Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəhbəri həbsdə olan A.M.A.Y. iflas edir


Əksər ticarətçilər adətən, saat 18:00-dan sonra mağazalarını açırlar; alıcı olmasa da qiymətlər bahadır


Bu ilin fevral ayında manatın 35 faiz devalvasiyasından sonra paytaxt Bakıda bir sıra sahibkarlar müştərilərin azlığını, vergi xərclərinin isə yüksək olduğunu əsas gətirərək obyektlərini bağladılar. 

Araşdırmamız nəticəsində öyrəndik ki, bağlanan obyektlərin əksəriyyəti geyim mağazaları olub. Mağazalarını bağlanmayanlar isə kəskin endirimlərə gedərək, müştəri qazanmağa çalışırlar. Şəhərin mərkəzində yerləşən mağazaların əksəriyyətində 70 faiz endirimdə olan geyimlərə rast gəlmək olur.

İqtisadçılar hesab edirlər ki, bir neçə ay sonra, neftin qiymətinin aşağı düşməsi, manatın isə dollara nisbətdə ucuzlaşması səbəbindən geyim satışı ilə məşğul olan mağazaların vəziyyətləri daha da acınacaqlı olacaq.

Sosial mediada aparılan müzakirələrdə isə ölkədə ən acınacaqlı vəziyyətdə olan ticarət mərkəzləri sırasında, birinci yerdə A.M.A.Y ticarət mərkəzinin adı çəkilir.  Məlumatlara görə, ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin həbsindən sonra burada vəziyyət daha da ağırlaşıb.

İddiaların nə dərəcədə doğru olduğunu yoxlamaq üçün adı çəkilən ticarət mərkəzində olub.

A.M.A.Y-da  olduğumuz zaman ilk baxışdan vəziyyətin deyildiyi kimi, gərgin olduğunun şahidi olduq. Biz qapıdan içəri daxil olarkən satıcıların ticarət mərkəzinin girişində durub, yoldan keçən toy karvanına baxırdılar. Satıcılar dərindən ah çəkərək şikayətlənirdilər ki, artıq toy ərəfəsində də camaat gəlib özünə geyim almır.

Ticarət mərkəzi 8 mərtəbəli olsa da, mağazalar ancaq birinci mərtəbədə fəaliyyət göstərir. Birinci mərtəbədə fəaliyyət göstərən mağazaların əksəriyyətinin qapısını bağlı gördük. Bunun səbəbini Rasim adlı satıcı belə izah etdi: “Alıcı yoxdur. Həftənin şənbə və bazar günləri bir-iki alıcıya rast gəlmək olur ki, onlar da sadəcə, baxmağa gəlirlər. Qiymətlərimiz də baha deyil ki, deyək buna görədir. Bu baxımdan da əksər mağaza sahibləri gündüz vaxtı mağazanı heç açmırlar. Alıcılar adətən, saat 18:00-dan sonra gəldikləri üçün satıcılar da elə həmin vaxtı gəlib mağazalarını açırlar. Çoxları isə icarə haqqını verə bilmədiyi üçün ümumiyyətlə, mağazanı bağlayıb, çıxıb gedib. Ötən illərlə müqayisədə ”AMAY"da 10-dan çox mağaza fəaliyyətini dayandırıb. Səbəb isə müştərinin azlığı və icarə haqqının baha olmasıdır. Oğlanlar olub ki, burada aya 1000 manat icarə haqqı verib. İndi isə camaatda pul olmadığı üçün alış-veriş də aşağıdır. Bu baxımdan icarə vermək də olmur. Vallah, burada icarədarlar müştəri görəndə sevinir. Müştəri üzünə həsrətik. ASAN Xidmət Mərkəzi bura köçürülsə də, ora gələn camaat da mağazalara girmirlər".

Mağazaları gəzib qiymətlərlə maraqlandıq. Bəzi icarədarlar artıq qış geyimlərini satışa çıxarıblar. Satıcılar deyirlər, bizim camaatda bir psixologiya var ki, qışın malın yayda, yay geyimlərini isə qışda alırlar. Bizdə ona görə yay olmasına baxmayaraq, qış malları satırıq ki, heç olmasa gəlir əldə edək.

Lakin bir məqamı da qeyd edək ki,  A.M.A.Y-ı gəzdiyimiz zaman heç bir endirimin şahidi olmadıq. Demək olar ki, heç bir mağazanın üzərində endirimlə bağlı elan yox idi. A.M.A.Y-da geyimlərin digər ticarət mərkəzləri ilə müqayisədə baha satıldığını müşahidə etdik. Bunu isə satıcılar müştərinin azlığı, icarə haqqının isə baha olması ilə əlaqələndirdilər.
Bəs A.M.A.Y-da qiymətlərin baha olmasının səbəbi nədir?

Məsələ ilə bağlı iqtisadi ekspert Oqtay Haqverdiyev   bildirib ki, icarədarlar icarə haqqını və gələcək riskləri nəzərə alaraq, əllərində olan malları baha qiymətə satırlar:

“Ümumiyyətlə, dünya praktikasına görə  əgər bir ticarət mərkəzinin iqtisadi riskləri çoxdursa, bağlanma təhlükəsi daha böyükdürsə, orada icarədarlar hər zaman əllərində olan malları baha qiymətə satmağa çalışırlar. Bakıda da  belədir. Hazırda ölkəmizdə mağazalar var ki, onların qarşısında 70 faiz endirim olduğu barəsində məlumat lövhələri vurulur. Bir mağazanın əlində olan malı 70 faiz ucuz satması iqtisadi baxımdan mümkün deyil. Bu yalnız o zaman baş verir ki, icarədar mövsüm zamanı baha satdığı məhsulu, mövsüm bitdikdən sonra maya dəyərinə yaxın qiymətə satır. Müştərilərin az olduğu zaman qiymətin yuxarı olmasının isə səbəbi dediyim kimi, risklərlə bağlıdır”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar