Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayon maşınlarına qoyulan qadağa qəzaları artırır

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarında etdiyi dəyişikliyə əsasən, yay rejimi qrafiki çərçivəsində yük və rayon qeydiyyatında olan minik avtomobillər mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək paytaxta buraxılmayacaq


Həmin maşınlar yalnız saat 21:00-dan 7:30-a qədər şəhərə daxil ola biləcəklər. Faktiki isə istənilən rayon dövlət qeydiyyat nişanlı avtomobillər Bakı şəhərinə sərbəst şəkildə müəyyən formalarla daxil ola bilir. Ekspertlər rayon maşınlarının paytaxta girişinə məhdudiyyət qoyulmasını düzgün hesab etmirlər. Bildirilir ki, bu qadağa əslində paytaxt və bölgə sakinləri arasında ayrıseçkilik yaradır.

Məsələ ilə bağlı yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında yük və rayon qeydiyyatında olan minik avtomobillərinin şəhərə girişinin yay rejiminə keçməsini ilə yanaşı, ümumiyyətlə bu qadağanın gərəksiz olduğunu deyib:

“Yay vaxtına keçidə start verilsə də, postlarda bu prosesə sadəcə yarım saat, bir saat nəzarət edilir. Bundan əlavə rayon maşınları şəhərə girişi üçün artıq alternativ yollar tapıblar. Hansı ki, magistral yollarla deyil, qəsəbələrin içərisindən gələ-gələ şəhərin içərisinə çata bilirlər. Həm bu sahədə ciddi nəzarət yoxdur. Heç olmasında da bir fayda görmürəm. Çünki təcrübə də göstərdi ki, rayon qeydiyyatı olan maşınların şəhərə girişində hər hansı tıxac və maneələr olmayıb. Yük və kənd təsərrüfatı məhsulları daşıyan avtomobillərin şəhərə daxil olmasında qoyulan qadağa əslində yaxşıdır. Bir də baxırsan ki, müxtəlif növ ev quşlarını daşıyan avtomobillər şəhərin mərkəzində dolaşır. Bu bir az eybəcər vəziyyət yaradır. Bu sahəyə nəzarət ciddi olmalıdır. Şəhərin giriş və çıxışında post qurmağa ehtiyac yoxdur. Çünki həmin maşınlar Bakıya çatana qədər bir neçə postdan keçir. O postlar maşınlara nəzarət edə bilər. Bunun üçün xüsusi, dəm-dəsgahlə post və dayanacaqlar yaratmaq gərəksizdir”.

Ekspert hesab edir ki, ümumiyyətlə rayon maşınlarına qadağa qoyulmasına lüzum yoxdur:

“Bu, ikili münasibət yaradır. Rayon maşınlarını paytaxta daxil ola bilməz, amma Bakı maşınları rahatlıqla rayonlara istirahət etməyə gedə bilərlər. Tıxacın qarşısını almaq üçün bu, doğru yanaşma deyil. Biz bu prosesi daim müşahidə edirik. Bu qadağanın bir faydası olmadı. Faydalı iş o oldu ki, müxtəlif yollar genişləndirildi, avtobuslara nəzarət bir az gücləndi. Şəhərdə saatlarla tıxac olan zaman baxırıq ki, orada rayon maşınları yoxdur. Əksinə şəhər maşınları, avtobuslar, taksilər və digər nəqliyyat vasitələridir. Günahı rayon maşınlarının üzərinə yıxmaq, hər hansı bir qadağa tətbiq etmək və yollarda eybəcər mənzərələr yaratmaq lazım deyil. Bəzən eşidirik ki, rayon maşınları postlarda 5-10 manat “hörmət” etməklə keçir və yaxud ara yollardan istifadə edərək qorxa-qorxa şəhərə daxil olur. Onlar da Azərbaycan vətəndaşıdır. Bu böyük cinayət deyil ki, onlara xüsisi qadağa tətbiq olunur. Onların 100 nəfərindən deyək ki, 70-i hər hansı iş, istirahət üçün gəlirsə, digərləri həkim dalınca gəlir. Adamın qohumunun saat 5-də toyudur. Neyləməlidir, gəlib toya 10-da çatmalıdır? Hər hansı dövlət tədbirləri, Formula- 1 yarışları ərəfəsində bu qadağaların bir həftə, 10 gün tətbiq edilməsi lazımdır. Amma bunu davamlı şəkildə etmək olmaz”.

Elməddin Muradlının sözlərinə görə, rayon maşınlarına qoyulan qadağa eyni zamanda müəyyən yol-nəqliyyat qəzalarının törədilməsinə də zəmin yaradır:

“Bu gün biz insanları məcbur edirik ki, gecə yola çıxsınlar. Gecə isə Azərbaycanın bütün rayonlararası yollarında işıqlandırma sistemi sıfır səviyyəsindədir. Bu səbəbdən də qəzaların çox olması ehtimalı böyüyür. Hər gün gecə saatlarında xeyli sayda qəzaların baş verdiyini eşidirik. Şəhəri qəza ilə açırıq. Niyə? Çünki özümüz insanları məcbur edirik ki, sən yola gecə çıx...Birinin sürücülük qabiliyyəti aşağıdır, biri əsəbi şəkildə xəstə gətirir, gərgin olur. Bu cür yanaşma insanları narahat edirdi. Onlar da bunun çıxış yolunu tapdılar. Yenə ara, dağılıb - uçulmuş yollardan istifadə edirlər və yaxud da postlarda hər hansı formada “dil tapıb” keçirlər. Bu qadağanı vacib tədbirlər zamanı elə Bakı sürücülərinin özlərinə də tətbiq etmək lazımdır. Onsuz rayon maşınları şəhərə daxil olmağn bütün yollarını tapıblar. Onlar istədikləri vaxt paytaxta girə də, çıxa da bilirlər. Kimsə postda saxlanılırsa, deməli, o variantları tapmayan sürücülərdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar