Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Usubovdan polislərə tapşırıq

Sentyabrın 30-da Daxili İşlər Nazirliyində "Daxili işlər orqanlarında qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi" və "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası" sahələrində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov polisin fəaliyyətinin əsas  prinsiplərindən olan qanunçuluq, insan hüquq və azadlıqlarına hörmətin cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində başlıca şərtlərdən, eləcə də, yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasının, belə halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılmasının profilaktik işin vacib elementlərindən biri olduğunu, Nazirlik tərəfindən bu istiqamətlərdə davamlı şəkildə təşkilati-praktiki tədbirlər həyata keçirildiyini qeyd edib.

Müzakirəyə çıxarılan hər iki məsələnin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirən nazir artıq ilin doqquz ayının arxada qaldığını, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə edilmiş müsbət təmayüllərin bu hesabat dövründə də qorunub-saxlanıldığını, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılmasının bir qədər də yaxşılaşdığını, göstərilən istiqamətlər üzrə şəxsi heyət tərəfindən bir sıra müsbət işlərin görüldüyünü diqqətə çatdırmışdır. Eyni zamanda, istər qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində, istərsə də yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində fəaliyyətin təşkilində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğu da qeyd olunub.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev çıxış edib. O qeyd edib ki, son illər bu sahədə kifayət qədər səmərəli işlər görülmüş, idarəçilik və təşkilatçılıq fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının yüksəldilməsi, məsuliyyətinin artırılması, xidməti və icra intizamının möhkəmləndirilməsi üçün kompleks tədbirləri əks etdirən əmr, göstəriş və planlar hazırlanıb icraya yönəldilib.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı və 2011-ci illərdə imzaladığı Sərəncamlar əsasında görülən işlər qanunçuluğun, o cümlədən insan hüquqlarının qorunması sahəsində fəaliyyətin keyfiyyətcə yeni müstəviyə keçməsinə, polisin nüfuzunun yüksəlməsinə, hüquq mühafizə və digər dövlət orqanları, o cümlədən Ombudsman təsisatı ilə işgüzar əlaqələrin genişlənməsinə, vətəndaş cəmiyyəti institutları ilə tərəfdaşlıq münasibətlərinin yaxşılaşmasına xidmət edib.

Belə ki, vətəndaş məmnunluğunun təmin edilməsi, cinayət və hadisələrə çevik reaksiya  verilməsi, ictimaiyyətlə əlaqələrin səmərəli təşkili məqsədilə yaradılmış «102» xidməti, «Təhlükəsiz şəhər» sistemi, «Qaynar xətt»lər, elektron poçt  ünvanı müvafiq sahədə  qarşıda duran vəzifələrin uğurlu icrasını təmin etməkdədir.

Qeyd olunmuşdur ki, ərazi polis orqanları üçün beynəlxalq standartlara cavab verən 38 yeni müvəqqəti saxlama yeri  tikilmiş, 24-ü əsaslı təmir olunmuşdur. Hökumət və   qeyri-hökumət təşkilatlarından, eləcə də beynəlxalq qurumlardan olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində  azad və məhdudiyyətsiz monitorinq aparmalarına  lazımi şərait yaradılmış və təkcə cari  ilin 9 ayında  onlar tərəfindən 200-dən çox müvafiq yoxlama tədbiri  keçirilmişdir. Digər tərəfdən, xidməti fəaliyyətin nəticələri barədə  əhalinin kütləvi informasiya vasitələri  ilə məlumatlandırılması, vətəndaşların ayda iki dəfə həm respublikanın regionlarında, həm də Nazirlikdə qəbul edilməsi qanunçuluğun və insan hüquqlarının qorunması işində mühüm əhəmiyyət kəsb edən məsələlər olaraq davamlı surətdə aparılır.

BMT, ATƏTAvropa Şurası, Beynəlxalq Əməkdaşlıq və Beynəlxalq Miqrasiya Təşkilatları, Beynəlxalq Qızıl Xaç Komitəsi, eləcə də bu təşkilatların Azərbaycandakı müvafiq qurumlarının nümayəndələri ilə insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri ilə bağlı  Nazirlikdə çoxsaylı görüşlər keçirilmişdir. Son 10 ildə daxili işlər orqanlarının 5 mindən çox əməkdaşı müvafiq məsələlərə həsr olunmuş seminarlarda, treninqlərdə iştirak etmişdir. Bildirilmişdir ki, həyata keçirilən bu və digər tədbirlər qanunçuluğun möhkəmlənməsinə,  fəaliyyətin müvafiq istiqamətində müəyyən müsbət nəticələrin əldə olunmasına xidmət etmişdir. Son 2 ilə yaxın  müddətdə əsassız saxlama, polisə əsassız gətirmə, sürücülərin hüquqlarının pozulması hallarının sayı xeyli azalmış, işgəncə vermə, döymə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmamışdır. Cari ilin ötən  dövründə isə  polis əməkdaşları tərəfindən yol verilmiş  qanun pozuntularının sayı  8,1 faiz, bununla əlaqədar  cəzalandırılanların sayı  13,2 faiz azalmışdır. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı aşkarlanmış 129 fakt  üzrə  202 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 30 nəfər xidmətdən xaric edilmiş, daha 30 əməkdaş tutduğu vəzifədən azad olunmuş, 1 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb.

Gündəlikdəki ikinci məsələ barədə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov demişdir ki, son illər insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmləndirilməsi, gənc nəslin hüquq və mənafelərinin müdafiəsi sahəsində həyata keçirilən tədbirlər yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə xidmət sahəsini də əhatə edib.

Ölkədə aparılan hüquqi islahatlar çərçivəsində «Uşaq hüquqları haqqında», «Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında», «Məişət zorakılığının qarşısının alınması haqqında» qanunlar da qəbul olunmuş, Azərbaycan uşaqların hüquqlarının qorunmasına dair müxtəlif beynəlxalq konvensiyalara qoşulmuş, bu sahəyə dair digər normativ-hüquqi aktlar hazırlanaraq icraya yönəldilmişdir. Yeniyetmələr arasında hüquqpozmaların və baxımsızlığın profilaktikası, uşaq hüquqlarının müdafiəsi, habelə dövlətin köməyinə və qayğısına ehtiyacı olanların problemlərinin həlli yönümündə aidiyyəti dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələr genişləndirilmiş, birgə fəaliyyətin səmərəsi daha da yaxşılaşdırılıb.

UNİCEF-in Azərbaycan Nümayəndəliyi, BMT-nin Beynəlxalq Əmək və Səhiyyə Təşkilatları, ATƏT-in Bakı Ofisi və digər beynəlxalq qurumlarla birgə 30-dan artıq beynəlxalq konfrans keçirilmiş, bir neçə mərhələdə 400-ə yaxın əməkdaşın cəlb olunduğu treninqlər təşkil olunub.

Yetkinlik yaşına çatmayanların hüquq pozuntularına şərait yaradan halların profilaktikası üzrə polisin aidiyyəti xidmətləri tərəfindən dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə 1210 reyd və yoxlama keçirilmiş, hüquqi maarifləndirmə mövzusunda 400-ə yaxın görüş, yığıncaq və dəyirmi masa təşkil olunmuşdur. Eyni zamanda, yerli icra hakimiyyətləri yanında komissiyaların, səhiyyə,   sosial müdafiə qurumlarının, kütləvi informasiya vasitələrinin 100-dən çox təmsilçisinin cəlb olunduğu, eləcə də 20 minə yaxın yeniyetmənin və onların valideynlərinin qatıldığı tədbirlərdə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların sosial-mənəvi aspektləri və hüquqi məsuliyyəti müzakirə edilib.

Bütövlükdə, son 1 il 6 ay ərzində müxtəlif qanun pozuntularına və nəzarətsizliyə görə polis orqanlarına, xususi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 7890, o cümlədən dilənçilik edən 985 azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən və cəmiyyətə zidd həyat tərzi keçirən 297 valideyn gətirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülmüşdür. Bununla yanaşı, 117 cinayət törətmiş 124 yetkinlik yaşına çatmayandan ibarət 41 qrup zərərsizləşdirilmiş, 729 cinayət törətmiş 756 azyaşlı müəyyən edilib.

Çıxış edənlər müzakirə olunan məsələlərlə bağlı görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışmış, çatışmazlıqların qısa müddətdə aradan qaldırılacağını bildiriblər.

İclasa yekun vuran nazir əldə olunmuş uğurlardan arxayınlaşmamağı, peşəkarlığı, hər bir  əməkdaşın bilik və təcrübəsini daim artırmağı, cinayətkarlığa, o cümlədən şəxsi heyət arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı olmasının zəruriliyini vurğulamış, konkret tapşırıq və tövsiyyələrini verib.

Cənab Ramil Usubov ilk növbədə qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsinə yönəlmiş DİN-in əmr, Kollegiya qərarları və göstərişlərinin icrasının ciddi nəzarətdə saxlanılmasını, əməkdaşların qanunazidd hərəkətləri haqqında daxil olan müraciətlərin vaxtında və obyektiv baxılmasına, cinayət işlərinin istintaqı və məhkəməyədək sadələşdirilmiş icraatın aparılması zamanı prosessual qanunvericiliyin tələblərinə ciddi riayət olunmasına, cinayət prosesi iştirakçılarının qanunla  qorunan hüquq və mənafelərinin tam təmin edilməsinə nəzarət və tələbkarlığın artırılmasını, müvafiq qanunvericilik aktlarından, dövlət proqramlarından, Nazirliyin kollegiya qərarlarından, əmr və göstərişlərindən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini, xidmətlərarası qarşılıqlı əlaqələrin səmərəli təşkilinin əhəmiyyətini qeyd edib.

O, eyni zamanda, azyaşlılar tərəfindən törədilmiş cinayətlərin səbəb və şəraitinin müəyyən edilməsinin, vaxtında lazımi tədbirlərin  görülməsinin, bu sahədə aparılan işlərin daxili normativ aktların tələblərinə uyğun qurulmasının, nəzarətsiz qalmış, hüquqpozmalara meyilli   və  təhsildən yayınan uşaqların zamanında aşkar edilib qeydiyyata alınmasının, zəruri qabaqlayıcı-profilaktik tədbirlərlə əhatə olunmasının, onların yenidən tərbiyəsi və hüquqlarının müdafiəsi yönümündə lazımi tədbirlər görülməsinin, habelə orta, orta-ixtisas və ali məktəblərdə narkotik vasitələrdən istifadənin zərərli nəticələri mövzusunda davamlı görüşlərin vacibliyini bildirib.

Daha sonra nazir bu il sentyabrın 24-də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” imzalanmış Sərəncamı xatırladaraq həmin sənəddən irəli gələn vəzifələrin ən yüksək səviyyədə israsının,  cəbhə bölgəsinin əhalisi arasında fəal izahat və maarifləndirmə işlərinin aparılmasının zəruliyini vurğulayıb.

General-polkovnik Ramil Usubov diqqəti şəxsi heyət arasında  mənəvi-psixoloji durumun, qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsinə və daha ciddi tədbirlərin görülməsinə cəlb etmişdir. Xüsusi qeyd olunmuşdur ki, hər bir əməkdaş üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, anda, xidməti vəzifə borcuna daim sadiq olmaqla polisin şərəfli adını uca tutmalı, vətəndaşlarla münasibətdə nəzakətli davranış nümayiş etdirməli, polis-vətəndaş münasibətlərini möhtərəm dövlət başçısının tələb etdiyi yüksək səviyyədə təmin edib.

Daxili İşlər naziri Kollegiya iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, şəxsi heyət bundan sonra da cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai qaydanın təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıqları layiqincə yerinə yetirəcək, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanacaq, ili daha yüksək nəticələrlə başa vuracaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar