Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Usubov polkovniki işdən qovdu


“Aranızda olan mülki mübahisənin həllinə təşəbbüs göstərmədiyinə görə, Fuad Əliyev DİN-in müvafiq əmri ilə işdən azad olunub”.


Nərminə Əhmədovanın axar.az-a verdiyi məlumata görə, bu məzmunlu sözlər DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi general Rasim Musayevin imzası ilə onun şikayətinə göndərilən cavab məktubunda qeyd olunub.

İdarə şikayətçinin etdiyi müraciətdə Gəncə Şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi, piolkovnik-leytenant Fuad Əliyevin 30.820 manat pulunu dələduzluqla ələ keçirməsi və digər qanunsuz hərəkətləri ilə bağlı ittihamlarının həqiqəti əks etdirmədiyini də açıqlayıb. Buna baxmayaraq, mülki mübahisəni həll etmədiyi üçün polkovnik-leytenant işdən qovulub. Xatırladaq ki, Nərminə Aladdinovna Əhmədova adlı vətəndaş müraciətində bildirmişdi ki, Gəncə Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Fuad Gündüz oğlu Əliyev onun 35.820 manat pulunu mənimsəyib.

N.Əhmədova F.Əliyevə pulu bank vasitəsi ilə verdiyini təsdiqləyən qəbzləri də redaksiyaya təqdim etmişdi və hüquqlarının bərpası üçün Baş Prokurorluğa və DİN rəhbərliyinə yazılı qaydada müraciət ünvanlanlamışdı. Polkovnik-leytenant Fuad Əliyev isə açıqlamasında borc aldığı pulu qaytarmasına baxmayaraq, Nərminə Əhmədovanın ondan əl çəkmədiyini, onu şantaj etdiyini bildirmişdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar