Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Mirqədirova qarşı ittihamlara tanınmış simalarının reaksiyaları


Tanınmış jurnalist Rauf Mirqədirovun həbsi ölkə gündəminin əsas mövzusuna çevrilib


Artıq o, rəsmən dövlətə xəyanətdə, Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməkdə şübhəli bilinərək, 3 ay müddətinə həbs olunub.

Ona qarşı irəli sürülən ittihamlara münasibət bildirməsi üçün musavat.com əməkdaşı bir neçə tanınmış şəxsə müraciət edib.

“İttiham aktında yazılanların heç birinə inanmıram. O, 2008-ci ildən bəri, artıq 6 ildir belə fəaliyyətlə məşğuldursa, onda indiyədək biz harda idik?” Mirqədirovun işlədiyi “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının rəsmi məlumata münasibəti belə oldu. Baş redaktorun sözlərinə görə, R.Mirqədirova qarşı irəli sürülən ağır ittihamın haradan qaynaqlandığı barədə heç bir ehtimalı yoxdur: “Absurd bir ittihamdır. İttiham hər hansı epizod ətrafında olur.

Bu epizodun nədən ibarət olduğu da məlum deyil”. E.Şıxlı qeyd etdi ki, həbsin motivləri barədə aydınlıq yaranandan sonra müvafiq qurumlara müraciət etməsi istisna deyil. R.Mirqədirovun akkreditasiyasının ləğv olunacağı barədə əvvəlcədən məlumatlı olduğu, hətta iki həftə öncə Türkiyənin Azərbaycandakı səfirliyinə sorğu göndərdiyi halda bu məsələni ictimailəşdirməməsinin səbəbinə gəldikdə, baş redaktor dedi ki, jurnalistin özü ilə məsləhətləşib belə qərar verib: “Bu, başqa bir ölkə olsaydı, o saat hay-küy salardım. İndi mən Türkiyə ilə də dava eləyim? Söhbət bundan gedir”.

Təhlükəsizlik xidməti zabiti, sabiq MTN işçisi Ərəstun Oruclu bildirdi ki, jurnalistə qarşı irəli sürülən ittihamı ciddi qəbul etmir: “Ona görə ki, Mirqədirv 2008-ci ildən çox-çox əvvəllər Ermənistan QHT-ləri, jurnalistləri ilə müntəzəm əlaqələri olan şəxsdir, İrəvanda müxtəlif tədbirlərdə iştirak edib. Erməni xüsusi xidmət orqanlarına işləyən şəxslər açıq şəkildə Ermənistana gedib-gəlmirlər. Mirqədirovun həbsi siyasi sifarişdir. Bu, siyasi sifariş təkcə Bakıdan verilməyib, həm də Moskvadan gəlib. Bu həbs Mirqədirovun son aylar Rusiyanın Qafqaz, Ukrayna siyasəti haqqında yazdığı məqalələrlə bağlıdır. Artıq Rusiya onun siyasətinə qarşı çıxan şəxslərə qarşı repressiyalara başlayıb. Təbii ki, Azərbaycan hakimiyyətində olan “beşinci kolon”un vasitəsilə. Ona görə də bu ittiham absurddur. 4 ildir Türkiyədə yaşayan şəxs hansı məlumatı Ermənistana verə bilər? Belə çıxır ki, Türkiyə dövlət orqanları da bundan bixəbər olub. Bu, tərəfdaş ölkənin hüquq mühafizə orqanlarına qarşı hörmətsizlikdir. Yox, əgər xəbəri olubsa, o türk ərazisində ittiham olunmalı idi, yaxud ekstradisiya edilməli idi”.

Bu barədə konkret fikir bildirməyin mümkünsüzlüyünü vurğulayan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev jurnalistə qarşı çox ağır ittihamın irəli sürüldüyünü vurğuladı: “Vətənə xəyanətdə ittiham etmək artıq kütləvi hal alıb. Məgər məmurun dövlət vəsaitini kütləvi şəkildə mənimsəməsi xəyanət deyil?” Jurnalistlə bağlı hadisənin Türkiyədə baş verməsinə gəldikdə, M.Əliyev bunları bildirdi: “Məndə olan məlumata görə, Mirqədirov Ərdoğanı, bizim hakimiyyəti, rusları, həmçinin erməniləri tənqid edirdi. Bəziləri deyir bu, Putinin sifarişidir, çünki ruslar haqqında çox sərt yazırdı. Həmçinin o, ermənilərlə əlaqədar rusdilli şəbəkədə ən güclü işləyənlərdən biri idi, həmişə sərt polemikada idi. İndi belə çıxır ki, burada hansısa maraqlar toqquşub. Digər tərəfdən isə əgər biz son aylardakı vətəndaş cəmiyyətinə hücumlar, “beşinci kolon”, agentlər, başqalarına işləyənlər, satqınlar və sair prizmadan baxsaq, Mirqədirovun bu ittihamla həbsi başadüşüləndir. Ərdoğan onunla bağlı tənqid yazanlarla bağlı çox aqressivdir”. M.Əliyev hesab etmir ki, Azərbaycandan gedənləri Türkiyə kəşfiyyatı izləyir. Onun fikrincə, orda da Azərbaycandan gələnlərlə bağlı izləyici funksiyasını bizimkilər yerinə yetirir.

Milli Məclisin vitse-spikeri Bahar Muradova belə deyib: “Bu mövzunun mahiyyəti mənə bəlli deyil. Onunla hüquq-mühafizə orqanları  məşğul olur. Buna görə də sözügedən məsələyə şərh vermək, hər hansı fikir söyləmək istəmirəm. Rauf Mirqədirov mövzusu müvafiq qurumların işidir”.

“Rauf Mirqədirov hələlik dövlətə xəyanətdə şübhəli bilinir. Yəqin ki, məsələ tam olaraq aydınlaşacaq. Çünki Rauf Mirqədirovun həbsi olduqca qaranlıq məsələdir”. Bunu Modern.az saytına açıqlamasında AMİP lideri Etibar Məmmədov deyib. O bildirib ki, “Ayna-Zerkalo” qəzetinin Türkiyədə fəaliyyət göstərən əməkdaşı Rauf Mirqədirovun tutulması ona da təəccüblü gəlir. E.Məmmədov R.Mirqədirovun dövlətə xəyanət edəcəyinə inanmadığını da bildirib.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə “Yeni Müsavat”a deyib ki, bu məsələ ilə bağlı heç bir məlumatı yoxdur: “Bircə məlumatım olan budur ki, vətənə xəyanət maddəsi ilə ittiham olunur. Bu, çox ağır bir ittihamdır”.

“Rauf Mirqədirov 2001-ci ildən etibarən hər il mənim, rəhbərlik etdiyim Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanda keçirilən tədbirlərdə iştirak edir”. Bunu isə Modern.az-a açıqlamasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus R.Mirqədirovun həbsinə münasibət bildirərkən deyib. Bildirib ki, R.Mirqədirovun həbsində heç bir məna yoxdur. L.Yunus hüquq-mühafizə orqanlarını jurnalisti həbsdən azad etməyə çağırıb: “Rauf Mirqədirovu niyə tutublar anlamıram. Gəlib məni həbs etsinlər”. İnstitut rəhbəri bu vaxta qədər Ermənistanda keçirilən tədbirlərin NATO-nun Qafqaz ofisinin sponsorluğu ilə gerçəkləşdiyini bildirib. “Biz həmin tədbirlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bəyan edirik. Həmişə Gürcüstan və Azərbaycan nümayəndə heyəti birgə bəyanatla çıxış edir. İndi buna görə Rauf Mirqədirova dövlətə xəyanət maddəsi ilə cinayət işi açmaq çox gülməlidir. Mən ermənilərlə hər gün ünsiyyətdə oluram. Mən və ya Rauf Mirqədirov onlara hansı məlumatlar verə bilərəm?! Bizdə hansı dövlət sirri var ki?!”-deyə L.Yunus qeyd edib. Xatırladaq ki, L.Yunus jurnalistin həbs edilməsini pisləyən bəyanat yayıb. Bəyanatda R. Mirqədirovun cinayət tərkibi ola biləcək hər hansı addım atmadığı bildirilib.

“Jurnalist Rauf Mirqədirovun deportasiya olunması Türkiyə tərəfinin istəyidir”. Bu haqda Azadlıq Radiosuna Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətini rəhbəri Elsevər Salmanov məlumat verib. O, deyib ki, “səbəbi Azərbaycan tərəfdən qaynaqlanan bir şey olsaydı, biz bilərdik, bu haqda məlumat verərdik. Bu, Türkiyə tərəfinin istəyidir. Türkiyə ilə əlaqəsi kəsildiyinə görə, səfirlik dolğun məlumat verə bilməz”.
 
“Rauf Mirqədirovun yazılarındakı tənqidlər ola bilsin hakimiyyətdə kimlərisə çox narahat edib. Deyim ki, bu görünən idi. Bəlkə də xəyanət deyəndə onun Ermənistana bir neçə dəfə konfranslara gedib-gəlməsini nəzərdə tuturlar. Bundan əlavə bir şey bilmirəm”. Bunu Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev Azadlıq Radiosuna deyib. A.Əliyev deyib ki, əlində konkret faktlar olmasa da, o, həbsin “Ərdoganın siyahısı” ilə bağlı olduğunu düşünür: “Ərdoğanın səfərindən dərhal sonra bu kimi məlumatlar səslənib. Məhz ideologiya-informasiya sahəsində insanların təqib olunması və  eyni prosesin Türkiyədə də başlanması bunun inandırıcı olduğuna dəlalət edən faktorlardır. Qaldı ki, Rusiya məsələsinə Rauf Mirqədirov həmişə Rusiyaya qarşı kəskin tənqidlərlə çıxış edib. Hətta bilirdim ki, bu tənqidlər Rusiyanın Azərbaycandakı səfirliyini də narahat edir. Bu, Rusiyaya görə olsaydı, indiyə qədər iki ölkə arasında daha həssas məqamlar olub, onda olardı”. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar