Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Razi Nurullayev daxili işlər və milli təhlükəsizlik nazirlərinə müraciət etdi


Yeni yaradılan AXCP-nin tərəfinə keçən Bəhruz Tağızadənin müraciəti yayılıb; onun Əli Kərimlinin tərəfdarlarının şantaj və təhqirləri altında belə addım atdığı deyilir


Razi Nurullayev: “Onun özünəqəsd halına gətirilməsi...”

AXCP-nin Nərimanov şöbəsinin sədr müavini Bəhruz Tağızadənin Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayı üzrə Təşkilat Komitəsinə keçməsi barədə xəbər vermişdik. O, istefasını partiyada Əli Kərimlinin yaratdığı diktator idarə üsuluna olan etirazı ilə əlaqələndirmişdi. 

O, istefasının ardından sentyabrın 3-də sosial şəbəkələrdə daha bir təəccüb doğuran status paylaşıb. B.Tağızadə bildirib ki, R.Nurullayevi ifşa etmək üçün onun tərəfinə iki günlüyə keçib: “Razi Nurullayevin yanına gedəcəyimi, əvvəlcədən dostlarım Məmməd İbrahimə, Elçin Şükürlüyə və Bəxtiyar Hüseynə də demişdim. Demişdim ki, gedib onların arasına girəcəm, görüm nə işlərlə məşğuldurlar. O müsahibəni də mən vermişdim. Bəzi sözləri istisna olmaqla. Çünki bilirdim ki, o sözləri deməsəm, inanmayacaqlar. Ancaq sonra gördüm ki, mənasız işdir. Gördükləri iş, qeyri-ciddidir. Mənim partiyam AXCP, liderim də sədr Əli Kərimlidir".

Qeyd edək ki, müraciətin video görüntüsü də sosial şəbəkələrdə yayılıb. 

Musavat.com-a bilgi verilib ki,  R.Nurullayevin tərəfdarlarının arşadırmalarından sonra məlum olub ki, B.Tağızadə statusu yazmağa məcbur edilib. AXCP rəhbərliyi onu şantaj edəcəyi ilə hədələyib. 

Razi Nurullayev baş verənlərlə bağlı Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib: “İnsan ləyaqətini alçaltmaq, onu təhqir etmək, aşağılamaq, şəxsiyyətini sındırmaq ən böyük cinayətdir. Allah da bu cinayətləri bağışlamır. Dünən AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadının Nərimanov şöbəsinin sədr müavini Bəhruz Tağızadənin cebhe.info-da müsahibəsi yayılmış və o cənab Əli Kərimlinin siyasətini sərt tənqid etmişdi. Üstündən bir neçə saat keçəndən sonra Bəhruz Tağızadə Facebook səhifəsində video-müraciət yaymış və “liderim Əli Kərimlidir” demişdi.  Həmçinin, qeyd etmişdi ki, dostları ilə məni  “şantaj və ifşa” etmək üçün razılaşdırılmış addım atmışdı. Təbii ki, onun video-müraciətindəki çıxışı Bəhruz Tağızadənin çox ciddi şəkildə şantaj olunduğunu göstərirdi. Video və Bəhruz Tağızadənin ehtimal olunan şantaj olunaraq  dedikləri ilə bağlı geniş məlumatı “Azadlıq” qəzeti dərc edib”.

R.Nurullayev B.Tağızadənin statusdan sonra onun tərəfdarları ilə yazışmalarının olduğunu da qeyd edib: “Hörmətli Bəhruz Tağızadənin yaydığı video-müraciətdən sonra onun tərəfdarlarımızla Facebook yazışması var və biz onun screenlərini saxlamışıq. O, bizi anlaqlı olmağa və onu başa düşməyə dəvət edir. İnsan demək istəyir ki, onu elə şantaj ediblər ki, o ya bizdən imtina, ya da özünə sui-qəsd etməli idi. Bizə şantajın bəzi məqamları aydındır. Amma, biz Bəhruz Tağızadənin şəxsiyyətini alçaltmamaq, onu qınaq və təhlükədən qorumaq, eyni zamanda ailəsi və övladları qarşısında başını dik tutub gəzmək şansını saxlamaq məqsədilə bildiklərimizi heç zaman ictimaiyyət üçün açıqlamayacağıq. Eyni zamanda, qoy Bəhruz bəy arxayın olsun ki, biz onun video, audio və sosial şəbəkə yazışmalarını, yazdığı SMS-ləri də mətbuatda verməyəcəyik. 

İnsan şəxsiyyətini alçaltmaq, onu təhqir etmək, şantaja məruz qoymaq və ailələr dağıtmaq bizlik deyil. Amma, Bəhruz bəyin və bundan sonra onlarla qurbana çevriləcək insanları Əli Kərimli və onun söyüş və təhqir zavodunda beyinləri yuyularaq “zombi”ləşdirilmiş adamlarından qorumaq üçün hökumətə müraciət etmək qərarına gəldik. 

Mən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə, o cümlədən nazir Eldar MahmudovRamil Usubova müraciət edirəm. Cənab Bəhruz Tağızadənin şantaj olunması və az qala özünəqəsd halına gətirilməsi məsələsinin ciddi araşdırılmasını rica edirəm. Məsələ, Azərbaycan vətəndaşının şantaj olunması, ailəsi və uşaqları ilə təhdid edilməsi, iradəsinə zidd video-müraciət yayılmasındadır. Məsələnin çox həssas olduğunu nəzərə alaraq, adı çəkilən nazirlikləri dərhal fəaliyyətə keçməyə və Bəhruz Tağızadəni istintaq müddətində Əli Kərimlinin tərəfdarlarından təcrid etməyə çağırıram. Eyni zamanda, Bəhruz Tağızadənin son bir neçə gündə telefon danışıqlarının məhkəmənin qərarı ilə istintaqa təhvil verilməsini xahiş edirəm. Adı çəkilən şəxsin məlum hadisədən sonra mənimlə də telefon danışığı reallaşıb və onun da istintaqa təqdim edilməsini tələb edirəm. 

Bildirmək istəyirəm ki, Bəhruz Tağızadənin yazışmalarının bizdə olan sürətlərini, özünün razılığı ilə çəkilmiş video və audio materiallarını, yazdığı SMS-ləri  və digər materialları da istintaqa təqdim etməyə hazırıq”.

Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sədri hər gün sosial şəbəkələrdə Ə.Kərimlinin tərəfdarlarının təhqirlərinə məruz qaldıqlarını bildirib: “Hər gün sosial şəbəkə üzərindən yüz dəfələrlə təhqir olunuruq. Bu təhqirləri və insan ləyaqətini alçaldan yazıları çox halda saxta profillər vasitəsilə həyata keçirirlər. Biz onların da sürətlərini saxlayırıq və istintaq orqanlarından xahiş edirik ki, təhqir yağdıran saxta profillərin arxasında dayan şəxsləri də ifşa etsinlər. Biz əlimizdə olan faktları da istintaqa verməyə hazırıq. 

Bir daha qeyd etmək istəyirəm ki, insan ləyaqəti və şəxsiyyəti toxunulmaz olmalıdır. İnsan ləyaqətini alçaldanlara qarşı ciddi cəza görülməsini tələb edirik. Ümidvar olduğumu bildirmək istəyirəm ki, hansı düşərgəni təmsil edib-etməməyimizdən asılı olmayaraq, müraciətimə ciddi yanaşacaqsınız. Baxışlarımız, siyasi düşərgəmiz, yolumuz və əqidəmiz fərqli olsa da, bizi birləşdirən dəyər var. Bu da Konstitusiyanın hər bir vətəndaşa vəd etdiyi ədalət. Bunu əsas tutaraq, hərəkət edəcəyinizə ümidvarıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar