Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Razim Məmmədovla bağlı daha bir sensasion iddia


Deyilənə görə, onun əmlakının siyahısının tərtib olunması barədə yuxarılar tərəfindən aidiyyəti şəxslərə tapşırıq verilib.

 
Paytaxtın Xətai rayonu Razim Məmmədovun rəhbərliyi altında özünün ən ağır günlərini yaşayır desək, yəqin ki, yanılmarıq. Həqiqətən də, son illər Xətai rayonunda geriləmə müşahidə edilməkdədir. 

Belə ki, rayonun əksər qəsəbə və küçələri olduqca bərbad vəziyyətdədir. Əksər yollar istismar müddətini çoxdan başa vursa da, Rayon İcra Hakimiyyətinin rəhbərliyi yolların təmiri istiqamətində lazımi işlər həyata keçirmir. Bundan başqa, rayonun bir çox idarə və müəssisəsinin fəaliyyəti də vətəndaşların ürəyincə deyil. Yerli idarə rəhbərlərinin bir neçəsi vətəndaşların şikayətini vaxtında araşdırmır və əksər hallarda onları süründürməçiliyə məruz qoyurlar.

Sakinlərə qarşı ən böyük haqsızlığı isə icra başçısı Razim Məmmədov edir. İndiyə qədər onun haqqında müxtəlif instansiyalara yüzlərlə, hətta minlərlə şikayət məktubu göndərilib. Mətbuatda yazılanlardan məlum olur ki, icra hakimi sakinlərin problemləri ilə deyil, daha çox şəxsi işləri ilə məşğuldur. Elə buna görə də tez-tez ölkə mediasının tənqid hədəfinə çevrilir. Qeyd edək ki, bu günlərdə Razim Məmmədovla bağlı sensasion iddia ortaya atılıb. Yayılan məlumatlara görə, Xətainin icra başçısı cəzalandırılıb. Bunun təsdiqi kimi bir neçə gün əvvəl Xətai rayonunda prezidentin iştirakı ilə açılışı olan tədbirdə Razim Məmmədovun görünməməsi əsas gətirilib.

Xatırladaq ki, Xətai rayonundakı 264 nömrəli məktəb-liseyin binasının əsaslı surətdə yenidən qurulması münasibəti ilə açılış mərasimində prezidenti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov müşayiət edib. Adətən belə açılışlarda rayonun icra başçısı da iştirak edir. Amma sentyabrın 12-də 264 saylı məktəb-liseyin açılışında Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini olub. Məlumata əsasən, icra başçısına xəbərdarlıq olunub, onunla profilaktik söhbət aparılıb və fəaliyyətində dönüş yaratması tələb olunub. 

Özəl mənbənin bildirdiyinə görə, icra başçısına qarşı belə bir əməliyyat həqiqətən də keçirilib və ona sonuncu dəfə xəbərdarlıq edilib: "İcra başçısı son vaxtlar əndazəni tamam aşmışdı. Sakinlər onun qəbuluna düşə bilmir, eyni zamanda dərdlərini deməyə adam tapmırdılar. Yuxarılar səviyyəsində məmura bir neçə dəfə xəbərdarlıq olunmuşdu. Buna baxmayaraq, başçı özünü düzəltmədi. Nəhayət ona qarşı belə bir əməliyyat baş tutdu. Bu hadisədən sonra icra başçısının səhhətində kəskin problemlər meydana gəlib. Hətta o müalicə məqsədilə Almaniyaya getmək istəyib. Amma onun ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulduğundan bu mümkün olmayıb. İcra başçısının paytaxtdakı özəl klinikalardan birində bir neçə gün müalicə olunduğu bildirilir. Deyilənə görə, başçı hələlik işə çıxmır. İşə nə vaxt çıxacağı tarix isə dəqiq bilinmir. Əgər səhhətindəki problemlər düzəlməsə, Razim Məmmədov istefa ərizəsini yaza bilər". 

Məlumatlı mənbənin bildirdiyinə görə, yuxarı dairələr icra başçısının əmlakının siyahısının tərtib edilməsi barədə də göstəriş verib: 

"Bütün bunlar onun vəzifədən azad edilməsinə hesablanıb. Deyilənə görə, hazırda onun əmlakının siyahısı hazırlanır. Aidiyyəti şəxslər icra başçısının yaxın qohumlarının və tanışlarının adına sənədləşdirdiyi ticarət obyektləri, mənzillər, villaların dəqiq siyahısını yuxarılara təqdim etməlidir. Bunun üçün onlara bir həftə vaxt verilib. Bu məmurun milyonluq mülklərə, eləcə də obyektlərə sahib olması haqda mətbuatda zaman-zaman yazılar gedib. Bu dəfə vəziyyət daha ciddidir. Belə görünür ki, icra başçısı işdən xaric ediləndən sonra əmlakının müsadirə olunması məsələsi qaldırılacaq. Əks halda, onun əmlakının siyahısının hazırlanması tələb edilməzdi".

Razim Məmmədovun işə çıxıb-çıxmamasını dəqiqləşdirmək üçün Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. Bununla belə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (gundelik-baku.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar