Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəhim Qazıyev azadlığa buraxıldı - 5 günə 100 manat

Sabiq müdafiə naziri Rəhim Qazıyevin barəsində Binəqədi rayon Məhkəməsinin çıxardığa 10 sutka həbs cəzasından verilən şikayət üzrə məhkəmə keçirilib


 Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Hakimlər kollegiyasının qərarına əsasən, Binəqədi rayon Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, 10 sutka həbs cəzası dəyişdirilərək cərimə  cəzası ilə əvəzlənib.

Rəhim Qazıyevın vəkili Zibeydə Sadıqova Lent.az-a açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxslə bağlı şikayətləri təmin edilməyib: “Belə ki, biz bəraətverici əsaslarla işə xitam verilməsini istəmişdik. Lakin bizim şikayətimiz təmin edilmədi. Hakim Rəhim Qazıyev barəsində 10 sutka həbs cəzasın; 100 manat cərimə ilə əvəzlədi. Lakin onun 5 gün həbsdə yatdığını nəzərə alaraq, həmin cərimə də ödənmiş hesab edildi və azadlığa buraxıldı".

***

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevin barəsində olan qərardan verdiyi apellyasiya şikayətinin vaxtı açıqlanıb. Lent.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov özünün feysbuk səhifəsində məlumat verib. Onun sözlərinə görə, R.Qazıyevin şikayətinə bu gün Bakı Apellyasiya Məhkəməsində, hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, R.Qazıyev bir neçə gün əvvəl Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 10 sutkalıq həbs edilib. O, küçədə söyüş söymədə ittiham olunur.

Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.(lent.az)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar