Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Razi Nurullayev: “Baş verənlərin siyasi ağırlığını iqtidar çəkəcək”


“Mingəçevirdə baş verən qəza növbəti bir dərsdir, sınaqdır. Elektrik enerjisinin istehsalına, yeni stansiyaların tikilməsinə və təmir olunmasına böyük dövlət vəsaitləri cəlb edilib, kreditlər alınıb, alınmaqda da davam edir”


“Bu qəza Azərbaycana baha başa gələ bilərdi, bu undulacaq və ya üstündən keçiciləcək məsələ deyil. İstilərin düşməsi səbəbi ilə xətlərin yüklənməsi nəticəsində qəza baş verərsə, gərək onda Afrikada, Dubayda, digər Ərəb ölkələrində, İranda, Hindistanda hər gün qəza baş versin. Bu istilər ucbatından deyil, bu dövlət vəsaitlərinin doğru-dürüst istifadə olunmaması, bəlkə də oğurlanması və ya vaxtında təmir işlərinin aparılmamasıdır”.


Bu sözləri iki gündür respublika ərazisində yaranan elektrik enerjisi kəsintisi probleminə münasibət bildirən AXCP sədri Razi Nurullayev deyib. Sədr qeyd edib ki,  əgər Mingəçevirdə belə qəza baş verirsə, bu artıq SOS siqnalıdır.

“Mingəçevirdə baş verən istənilən qəza, partlayış, təxribat və ya məsuliyyətsizlik ucbatından baş verə biləcək digər hadisələr Azərbaycanı çox pis vəziyyətə sala bilər. Gərək araşdırılsın ki, təmirə ayrılan pullar təyinatı üzrə xərclənibmi? Axı hər şey acgözlük, oğurluq və talançılıq üzündən olur. Ayrılan pulların az qala yarısı oğurlanır, onun üçün də hər şey tez sıradan çıxır.

Bakı-Quba yolu çəkildi, 28 il zəmanət verildi. Hanı o yol? O dağıdılan pullara görə kim cavab verəcək? Neçə illərdir ki, heç Bakı şəhərini mərkəzi istilik sistemi ilə təchiz etmək olmur. Adamlar qışda soyuqdan donur. Qazın isə təzyiqi olmur, tez-tez kəsilir və vətəndaşlar idarələrin qapılarında qalır. Çünki, qazı oğurlayıb, əyri yollarla başqa təşkilatlara satırlar. Biz o zaman necə fəxr edək ki, xaricə qaz satırıq? Qarşıdan payız və qış gəlir, hansı tədbirlər görülüb? heç nə, əminəm. Yenə də eyni problemlər yaşanacaq. Belə idarəçilik və cəzasıqlıq olarmı?”.

“Birinci növbədə, dövlət vəsaitlərinin oğurlanmasına, talanmasına son qoyulmasa, günahkarlar həbsxanalara getməsə və oğurladıqları müsadirə olunmasa, heç nə dəyişməyəcək”, deyən partiya sədri bildirib ki, bunun ağırlığını xalq çəkir, amma siyasi ağırlığını isə iqtidar çəkəcək: 
“Ayılmaq vaxtıdır! Hərə özünü bir rayonda, bir şəhərdə xan elan edib, xalqa əziyyət verməklə məşğuldur. Mənimsəmə, oğurluq, məsuliyətsizlik və özbaşınalıq pik həddə. Amma, buna dözüm göstərilməyəcək, proses də artıq başlayıb. Çox böyük qanunsuzluqlar baş verir, məmur reketçiliyi tüğyan edir, amma bir gün hər kəs etdiyi qanunsuzluğa, talançılığa və oğurluğa görə ciddi cəza alacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar