Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Usubov generalın dəfnində


Dünən ürəktutmasından dünyasını dəyişən general Rasim Musayev bu gün dəfn olunur


Qafqazinfo” xəbər verir ki, general "Mehdiabad" qəbiristanlığında torpağa tapşırılır. R.Musayevin dəfnində Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazir Ramil Usubov da iştirak edir.

Qeyd edək ki, Rasim Musayevə 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Öz xahişi əsasında, 2013-cü il yanvarın 21-də daxili işlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. Onu da əlavə edək ki, R.Musayev Gəncə polisinə rəhbərlik edən ilk general olub. Eyni zamanda, onun bu vəzifədən hansı səbəblərdən istefa verməsi uzun müddət mətbuatın müzakirə mövzusu olub.

Gəncədən Bakıya qayıdan general bir neçə gün sonra, yəni, 2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar