Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Usubov “Maqa”nın atasını niyə işdən çıxarıb?


Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl "Galendewagen" markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılovun həbs olunması barədə xəbər vermişdik


PİA.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Maqa" ləqəbi ilə tanınan Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

O, 2016-cı ildə işdən azad olunub. Həmin ilin 11 yanvarında mətbuatda yayılan məlumata görə, daxili işlən naziri Ramil Usubov Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəis müavini, polis mayoru Əlövsət İsmayılova ağır cəza verib. Nazir onu vəzifəsindən kənarlaşdırmaqla yanaşı, daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı əmr imzalayıb.

Məlumata görə, Əlövsət İsmayılov DYPŞ-ə təyin edilməmişdən əvvəl DİN-də daha yüksək vəzifə tuturmuş. Lakin o, işində yol verdiyi nöqsanlara görə postundan uzaqlaşdırılıb və cəza olaraq rəis müavini təyin edilib.

Əlövsət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bacanağıdır.

Qəzada iştirak edən və həbs olunan Mirməhəmməd İsmayılovun da Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.

O, sosial medianın fəal istifadəçilərindən olub. Mirməhəmməd İsmayılov tez-tez dəbdəbəli həyatını əks etdirən fotolarını sosial media paylaşaraq özünü gündəmə gətirib.

Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar