Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayon maşınlarının Bakıya girişinə qadağa qoyulmayıb


I Avropa Oyunları zamanı rayonlardan gələn avtomobillərin saxlanılacağı ünvanlar açıqlanıb


"İlk Avropa Oyunlarının keçiriləcəyi dövrdə rayonlardan gələn avtomobillərin Bakı şəhərinə daxil olmasına qadağa qoyulmayıb, sadəcə istiqamət dəyişdirilib".

Bu barədə "Report"a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən (BŞBDYPİ) məlumat verilib.

BŞBDYPİ bildirib ki, paytaxt ərazisində sıxlığın və tıxacların yaranmaması üçün iyunun 1-dən şəhərin giriş qapılarında istiqamətlər dəyişdiriləcək: "Birinci Avropa Oyunları iştirakçılarının, idmançıların və sakinlərin təhlükəsziliyinin təmin olunması məqsədi ilə bölgələrdən gələn sürücülərin avtomobillərini saxlamaları üçün şəhərin giriş istiqamətlərində şərait yaradılıb. Bakı-Sumqayıt yolundan istifadə edənlərə Ər-Riyad ticarət mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-KürdəmirBakı-Astara istiqamətlərindən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də sahə ayrılıb, hər cür şərait yaradılıb. Ümumilikdə 8 hektar ərazi ayrılıb.

Avtomobillər həmin ərazilərdə nəzarət olunmaqla park olunacaq və ayrılmış ekspress avtobuslar və marşrutlar vasitəsi ilə hər kəs şəhərə daxil ola biləcək".

Məlumatda qeyd olunub ki, Sumqayıt istiqamətindən hər gün Bakıya 60 min insan gəlir: "Sumqayıtdan və digər istiqamətlərdən Bakıya daxil olan insanların daşınması və mənzil başına çatdırılması üçün görülən tədbirlər artıq yekunlaşıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar