Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Referendum Türkiyəni iki cəbhəyə parçaladımı, yoxsa...?


Aqil Ələsgər: “Referendumdan sonra daxilində islahat aparılması lazım olan partiya təkcə MHP deyil. Həmçinin hesab edirəm ki, AKP-nin içində də islahatlar aparılacaq”.


Vüqar Zifəroğlu: “Sağ mərkəzdə faktiki olaraq bölünmüş vəziyyətdə olan cümhuriyyətçi və atatürkçü cameəyə sahiblənəcək yeni bir siyasi partiyanın yaranmasının şahidi ola bilərik”.

Xəbər verdiyimiz kimi aprelin 16-da Türkiyədə konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilib. Məlumdur ki, ölkə xaricində yaşayan türk vətəndaşları da referendumda aktiv iştirak ediblər. Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib. Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində Üsküdar məhəlləsindəki Safet Cabi orta məktəbindəki seçki məntəqəsində seçimini etdikdən sonra açıqlama verib. 

Referendumun ilkin nəticələri açıqlandıqdan sonra müxalifət referendumun nəticələri razılaşmadığını bəyan edib. Həmçinin referendumda qanlı hadisələr də olub. Türkiyənin Van vilayətində hakim Ədalət və İnkişaf partiyasının Muradiyyə rayonu üzrə rəhbəri İbrahim Vanlının avtomobili PKK terrorçuları tərəfindən atəşə tutulub. İbrahim Vanlıya zərər dəyməsə də, hadisə nəticəsində onun digər avtomobildə olan qardaşı oğlu Adnan Vanlı ölüb, daha bir nəfər yaralanıb. Diyarbəkir vilayətində də silahlı insident baş verib. Yabanardı kənd məktəbində təşkil edilmiş seçki məntəqəsinin qarşısında qohum olduğu bildirilən iki ailə arasında dava-dalaş düşüb. Bu zaman hər iki tərəf silahdan istifadə edib və səbəbi hələlik məlum olmayan atışma zamanı 68 yaşlı Abdulrezzak Yıldız və 32 yaşlı Şeyhmus Yıldız qətlə yetirilib. İdris Yıldız isə xəstəxanaya yerləşdirilib.

Referendumun nəticələrinə görə Türkiyənin tam olaraq iki cəbhəyə parçalanması yeni Türkiyə üçün nə vəd edir və CHP və HDP referendumun nəticələrini tanımaqdan imtana edərsə, yeni yaranacaq hakimiyyətin legitimlik problemləri ortaya çıxacaqmı və bu problemin küçələrdə çözülmə ehtimalı nə qədərdir? Həmçinin Dövlət Baxçalı Ərdoğanla koalisiya içində olsa da, görünən odur ki, MHP-lilərin böyük əksəriyyəti “hayır” deyib. MHP-nin və Baxçalının taleyini necə düşünmək olar?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Yeni Çağ” portalının baş redaktoru, araşdırmaçı yazar, Türkiyə üzrə mütəxəssis Aqil Ələsgərə və “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğluna müraciət edib.

Image result for aqil ələsgər pia.az

Aqil Ələsgər: “Ülküçülərin Baxçalının iradəsinin əleyhinə səs vermələri bir daha onu göstərir ki, artıq MHP içində fövqəladə qurultayın vaxtı gəlib çatıb”.


Türkiyədə keçirlən referendumu PİA.AZ-a şərh edən Aqil Ələsgər qeyd edib ki, referendumdan sonra AKP-nin içində də islahatlar aparılacaq. Xüsusən də yeni konstitusiyanın prezident Ərdoğana verdiyi səlahiyyətlərdən sonra Ərdoğan partiyada çox ciddi şəkildə təmizlik işləri aparacaq:

“Əslində Türkiyədə demokratiya qələbə çaldı və bir daha göstərildi ki, Türkiyə demokartiya yolunda gedir. Bidliyimiz kimi Türkiyə referendumunda xalqın yarıdan çoxu “hə” dedi, amma yarısı da öz mövqeyin qorudu. Referenduma verilən səs əslində 2014-cü ildə R.T.Ərdoğana verilən səslərlə təxmini eyni oldu. Bu fakt da bir daha onu göstərdi ki, xalqın əksəriyyəti prezidentə olan sevgilərindən, sayğılarından dolayı referenduma “hə” dedilər. Onu da qeyd edim ki, həm prezidentin, həm baş nazirin, həm də partiyaların verdikləri birlik mesajları onu göstərir ki, Türkiyəni asanlıqla kimsə, parçalaya bilməz. Türkiyədə bundan sonra daha çox birləşdirici fikirlərə üstünlük veriləcəyin təxmin edirəm. Türkiyənin parçalanmasın gözləyənlər bilməlidirlər ki, Türkiyə çox sınaqlardan keçib və Türkiyə asanlıqla parçalana bilməz.

Birinci onu qeyd edim ki, ümumiyyətlə HDP seçki prosesində çox zəif iştirak etdi. Yəni R.T.Ərdoğanın da dediyi kimi sanki onlar seçki prosesinə könülsüz də olsa belə, qoşulmaq təəssüratı yaratdılar. Amma referendumla bağlı CHP-in iddiaları var. Bu iddialar da araşdırılır. Məsələ burasındadır ki, seçik kurumu bildirib ki, həmin yerlərdə, eyni məntəqələrdə həm də AKP-nin və MHP-nin nümayənlərini iştirakı ilə o bülletinlər hesablanıb. Üstəlik bir məsələ də var ki, 100 min möhürsüz bülletinlər olsa belə, bu seçki nəticələrin dəyişə bilməz. Çünki “evet”lə, “xeyir” arasında 1 milyona qədər fərq var. Təbii ki, hər seçkidə narazılıqlar olur və uduzan tərəf əlbəttə, bununla bağlı narazılığın bildirir. Amma Türkiyədə keçirilən seçki prosesinə asanlıqla kiminsə, saxtakarlıq edəcəyi mümkündür.

Aqil Ələsgər: “AKP-nin də içindəki gizli FETÖ-çuların “xeyir” dedikləri ortadadır”.


Yenə qeyd edim ki, hər seçkinin öz qalıbı və məğlubu olur. Bu seçkilərdə sadəcə MHP və Baxçalını göstərmək düzgün deyil. Çünki eyni zamanda AKP-nin də içindəki gizli FETÖ-çuların “xeyir” dedikləri ortadadır. Qeyd edim ki, dünənki referendum seçkilərində nə Davudoğlu, nə Abdulla Gül, nə Bülent Arınç, nə də digərləri ümumiyyətlə seçki prosesində iştirak etmədilər. Yəni referendumdan sonra daxilində islahat aparılması lazım olan partiya təkcə MHP deyil. Həmçinin hesab edirəm ki, AKP-nin içində də islahatlar aparılacaq. Xüsusən də yeni konstitusiyanın prezident Ərdoğana verdiyi səlahiyyətlərdən sonra Ərdoğan partiyada çox ciddi şəkildə təmizlik işləri aparacaq. 

MHP-də isə Miral Akşener, Sinan Oğan və Ümit Özdağ kimi müxaliflər öz ağırlıqlarını ortaya qoydular və MHP içindəki müxalifət birlikdə hərəkət edərək güclərini nümayiş etdirdilər. Yəni onlar birlikdə Baxçalıya qarşı çıxdılar. Böyük ehtimalla bundan sonrakı plan MHP-nin növbəti qurultaya getməsi olacaq. Bu qurultayda da Baxçalı varisini önə sürəcəyini və özünün siyasətdən gedəcəyini düşünürəm. Çünki həm Mersində, həm Adanada, həm də digər MHP qalalarında açıq şəkildə Baxçalının sözünün əleyhinə səs verilməsi bir daha onu göstərir ki, artıq MHP içində fövqəladə qurultayın vaxtı gəlib çatıb”. 



Vüqar Zifəroğlu: “Türkiyənin iqtisadi və siyasi ağırlığında önəmliu pay sahibləri olan iri şəhərlərin-İstanbul, Ankara, İzmir, Antalyada nəticələrin “xeyir” olması da qabardılası faktdır”.


Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri isə qeyd edib ki, siyasi düşərgələrdə yaxın müddət ərzində MHP, CHP və elə AKP-nin özündə maraqlı yenilənmələrə və dəyişikliklərə, qopmalara şahidlik edə bilərik. Gələn il, yeni parlament seçkiləri keçirilə bilər ki, nəticəsini indidən proqnozlşdırmaq çətindir. Bu hətta təkpartiyalı iqtidar dönəmini bitirə bilər:

“Referendiumun nəticələri ilk növbədə onu göstərdi ki, Türkiyə cəmiyyətinin özündə bu dəyişikliklərə münasibət birmənalı deyil. Təbii ki, bütün bunlar, qarşıdakı müddət ərzində qardaş ölkənin siyasi həyatında ciddi proseslərin gedəcəyini də xəbər verir. Bildiyiniz kimi, Konstitusiya cəmiyyətin əksər hissəsinin düşüncələrini, baxışını özündə əks etdirən ictimai aktdır. Bu mənada, 51 faizlə qəbul edilən Konstitusiya barədə fikirlərin gələcəkdə Türkiyənin daxilində sabitliyi pozmaq istəyən qüvvələrin əlində manipulyasiya alətinə çevriləcəyini söyləmək mümkündür. Ehtimal etmək olar ki, bir müddət sonar yeni dəyişikliklər gündəmə gəlsin və daxili sabitliyin qorunmasi və milli bütünlüyün təmin edilməsi məqsədi ilə buna gedilsin. 

Vüqar Zifəroğlu: “Hətta Türkiyədə təkpartiyalı iqtidar dönəmi bitə bilər”.


Təbii ki, burada həm də Türkiyənin iqtisadi və siyasi ağırlığında önəmliu pay sahibləri olan iri şəhərlərin- İstanbul, Ankara, İzmir, Antalyada nəticələrin “xeyir” olması da qabardılası faktdır. 

Siyasi düşərgələrdə isə yaxın müddət ərzində MHP, CHP və elə AKP-nin özündə maraqlı yenilənmələrə və dəyişikliklərə, qopmalara şahidlik edə bilərik. Gələn il, yeni parlament seçkiləri keçirilə bilər ki, nəticəsini indidən proqnozlşdırmaq çətindir. Bu hətta təkpartiyalı iqtidar dönəmini bitirə bilər. Eyni zamanda sağ mərkəzdə faktiki olaraq bölünmüş vəziyyətdə olan cümhuriyyətçi və atatürkçü cameəyə sahiblənəcək yeni bir siyasi partiyanın yaranmasının şahidi ola bilərik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar