Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəhim Qazıyevin “hər həftə mitinq” çağırışına müxalifətdən etiraz


Sərdar Cəlaloğlu: “Rəhim Qazıyev məsuliyyətsiz bir çağırış edib”


Bir neçə gün öncə ADP qərargahında bir qrup tanınmış müxalifət partiyası sədrinin keçirdiyi toplantıda benzinin qiymətinin artması ilə bağlı məsələnin müzakirəsindən sonra qiymət artımına etiraz bəyanatı qəbul edilib.

 Etiraz bəyanatında həmçinin xalq etiraz səsini müxalifətin ətrafında toplaşmaqla dinc şəkildə ortaya qoymağa çağırılırdı.

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev isə “p.s.-Nota” saytında müxalifətçilərin bu bəyanatına və çağırışına münasibət bildirməklə yanaşı, bəyanat müəlliflərinə və xalqa çağırış edib. Müxalifətin bəyanatını dəstəklədiyini qeyd edən Rəhim Qazıyev bütün Azərbaycan xalqını avqustun sonuncu, sentyabrın birinci şənbə-bazar günlərindən başlayaraq hər həftənin həmin günləri davamlı olaraq ümumi etiraz mitinqi keçirməyə çağırıb.

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, indiki vəziyyətdə Rəhim Qazıyevin çağırışına xalqın reaksiya verməsi və qoşulması ehtimalı yoxdur. Xalqın hansısa məsələyə görə etiraza qalxması, meydana çıxması çağırış edənlərin şəxsiyyətinə bağlı deyil, xalqın özünün psixoloji vəziyyətinə bağlıdır. Əgər xalq psixoloji baxımdan hazırdırsa, adi bir adamın çağırışı ilə də etiraza qalxa bilir. Əgər xalq etirazını ortaya qoymağa hazır deyilsə, kim çağırış edir-etsin xeyri yoxdur, xalq heç bir addım atmayacaq. Müxtəlif xalqların tarixində bir çox tarixi hadisələr bunu təsdiq edir: “Qiymət artımından niyə məhz 40 gün sonra mitinqlərə başlamaq çağırışını Rəhim Qazıyevin etməsi maraqlıdır. Özü də bu çağırış əslində kor-koranə çağırışdır. Biz isə qaş düzəltdiyimiz yerdə gözü çıxara bilərik.

Məni ən çox narahat edən budur ki, Azərbaycana müdaxilə eləmək üçün müəyyən xarici qüvvələr şərait yaranmasını gözləyir. Müdaxilələr isə ölkə daxilində müəyyən destabilizasiyanın yaranması şəraitində mümkün olur. Bizim-yəni demokratik müxalifət partiyalarının xalqı qiymət artımına etiraz etməyə çağırması ilə Rəhim Qazıyev və bu kimi qüvvələrin çağırışını eyni saymaq olmaz. Biz çağırışı etdiyimiz xalqı məhz bizim arxamızca gəlib nizamlı, demokratik şəkildə etirazını ortaya qoymağa çağırırıq, amma Rəhim Qazıyevin ”həftədə bir dəfə çıxın meydana" çağırışı kor-koranə çağırışdır. Sual olunur ki, sən belə bir çağırışı edirsənsə bəs kim o prosesi idarə edəcək, kor-koranə şəkildə baş verən hadisənin zərərli, təhlükəli, idarə, olunmaz başıpozuq prosesə çevrilməyəcəyinə təminatın varmı?!

Axı təkcə məsuliyyətdən uzaq çağırış etməklə iş bitmir. Biz isə xalqı nizamlı, dinc etiraza, taleyinə biganə qalmamağa çağırmışıq və çağırışımızın da məsuliyyətini bilirik. Biz xalqı öz arxamızca mübarizəyə çağırmışıq. “Hər həftə meydanlara çıxın, etirazınızı hər cür formada sərt şəkildə ortaya qoyun” kimi çağırışlar isə əslində bizim məqsəd və niyyətlərimizə zidd hadisələrə gətirib çıxara bilər".


S.Cəlaloğlu bildirdi ki, müasir dünya, xüsusən də bizim yerləşdiyimiz geopolitik coğrafiya qaynar qazan vəziyyətindədir. Belə bir coğrafiyada yerləşən bir ölkədə müxalifət ölkədaxili problemləri həll edərkən uzağagedən nəticələri nəzərə almayan təklif və ideyalar verərsə, bu, xalqa xəyanətdən başqa bir şey ola bilməz: “Ona görə də bizim xalqa müraciətimizlə Rəhim Qazıyevin və ya başqalarının çağırışını eyniləşdirmək olmaz. Biz xalqı siyasi qüvvələrin rəhbərliyi altında dinc, nizamlı mübarizəyə çağırmışıq, biz xalqı xaotik mübarizəyə çağırmamışıq. Biz xalqa demirik ki, küçələrə çıxın, biz deyirik ki, siyasi müxalifətin ətrafında nizamlı şəkildə dinc mübarizəyə qalxın. Rəhim Qazıyev isə məsuliyyətsiz bir çağırış edib. O çağırışında demir ki, məsuliyyəti öz üzərinə götürəcək. Çağırış eləyən adam ilk növbədə deməlidir ki, gəlin mənim arxamca. Yoxsa ki, ümumi şəkildə ”hər həftə çıxın meydanlara" çağırışı etmək yanlışdır və destablizasiyaya yol aça bilən çağırışlardır".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar