da deyilir. Amma yenə də qeyd edim ki, İran və Şimali Koreya ilə bağlı siyasətdə bəzi dəyişikliklərin, hətta ola bilsin ki, Suriyada gedən proseslərdə də ABŞ-ın müəyyən korrektələr etməsi ilə bağlı dəyişikliklərin olmasın da biz müşahidə edə biləcəyik. Çünki ABŞ-ın Suriyada elə bir ciddi, strateji siyasətinin olduğu müşahidə olunmur. Bu gün ABŞ hər hansı bir terror təşkilatı üzərindən Suriyada varlığını davam etdirir ki, bu da əslində ABŞ-ın dövlət strateji maraqlarına xidmət etməyən və ABŞ-ın hegamon gücünə zərbə vuran bir siyasətdir. 

Natiq Miri: “İran və Şimali Koreya ilə bağlı siyasətdə bəzi dəyişikliklərin, hətta ola bilsin ki, Suriyada gedən proseslərdə də ABŞ-ın müəyyən korrektələr etməsi ilə bağlı dəyişikliklərin olmasın da biz müşahidə edə biləcəyik”.


Bu baxımından düşünürəm ki, əgər həqiqətən də Mayk Pompeonun aparatında ağıllı adamlar varsa, bu yöndə də ciddi dəyişikliklərin olacağını müşahidə edəcəyik. Yox belə olmayacaqsa, bu ABŞ-la regiondakı ölkələr, o cümlədən İran-Türkiyə arasında ciddi ziddiyyətlərin yaşanacağını göstərir ki, bu da regionda çox ciddi təhlükələr vəd edir. Hətta Suriya üzərindən ABŞ-ın Rusiya ilə birbaşa qarşı-qarşıya gəlmə təhlükəsini də ortaya qoyur. Bütün bunlara görə də düşünürəm ki, çox yaxın zamanlarda Mayk Pompeonun fəaliyyəti ilə ABŞ-ın xarici siyasətində hansı dəyişikliklərin olacağını da görəcəyik.

Tillersonun gedişi ABŞ daxilində Trampın reytinqinin necə olacağını əvvəlcədən demək düzgün deyil. Çünki ABŞ ictimaiyyəti, eyni zamanda dünya ictimaiyyəti Mayk Pompeonun fəaliyyətinə görə qiymət verəcəklər. Pompeonun Mərkəzi Kəşfiyyat İdarəsindəki fəaliyyəti müəyyən mənada dövlət maraqları konteksində müsbət qiymətləndirilir. Ancaq xarici siyasətdə Pompeonun fəaliyyəti hələlik bəlli deyil. Həmçinin onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Pompeo ilə xarici siyasətdə çox rahatlıqla işləyəcəyinə ümid edir və inanır. Bu baxımdan da Pompeonun müəyyən zaman çərçivəsində fəaliyyətindən sonra artıq bu haqda fikir söyləmək mümkün olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar