Xəbər xətti

19 NOYABR

21:55 ABŞ generalı Trampın nüvə zərbəsi barədə əmrini yerinə yetirməyəcəyini bəyan edib

21:45 İranda Şəhriyarın büstünü dağıtdılar

21:40 Handenin yataq otağında onun şəkli var

21:33 Türkiyənin məşhur ağır atleti Naim Süleymanoğlu dəfn edilib

21:22 Qadını döyərək öldürüb, sonra onunla cinsi əlaqədə olub

21:05 "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır"

20:50 Sabunçuda kütləvi dava: iki nəfər bıçaqlandı

20:33 Jirinovski Putini “Ali hökmdar” adlandırmağa çağırdı

20:20 Saakaşvilinin sürücüsünü amansızcasına döydülər

20:10 İtaliyada zəlzələ olub- 4,4 bal gücündə

19:50 Bakıda universitetin qarşısından tələbə qız qaçırıldı

19:40 Əfqanıstan xüsusi təyinatlıları “Talibanın” əsir saxladığı30 nəfəri azad edib

19:20 “Qəbələ” səfərdə “Neftçi”ni məğlub etdi

19:12 Rusiyanın xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb

19:05 Saakaşvili: Ukraynanın baş naziri olmağa hazıram

18:33 Şamaxıda qəzada 3-ü bir ailənin üzvü olmaqla, 4 nəfər ağır xəsarət alıb

18:20 Qaxda çətin keçilən dağlıq ərazidəki yanğın söndürüldü

18:05 Siyəzəndə “Mercedes” işıq dirəyinə çırpılıb- Ölən və yaralanan var

17:50 Çin 2030-cu ildə futbol üzrə dünya çempionatınaev sahibliyi etməyi planlaşdırmır

17:40 Tatlıses yeni sevgilisi ilə sarmaş-dolaş

17:33 Suriyada terrorçular dəyirmanı raket atəşinə tutublar:12 ölü, 27 yaralı

17:23 Brüsseldə Qarabağ forumu: Bakının daha bir diplomatik həmləsi

17:17 Zimbabve prezidenti aclıq aksiyasına başlayıb

17:12 “Quska“ Hacı İbrahimin kabinetini necə gülləboran etdirib

17:05 Ağstafada avtomobilin vurduğu 8 yaşlı uşaq ölüb

16:50 Bütün dövrlərin və xalqların ən varlı adamı Mali imperatoru mansa Musa

16:45 Prezident İlham Əliyev icra başçısını təltif edib

16:40 Ermənistanda çavuş və əsgər hərbi hissədən qaçdı

16:23 Azərbaycan məhsullarının Rusiyaya ixracı ilə bağlı yeni razılıq əldə edilib

16:18 Türkiyə 2026-cı il Qış Olimpiya Oyunlarınaev sahibliyi edə bilər

16:12 "NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur"

16:05 Fransada polis 3 nəfəri qətlə yetirib

15:49 Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir

15:37 Türkiyə sahillərində zəlzələ olub - 4,2 bal gücündə

15:30 Bakıda universitetin qarşısından tələbə qızı qaçırdılar

15:21 Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu

15:10 Lavrov İrəvanda Qarabağ məsələsini müzakirə edəcək

14:59 Şimali İraq Kürd Muxtariyyəti müstəqillik referendumunun nəticələrini ləğv edəcək

14:48 Bakıda yeni doğulan körpəni küçəyə atdılar

14:40 Qazaxda faciəvi hadisə: 24 yaşlı oğlan öldü, xeyli yaralı var

14:33 Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçirilir

14:25 Yeni Kaledoniya sahillərində 6,7 maqnitudalı zəlzələ olub

13:54 Dünyanı dəyişəcək 5 texnologiya

13:43 “Əli Mirəliyevin acığına...” - Səməd Səmədov

13:35 Bakıda gənc qız gecə klubunda döyüldü

13:23 Azərbaycan dördüncü peykini nə vaxt buraxacaq?

13:17 İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub

13:11 Suriya kürdləri ümidlərini Rusiyaya bağlayıblar

13:05 Almaniyada “ermənilərin soyqırımı” abidəsi açıldı

12:58 General Trampa qarşı çıxdı: “Onun əmrini yerinə yetirməyəcəm”

12:53 Oğuzda təbiətə ziyan vuran 51 nəfərə qarşı protokol tərtib olunub

12:45 NATO Rusiyanın zərbələrini dəf edə biləcəkmi?

12:33 Naxçıvanda hərbi təlimlər davam edir - Video

12:27 Sabah hava küləkli, çiskin olacaq

12:18 İmişlidə ağır qəza - 1 ölü, 2 yaralı

12:10 “Uçan” piyada zolağı istifadəyə verildi

12:03 Təcavüz qalmaqalı filmi təxirə saldı

11:56 Şirkət maşını dirəyə çırpıldı: Ölən və yaralanan var

11:49 Avropa İttifaqı Türkiyəyə maliyyə yardımını azaldacaq

11:38 Rusiyalı oliqarxın yaxtası Floridaya yan aldı: Tramp ailəsi ilə ziyafət?

11:30 Polis ailəsini güllələdi, intihar etdi - İtaliyada

11:23 Lazarevı qısqandığını etiraf etdi

11:18 Konte: ““Qarabağ”la oyun ən vacib qarşılaşmadır”

11:11 Cocuq Mərcanlıya çəkiləcək kanal ərazisi minalardan təmizlənir

11:07 Erməni diasporasının Trampa təsir gücü və Dağlıq Qarabağ

11:01 Parisdə Makrona qarşı aksiya keçirilib

10:56 Qaxda yanan meşə ərazisi deyil, otlaq sahəsidir - Yenilənib

10:51 Pekində yanğın nəticəsində 19 nəfər ölüb

10:45 Teymur Rəcəbov liderlər qrupunda

10:38 Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlandı

10:33 Son nəfəsində yanında ola bilmədim...

10:27 Üç milyon dollara nömrə aldı

10:21 “NATO-ya etibar ciddi suallar doğurur”

10:16 Bu gün Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək

10:10 Volqoqradda 30 nəfərin qalıqları aşkarlandı

10:05 Bu gün bürcünüz nələr vəd edir?

10:00 Atəşkəs 135 dəfə pozulub

18 NOYABR

22:00 Dünyanın ən bahalı 10 yeməyi

21:51 Aİ üzvü olan ölkələrin vətəndaşlarının sosial hüquqlarına dair bəyannamə imzalanıb

21:44 Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var

21:30 Bir gündə iki dəfə cekpot qazandı

21:23 Rusiyanın bombardmançı təyyarələri İŞİD-in mövqelərinə zərbə endirib

21:15 Elif Şafak nüfuzlu mükafata layiq görülüb

21:03 “VAZ” radar dirəyinə çırpıldı - Ölən var

20:49 Ərdoğan NATO-nun üzrxahlığını qəbul etməyib

20:40 Bakıda yanğın: Sakinlər təxliyə edilib

20:27 Mütəxəssislər laboratoriya şəraitində kiçik beyin yetişdiriblər

20:20 KXDR-in raket hücumu əleyhinə plan hazırlanıb - ABŞ-da

20:08 Zimbabve prezidenti postunu tərk etmək niyyətində deyil

19:59 Dünyanın ən böyük hava gəmisi Britaniyada qəzaya uğrayıb

19:48 Azərbaycanda ayaqqabı istehsalı 35% azalıb

19:37 Rusiya yeni “İskəndər-M” raketini sınaqdan keçirib - Video

19:29 Abdolbari Goozal döyüldü, seyfindən 180 min dollar aparıldı...

19:21 Zakir Həsənov dəniz poliqonunda təlimləri izlədi - Video

19:05 Azərbaycanda pilotsuz uçan aparatlar elektron formada qeydiyyatdan keçiriləcək

18:53 Premyer Liqa klubu ən bahalı stadiona sahib olacaq

18:40 “Eurovision 2018”ə biletlərin satış tarixi açıqlandı

18:26 “Mehdiyev dedi, ağa mənəm, uzağı cibimdən 10 min verə bilərəm...”

18:10 Türkiyə, Rusiya və İran XİN başçılarının üçtərəfli görüşü keçiriləcək - Antalyada

18:08 Mətbuat Şurası “reket” KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb

18:00 “Kəpəz”in baş məşqçisi istefa verib

17:49 Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək

17:35 Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanıldı

17:28 Məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat edib

17:20 Telman İsmayılovu Daşkənddə görüblər

17:09 Azərbaycanda növbəti zəlzələ oldu

17:00 Bakıda 19 yaşlı qız itkin düşüb

16:52 Alla Puqaçova ilə Maksim Qalkinin toyu oldu - Fotolar

16:43 Braziliyanın futbol yığması dünyada ən bahalı heyətdir

16:30 Tovuzda 12 yaşlı uşaq ağacdan yıxıldı

16:23 “ABŞ ermənilərin 50 faizdən çoxuna viza verməkdən imtina edir”

16:16 DÇ-2018-in ən varlısı açıqlandı

16:10 İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib

16:05 Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib - Siyahı

15:55 Yeni ili keçirmək üçün ən çox arzulanan şəhərlər- Siyahıda Bakı da var

15:45 Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək

15:40 Tovuzda 29 yaşlı gənc bıçaqlanıb

15:33 Rusiya millətçi vətənpərvərləri Qarabağ münaqişəsi barədə

15:20 “Elşad və Dəryaya görə bizi narkoman kimi tanıyırlar“ - Anar Nağılbaz

15:12 Zimbabvedə nümayişlər başladı - Muqabenin istefası tələb olunur


ANALİZ

...

Regionda növbəti İran-ABŞ qarşıdurması

Tarix 08.11.17, 9:45

Font ölçüsü : - / +
bitmap-img6

ABŞ və müttəfiq dövlətlərlə İran arasında son günlər sürətlə yüksələn gərginlik nəyə işarədir?


ABŞ prezidenti Donald Tramp 1979-cu ildə İrana qarşı birtərəfli qaydada tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadıb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

“ABŞ-İran münasibətləri indiyədək normallaşmayıb. Amerika lideri bununla əlaqədar 12170 saylı fərmanla İrana qarşı tətbiq edilmiş fövqəladə vəziyyət rejimini uzatmaq qərarına gəlib”, - deyə, şərhdə qeyd olunub.

Xatırladaq ki, oktyabrın 15-də ABŞ prezidenti İran və “altılıq” (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) ölkələri arasında imzalanmış nüvə sazişində nəzərdə tutulan İrana qarşı sanksiyaların dondurulması qanununu imzalamayıb. İki ay ərzində Konqres layihəni müzakirə edəcək və müvafiq qərar verəcək. Trampın hazırkı qərarı isə İranda inqilabdan sonra ABŞ səfirliyinə hücumdan sonra bu ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan gedir. Trampın hərəkətləri göstərir ki, o, sələfi Obamanın əksinə olaraq İranla qarşıdurmada maraqlıdır. Bunu Tramp özü də gizlətmir. Vəzifəyə gəldikdən sonra verdiyi açıqlamalarında Tramp İranı tənqid edib, onu Yaxın Şərqdə sülhə təhdid adlandırıb. Digər tərəfdən, Ağ Evin hazırkı sahibinin İsrail və Səudiyyə Ərəbistanı ilə yaxın münasibətlərdə olması onu onsuz da İrana qarşı sərt xəttə dartır.

Son günlər İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər yenidən gərginləşib. Bunun isə iki əsas səbəbi var. Birincisi Livanda baş verən siyasi böhrandır. Livanın baş naziri Saad Həriri ər-Riyada gedib və bu ölkədən televiziya ilə müraciət edərək istefa verdiyini bildirib. Ancaq eyni zamanda istefa çıxışında İranı sərt şəkildə tənqid edib, Tehranı bölgədə sabitliyi pozmaqda, təxribatlar törətməkdə ittiham edib. Bundan başqa, İrana yaxın Hizbullah təşkilatını da pisləyən Həriri həyatına təhlükə olduğunu və atası kimi sui-qəsdə məruz qala biləcəyini deyib.

Maraqlıdır ki, istefasından bir neçə gün əvvəl Həriri İranın sabiq xarici işlər naziri, dini liderin xarici siyasət üzrə məsləhətçisi Əliəkbər Vilayəti ilə görüşüb. Daha sonra isə Səudiyyə Ərəbistanına gedib və burada vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşdükdən sonra istefasını elan edib. Bu hadisədən bir neçə saat sonra Yəməndə hazırda hakimiyyəti ələ keçirmiş Husi üsyançıları Səudiyyə Ərəbistanına ballistik raket atıblar. Raket ər-Riyad Kral Xalid adına Beynəlxalq Hava Limanı yaxınlığında vurularaq salınıb.

ABŞ prezidenti Donald Tramp da Səudiyyə ərazisinə raket atılmasını təxribat adlandırıb və İranı ittiham edib.

İran XİN sözçüsü Bəhram Qasimi ər-Riyadın ittihamını gülünc adlandırıb. İnqilab Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri Amerika prezidenti Donald Trampın Yəməndən Səudiyyə Ərəbistanına raketin atılmasında Tehranı ittiham etməsi ilə bağlı bəyanatını təkzib edib. O, İranın Yəmənə raket vermədiyini qeyd edib və Trampın İrana qarşı çox bəyanatını əsassız adlandırıb.

Həm İran və Səudiyyə Ərəbistanı arasında baş verənlər, həm də ABŞ prezidentinin İranla bağlı son bir ayda atdığı addımlar Yaxın Şərqdə qarşıdakı dövrdə təzyiqin daha da yüksələcəyini göstərir. Üstəlik, İraq və Suriyada böyük müharibənin başa çatması, həmçinin Səudiyyə Ərəbistanı daxilində baş verənlər Qərb blokunun yeni gərginlik ocağı yaratmasını qaçılmaz edir. Gərginlik ocaqlarının Qərbin regiondakı müttəfiq dövlətlərinin daxilinə keçməsi yaxşı perspektiv vəd etmir. Bu səbəbdən də gərginlik ocağının İran üzərinə daşınması indiki mərhələdə ABŞ-ın müttəfiqləri üçün vacibdir. Bu mənada qarşıdakı aylarda İranla gərginliyin artacağı və hətta iki il əvvəlki səviyyəyə çatacağını gözləmək olar. Əks təqdirdə, Səudiyyə Krallığı daxilində baş verənlər, eləcə də İraq və Suriyada savaşın başa çatması prosesi körfəz ərəb dövlətləri üçün ciddi problemlərə səbəb ola bilər. Görünür ki, məhz bu səbəbdən də yaxın zamanlarda daha böyük miqyaslı yeni regional münaqişənin başlaması gözləmək lazımdır. İrana qarşı hərbi əməliyyatlar daha çox risk tələb etdiyi üçün indi nisbətən “zəif bənd” Livan-Fələstin xətti hesab olunur. Fələstində nisbi sabitlik bərpa olunduğu və HƏMAS-Fəth cəbhəsində sülh əldə olunduğu üçün gözlər indi Livandadır. Yaxın Şərqdə İranın ən yaxın müttəfiqi və necə deyərlər, güclü olduğu ölkə Livandır. Hizbullah vasitəsilə faktiki olaraq Bəşər Əsəd xilas oldu. Bu səbəbdən də hazırda həm İsrail, həm də Bəşər Əsəd əleyhinə cəbhənin əsas hədəfi Hizbullahdır. Livanda baş nazirin istefası siyasi böhrana çevrilmə yolunda ciddi bir addımdır. Həririnin istefası Livanda onsuz da kövrək olan sabitliyi daha da zəiflədəcək.

Əgər bu ssenari effekt versə, o zaman yaxın aylarda Livanda daxili siyasi böhran və ardınca bu ölkəyə qarşı İsrail müdaxiləsi qaçılmaz olacaq. İsrail indi İranın regiondakı ən əsas gücünü Livanda məhv etməyə çalışır. Digər tərəfdən, 11 il əvvəl ilk dəfə İsrail məhz Hizbullah qarşısında uğursuzluğa düçar olub. Livana, yəni Hizbullaha qarşı növbəti müharibə İsrailin həm də qisas əməliyyatıdır. Bunu Təl-Əviv rəsmiləri də gizlətmir. Bu səbəbdən də ehtimal ki, növbəti “vəkalət savaşının” ünvanı Livan olacaq. Təbii ki, yerli siyasi qüvvələrin ağıllı addımları olmasa.(musavat.com)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Almaniyada “ermənilərin soyqırımı” abidəsi açıldı

bitmap-img3

Rakurs

BDU-nun dosentindən nazirə və DİM sədrinə açıq məktub

bitmap-img3

Seçmələr

Hacıbala Abutalıbov Kərəm Həsənovu məhkəməyə verdi - İddia

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru