Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Mirqədirovun məhkəməsində qəribə olay


Hakim proses keçirilən zala gəlməkdən imtina etdi


Noyabrın 25-də Nəsimi Rayon Məhkəməsində jurnalist Rauf Mirqədirovun məhkəməsi baş tutmayıb. Prosesdə Rauf Mirqədirovun vəkillərinin şikayəti əsasında jurnalistin həbs qətimkan tədbirinin uzadılması zamanı iclas protokolunda yol verilmiş nöqsanlar müzakirə olunmalı idi.

“Media forum” saytına danışan vəkil Elmar Süleymanov deyib ki, hakim Elman İsayev noyabrın 25-də məhkəmə zalına gəlməkdən imtina edib: “Rauf bəy məhkəməyə gətirilmişdi. Rəsmi olaraq bizi məhkəməyə dəvət etsələr də, Elman İsayev zala gəlməkdən imtina etdi. Bildirdi ki, öz otağında qərar çıxarmaq istəyir, özü də bizim iştirakımız olmadan. Bu, qanuna ziddir. İstənilən halda hakim məhkəmə zalına gəlməli, dövlətin rəmzləri altında qərar qəbul etməlidir. Biz məhkəmənin sədrinə rəsmi şikayət yazdıq. Həmin şikayəti Məhkəmə-Hüquq Şurasına da təqdim edəcəyik”.

Qeyd edək ki, noyabrın 20-də Nəsimi Rayon Məhkəməsi jurnalist Rauf Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirini daha 5 ay müddətinə uzadıb. Jurnalistin vəkilləri deyirlər ki, prosesdən xəbərsiz olublar, məhkəmə onların iştirakı olmadan keçirilib. Prosesin Rauf Mirqədirovun vəkilləri olmadan keçirilməsi və bəzi başqa məqamlar protokolda əksini tapmayıb.

Onu da xatırladaq ki, Rauf Mirqədirov 2010-cu ildən “Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri olub. 2014-cü il aprelin 19-da o, Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs edib. Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləməkdə, dövlətə xəyanətdə günahlandırılır.

Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar