Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ramiz Mehdiyevin ikicildliyi nəşr olunub

Moskvada Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ikicildliyi nəşr olunub


PİA.AZ bildirir ki, bu barədə AzərTAc məlumat yayıb.

Ramiz Mehdiyevin birinci kitabı “Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası”, ikinci kitabı isə “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” adlanır.

AzərTAC bildirir ki, bu fundamental tədqiqat, ilk növbədə, çox aktual mövzunun öyrənilməsinə qeyri-ənənəvi yanaşma ilə fərqlənir. Müəllif Azərbaycan etnosunun və Azərbaycan dövlətinin formalaşması tarixini öyrənən tədqiqatçıların yolu ilə getmir. O, Azərbaycan xalqının etnogenezinin bir sıra aspektlərini yeni mövqedən işıqlandırır. Akademik Ramiz Mehdiyev milli ideyanın formalaşması mərhələlərini daha aydın təsəvvür etmək və dərindən dərk etmək üçün ilk dəfə olaraq antropoloji və genetik yanaşmalar tətbiq edir. Alim hesab edir ki, ilk növbədə, tarixi faktları hərtərəfli öyrənmək lazımdır, çünki onların ibrətamiz xüsusiyyətləri olmasa, xalqın etnomədəni mahiyyətini tam anlamaq olmaz.

Alimin bu əsəri həm də ona görə qiymətlidir ki, burada etnogenezin öyrənilməsi üzrə Azərbaycan elminin qarşısında dəqiq vəzifələr qoyulur. Akademik vurğulayır ki, Azərbaycan xalqının antropologiyasının, molekulyar-genetik bazasının, paleoantropologiyasının və etnopsixologiyasının, təbii-coğrafi mühitin rolunun dərindən öyrənilməsi ilə məşğul olmaq lazımdır. Bu məlumatlar Azərbaycan xalqının etnogenezi haqqında elmi nəticələr çıxarmaq üçün son dərəcə zəruridir.

İkicildlik filosoflara, tarixçilərə, sosioloqlara, politoloqlara, habelə humanitar elmdə ən yeni araşdırmaları izləyən, sosial inkişaf nəzəriyyələri ilə maraqlanan hər kəsə ünvanlanıb.

pia.az
Etiket:
loading...