Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Usubov Pakistan səfiri ilə görüşdü


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pakistan İslam Respublikasının Azərbaycandakıi səfiri Səid Xan Mohmandı qəbul edib


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, R. Usubov iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında son illər sıx münasibətlərin mövcudluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, əməliyyat məlumatlarının mübadiləsindən məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin və bu görüşün birgə işbirliyinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərinin, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli cinayətlərlə səmərəli mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi qeyd olunub.

Səid Xan Mohmand dövlətlər və xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, Azərbaycanda yaradılmış sabitlik və əmin-amanlıqdan, ölkənin və onun paytaxtının dünyanın ən təhlükəsiz dövlət və şəhərlərindən biri olmasından məmnunluğunu bildirib.

Transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusən Pakistanın zəngin təcrübə topladığı beynəlxalq terrorçuluqla birgə mübarizənin zəruriliyinə dair nazirin fikirlərini bölüşən səfir yüksək səviyyədə olan ikitərəfli əməkdaşlığın bütün sahələrdə daha da inkişafı üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar