Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Regionda birdəfəlik sülhün bərqərar olmasına mane olan faktor nədir?


Zaur Məmmədov: “Ter-Petrosyan işğal olunmuş torpaqları geri qaytarmağa razı idi”


Adıgözəl Məmmədov: “Ermənistan tərəfi faktiki olaraq regionda sülhün qarşısını alan, pozuculuq fəaliyyəti ilə məşğul olan dövlətdir”.

Okyabrın 18-də ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinqdə 2013-2016-cı illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlik çıxış edib. O bildirib ki, Madrid prinsiplərinə əsaslanan altı elementın sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir. Birinci element Dağlıq Qarabağa müvəqqəti status verilməsindən ibarətdir. Onun qəti hüquqi statusu gələcəkdə tərəflərin qarşılıqlı razılığı ilə öz iradələrini ifadə etmələri vasitəsilə müəyyən olunacaq. İkinci element nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməsini, bu müddətdə təhlükəsizliyin minimal qarantiyasını və özünüidarəni nəzərdə tutur. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə mümkün ola bilməz. Dördüncü element Dağlıq Qarabağı Ermənistanla birləşdirən “Laçın dəhlizi”nin mövcud olmasını nəzərdə tutur. Bu dəhliz hərəkət etmək üçün kifayət qədər olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element təhlükəsizliyə beynəlxalq qarantiyaları, o cümlədən sülhyaratma əməliyyatını nəzərdə tutur.

Keçmiş həmsədr hətta bildirib ki, tərəflər bir neçə dəfə razılığa gəliblər. Bu, sonuncu dəfə 2011-ci ildə olub. Bəs realda tərəflərin mövqeləri bir-birinə yaxındırsa, onda regionda birdəfəlik sülhün bərqərar olmasına mane olan faktor nədir? Bu Rusiya faktoru ola bilərmi, yoxsa başqa faktorlar da var? 

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədova və Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədova müraciət edib.

Image result for adıgözəl məmmədov

Adıgözəl Məmmədov: “Regionda sülhün qarşısının alınmasında dayanan səd Ermənistan prezidenti Serj Sərksyan və onun komandasıdır”.


Rusiya tərəfinin, o cümlədən Türkiyənin bu və ya digər formada məsələnin həllində maraqlı olduğunu qeyd edən politoloq Adıgözəl Məmmədov əlavə edib ki, Ermənistanın siyasi rəhbərliyi bu vaxta qədər istər Kazan prinsiplərinin, istərsə də ondan əvvəl olan Madrid prinsiplərinin, hətta Sank-Peterburqdakı anlaşmanın pozuculuğunun tərəfi kimi həmişə özünü göstərib:

“Mən hesab etmirəm ki, regionda sülhün bərqərar olunmasında hər hansı bir faktor var. Burada əsas faktır Ermənistan tərəfinin üzərinə düşür. Yəni Ermənistan tərəfi faktiki olaraq regionda sülhün qarşısını alan, pozuculuq fəaliyyəti ilə məşğul olan dövlətdir. Məsələn biz bilirik ki, Rusiya tərəfi, o cümlədən Türkiyə bu və ya digər formada məsələnin həllində maraqlıdır. Yəni onlar ən azı regiondakı sabitliyə görə məsələnin həllində maraqlıdırlar. 

Amma çox təəssüflər olsun ki, Ermənistanın siyasi rəhbərliyi bu vaxta qədər istər Kazan prinsiplərinin, istərsə də ondan əvvəl olan Madrid prinsiplərinin, hətta Sank-Peterburqdakı anlaşmanın pozuculuğunun tərəfi kimi həmişə özünü göstərib. Vurğulayım ki, regionda sülhün qarşısının alınmasında dayanan səd Ermənistan prezidenti Serj Sərksyan və onun komandasıdır”.



Zaur Məmmədov: “Ermənistan danışıqlar masasında olan təməl prinsiplərdən qaçmağı qarşısına məqsəd qoyub”.


Politoloq Zaur Məmmədov isə qeyd edib ki, prezidentlerin son görüşündən sonra Ermənistan prezidenti Serj Sərksyanın verdiyi bəyanat, dünən isə Ermənistan XİN rəhbərliyinin, Soçi forumunda isə Jirinovskinin söylədiyi fikirlər onu göstərir ki, münaqişənin həll olunmasında Ermənistan danışıqlar masasında olan təməl prinsiplərdən qaçmağı qarşısına məqsəd qoyub:

ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarında bir neçə dəfə tərəflərin mövqelərində yaxınlaşma hiss olunub. İlk dəfə olaraq bu Ter-Petrosyanın prezidentlik dövründə baş verib. O zaman Ermənistan rəhbərliyi işğal olunmuş torpaqları geri qaytarmağa razı idi. Lakin, Qarabağ klanı buna mane oldu. Daha sonra Köçəryanın prezidentliyinin ilk dövründə ərazi mübadiləsi kimi bəzi mövzular aktual idi. 

O zaman da bəzi məsələlərdə yaxınlaşma var idi. O ki, qaldı son illərə, Madrid prinsiplərinə əsasən , və ümumiyyətlə indiyə qədər bütün danışıqların predmetini ilk növbədə işğal olunmuş ərazilərin qaytarılması, daha sonra isə Dağlıq Qarabağın statusuna aydınlıq gətirilməsindən söhbət gedir.

Prezidentlerin son görüşündən sonra Ermənistan prezidenti Serj Sərksyanın verdiyi bəyanat, dünen isə Ermənistan XİN rəhbərliyinin, Soçi forumunda isə Jirinovskinin söylədiyi fikirlər onu göstərir ki, münaqişənin həll olunmasında Ermənistan danışıqlar masasında olan təməl prinsiplərdən qaçmağı qarşısına məqsəd qoyub”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar