Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Razim Məmədov məhv etdiyi yaşıllıqları kimə satıb? - Video


Xətai rayonu Gəncə prospekti 39 ünvanında yaşıllıq sahəsi və ağaclar kütləvi şəkildə yandıralaraq məhv edilir


 Bu barədə məlumatı və yanğını əks etdirən video görüntüləri Editor.az-a rayon sakinləri göndərib. Onların iddiasına görə, yaşıllıqların yandırılaraq məhv edilməsinə səbəb orada tanınmış iş adamlarından birinin yeni hündürmərtəbəli bina tikmək istəyidir. Sakinlər deyir ki, baş verənlərə dəfələrlə etiraz etsələr də, onlara dinləyən olmayıb. Baş verənlərdən icra başçıısnın marağı olduğu da iddia edilir. 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin iyul ayının 1-də “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Bundan başqa ölkə başçısı Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasda müxtəlif yerlərdə ağacların kəsilərək yerində ev tikilməsi ilə bağlı olduqca sərt çıxış edib: “Nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.

Ağackəsmənin tam şəkildə dayandırılmasını zəruri sayan prezident İlham Əliyev deyib ki, aidiyyəti qurumlar təklif versin: “Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir”.
Qeyri-iş günü olduğundan məsələyə Xətai rayon İcra Hakimiyyətinin mövqeyini öyrənə bilmədik. Mövzunu diqqətdə saxlayacaqıq.(editor.az)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar