Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Regionda ən baha banan Azərbaycandadır


Bu məhsulu ölkəyə ancaq bir şirkət gətirir


Bu ilin birinci rübündə Azərbaycana Ekvadordan 7 min 130 ton banan gətirilib.

 İdxal 63 faiz artıb. Amma əsas məsələ bu deyil. Ötən ilin eyni dövründə Azərbaycan gömrüyündə kiloqramı 91,3 sentə (təxminən 1 manat) rəsmiləşdirilən banan indi daha aşağı qiymətə – 77 sent yarıma (1 manat 30 qəpik) bəyan edilir. Hərçənd, martdan bəri ölkədə bananın satış qiyməti indiyədək görünməyən həddə – 3 manat 50 qəpiyə qalxıb.

Azərbaycana banan idxalının uzun illərdir ki, inhisarda saxlandığı bildirilir. Dövlət Gömrük Komitəsi bu tipli ittihamları rədd edir. Komitə sədri Aydın Əliyev gömrük orqanlarının inhisarçılığa himayəçilik etməsi haqda gəzən söhbətləri yalanlayaraq, hər kəsin istənilən məhsulu Azərbaycana gətirməsinə maneənin olmadığını bildirir.

Bananın bir idxalçısı var

Hazırda bananı, eləcə də digər sitrus meyvələrini Azərbaycana bir şirkət – «Asadov Capital Azərbaycan» MMC gətirir. Şirkətin korporativ internet səhifəsində göstərilir ki, onun QazaxAstara rayonlarındakı terminallarında bananın saraldılması və sitrus meyvələrin saxlanması üçün kameraları var.

Bu şirkətin Türkiyədə 2007-ci ildə yaradılan «Asadov Emlak Gida ve Dış Ticaret Limited» şirkəti tərəfindən təsis olunduğu, yeganə payçının isə Rafiq Həmid oğlu Əsədov olduğu bildirilir. İstanbul Ticarət Palatasının məlumatına görə, şirkətin kapitalı 3 milyon 550 min türk lirəsidir.

«Bahalaşmanın arxasında inhisarçı durur»

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov banan idxalının bir əldə cəmləşdiyini bildirir. O, AzadlıqRadiosu-na deyib ki, bananın kəskin bahalanmasını başqa amillə deyil, elə inhisarçılıqla əlaqələndirmək lazımdır, çünki digər səbəb sadəcə yoxdur: «İnhisarçılar istədikləri qiymətləri qoyurlar, bazara nəzarət etməli olan qurum isə istehlakçıların keyfiyyətli və alıcılıq qabiliyyətinə uyğun məhsul almaq hüququnun qorunması üçün gərəkən tədbirləri görmür. Bu səbəbdəndir ki, regionda ən baha banan Azərbaycanda satılır».

Banan idxalında inhisarçılıq, eləcə də qiymətlərin süni şəkildə artırılması haqda iddialara «Asadov Capital Azərbaycan» MMC-nin rəhbərliyi münasibət bildirmir.

2016-cı ildə Azərbaycana 21,2 min ton banan gətirilib. Mal Azərbaycan gömrüyündə 17,6 milyon ABŞ dolları dəyərində rəsmiləşdirilib. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar