Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Real iqtisadi vəziyyət və statistika: Şişirdilmiş rəqəmlər bizi hara sürükləyir?


Nazim Bəydəmirli: “Əgər bu qədər əkin sahələri varsa, niyə Azərbaycan kənd təsərrüfatı məhsullarını idxal edir və hər il bu idxal daha da artır?”


“Hər kəs öz işini yuxarıların gözündə yaxşı göstərmək üçün real iqtisadi göstəriciləri şişirdir”

Bu fikirləri PİA.AZ-a iqtisadçı Nazim Bəydəmirli Statistika Komitəsinin məlumatları ilə real iqtisadi vəziyyətin arasında yaranan fərqliliyə münasibət bildirərkən qeyd edib.  

Xatırladaq ki, son zamanlar bir neçə iqtisadçı ekspert ölkədə real iqtisadi durumun Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarından fərqli olduğunu söyləyir. Ekspertlərin fikrincə Statistika Komitəsinin məlumatları həqiqəti əks etdirmir və daha çox SSRİ zamanında olduğu kimi şişirdilmiş rəqəmlərlə insanları həyat səviyyəsinin yüksək olduğu göstərməyə çalışırlar. Halbuki real vəziyyət və real rəqəmlər tamamilə fərqli bir iqtisadi duruumdan xəbər verməkdədir.

Mövzu iklə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan İqtisadçılar Klubunun prezidenti, iqtisad elömləri namizədi Nazim Bəydəmirlinin fikirlərini öyrənib. 

Nazim Bəydəmirli.jpg

Nazim Bəydəmirli: “Bu məsələdə təkcə Statistika Komitəsinin günahlandırılmasını ədalətli hesab etmirəm”.


Mövzu ilə bağlı PİA.AZ-a danışan Nazim Bəydəmirli digər həmkarlarının fikri ilə razılaşır, lakin hesab editr ki, bu problemlə bağlı təkcə Statistika Komitəsinin günahlandırmaq ədalətli yanaşma deyil.  Ekspert  hesab edir ki, iqtisadi qurumların və dövlət idarələrinin rəhbərləri  yuxarıların yanında özünü yaxşı göstərmək üçün rəqəmləri şişirdir. Bu da sonucda DCK-nın rəqəmlərinə birbaşa təsir edir və ən əsası bu şişirdilmiş rəqəmlər sonucda vətəndaşın iqtisadi vəziyyətini bir xeyli çətinləşdirir:

“Əvvəla onu qeyd edim ki, Statistika Komitəsi yerli icra hakimiyyəti strukturlarından, mərkəzi icra orqanlarından və nazirliklərdən və Nazirlər Kabinetindən daxil olan rəqəmləri ümumiləşdirib statistik məlumatları yayır. Ona görə də bunda təkcə Statistika Komitəsini günahlandırmaq ədalətli deyil. Hər kəs, yəni iqtisadi qurumların və dövlət idarələrinin rəhbərləri öz işini yuxarıların gözündə yaxşı göstərmək üçün həm real iqtisadi göstəriciləri -əkin sahələrini, toplanmış məhsuldarlığı, həm də yeni iş yerlərinin açılması, həyatımızın bütün iqtisadi göstəriciləri ilə bağlı bu və ya digər formada məlumatları şişirdirlər. Nəticədə müstəqil iqtisadçılar bu rəqəmləri real rəqəmlərlə tutuşdurduqda kəskin fərqləri görür. 

Əgər bu qədər əkin sahələri varsa, niyə Azərbaycan kənd təsərrüfatı məhsullarını idxal edir və hər il bu idxal daha da artır? Buna görə də rəqəmlərdə çox ciddi fərqlər əmələ gəlir. Mən bu baxımdan iqtisadçıların fikirlərini bölüşürəm. 

Məsələnin kritik tərəfi isə odur ki, əhalinin sosial rifahı ilə bağlı Prezident Adminstrasiyası, Nazirlər Kabineti bu və ya digər qərarları qəbul etdikdə real olmayan rəqəmlərə söykənərək qərarlar verirlər. Və nəticədə real olmayan rəqəmlərdən ortaya çıxan qərarlar ölkə əhalisinin sosial vəziyyətini daha da ağırlaşdırır. 

Nazim Bəydəmirli: “Real olmayan rəqəmlərdən ortaya çıxan qərarlar ölkə əhalisinin sosial vəziyyətini daha da ağırlaşdırır”.


Açıq demək lazımdır ki, ölkə əhalisinin sosial-iqtisadi vəziyyəti günü-gündən pisləşir. Bunu arrxasında isə əsasən aşaqı pillələrdəki məmurların özlərini gözə soxmaq üçün rəqəmləri şişirtmələridir. Onlar iqtisadi göstəriciləri  şişirtməsələr, təbii ki, Statistlka Komitəsi də özündən heç bir şeyi şişirdə bilməz.

Buna görə də mən tövsiyyə edərdim ki, real rəqəmlərin hesablanması aşağı orqanlardan başlansın. Aşağı pillədəki məmurlara göstərişlər verilsin ki, real iqtisadi göstəriciləri yuxarılara təqdim etsinlər və bu əün üzləşdiymiz problemi yaradan əsas səbəblərdən biri olan kampaniyaçılıqdan kənar durulsun. Nəticədə real iqtisadi göstəricilər ortaya çıxacaq. O zaman hökumət çevik siyasət yürüdərək vətəndaşların iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atmağa məcbur olacaq”.

Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar