Bir neçə gün öncə təqdimatı olan "Sara" filmi Azərbaycandakı kinoteatrlardan çıxarıla bilər
PİA.AZ-ın Ölkə.Az-a istinadən məlumatına görə, ekran işinin yaradıcıları "Sara"nı Türkiyə və MDB məkanından olan dövlətlərə satmaq niyyətindədirlər.
Buna səbəb isə filmin Azərbaycanda yetərincə uğur qazana bilməməsidir.
Qeyd edək ki, filmdə xalq artisti Rasim Balayev, əməkdar artistlər Fuad Osmanov, Qurban İsmayılov, aktrisalar Aysel Nazim, Zarina Qurbanova, keçmiş müğənni Duyğu Dəvəli və başqaları rol alıblar.
pia.az