Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Referendum bitdi, nə olacaq? - 3 əsas istiqamət açıqlandı


“Hesab edirəm ki, Azərbaycanda referendumdan sonra üç istiqamət üzrə ciddi və çox vacib tədbirlər həyata keçiriləcək”


Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Deputatın sözlərinə görə, həmin üç istiqamətin birincisi dövlətin ümumi idarə olunması, onun gələcəkdə dünyada, regionda təhlükələrə, çağırışlara qarşı dözümlülüyünün və müqavimət gücünün artırılmasıdır: “Bu referendum buna imkan verdi və bu istiqamətdə işlər aparılacaq. Bu, birinci əsas məsələdir. Ona görə ki, ətrafa baxsanız görərsiniz ki, nə dərəcədə çətin proseslər, nə dərəcədə təhlükəli çağırışlar mövcuddur”.

S.Seyidov bildirib ki, ikinci əsas məsələ bütün sahələr üzrə islahatların aparılmasıdır: “Dünya və dünya iqtisadiyyatı tələb edir ki, iqtisadi, siyasi, mədəni - bütün sahələri əhatə edən islahatlar həyata keçirilsin. Cənab Prezident dəfələrlə bu islahatlar haqqında danışıb. Dövlət başçısına, onun apardığı islahatlara növbəti etimad bu islahatların, bu dəyişikliklərin həyata keçirilməsinə təkan yaradır”.

Komitə sədri qeyd edib ki, üçüncü əsas istiqamət Azərbaycan vətəndaşlarının hüquqlarının ən yüksək səviyyədə müdafiəsi ilə bağlıdır: “İnsan hüquqları ilə bağlı şəxsiyyətin toxunulmazlığı, torpaq mülkiyyəti, yəni Konstitutusiyaya edilən hər bir dəyişiklik Azərbaycan vətəndaşına daha yaxşı şəraitin yaradılmasına imkan verir. Hesab edirəm ki, bu üç istiqamətin hər biri yaxın zamanlarda cənab Prezidentinin siyasətində öz əksini tapacaq və bunun canlı şahidi olacağıq”.

Azərbaycan dövləti üçün xalqın mövqeyinin ən əsas məsələ olduğunu deyən deputatın sözlərinə görə, bu referendumu birmənalı şəkildə Azərbaycanın gələcəkdə daha güclü olmasına, beynəlxalq təşkilatlarda, beynəlxalq münasibətlərdə özünəməxsus yer tutmasına zəmin yaratmış proses kimi qiymətləndirmək olar: “Yəni bu reallıqdır. Beynəlxalq təşkilatlar da – Avropa Şurası, Avropa İttifaqı, eləcə də ABŞ Dövlət Departamenti, bir sözlə, bütün dünya bu referendumu tanıdı”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar