Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Usubov Eldəniz Quliyevi məhkəməyə verdi


Daxili işlər naziri Ramil Usubov Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevi məhkəməyə verib


Nazir Eldəniz Quliyevlə bağlı Nəsimi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb. 

PİA.AZ xəbər verir ki, bu barədə “Azadlıq”a sözügedən məhkəmədən bəlli olub. Ramil Usubov iddiasında Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cəzalandırılmasını xahiş edib.

Daxili işlər nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Azadlıq”a açıqlamasında bildirdi ki, bir neçə gün öncə Eldəniz Quliyev Daxili İşlər Nazirinə mətbuat vasitəsiylə müraciət edib: “Müraciətində hansısa yol polisi əməkdaşının hərəkətindən gileylənirdi. Eldəniz Quliyev həmin mətnin dörd-beş yerində ümumən Azərbaycan polisinin ünvanına təhqiramiz ifadələr işlədib, onun şərəf və ləyqaətini çox kobud şəkildə alçaldıb. Onun işgüzar nüfuzunu gözdən salmaq üçün müxtəlif ifadələr yer alıb. Bizim ona cavabımız da olmuşdu. Ancaq həmin müraciətdən dərhal sonra respublikanın çox saylı polis əməkdaşları Daxili İşlər Nazirliyinin rəhbərliyinə həmin şəxsin məhkəməyə verilməsini və bununla da məsələnin hüquqi müstəvidə həll edilməsini xahiş ediblər. Çoxsaylı şikayətlər nəzərə alınıb və sənədlər toplanaraq Cinayət Məcəlləsinin 147 və 148-ci maddələriylə xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunub”.

Eldəniz Quliyev “Azadlıq”a açıqlamasında məsələyə bu cür münasibət bildirib: “Polis mundiri rəmzləri daşımaq üçün deyil, o eyni zamanda asayişi pozanlardan fərqlənmək üçün geynilir”.

Eldəniz Quliyev hesab edir ki, ona qarşı bu addım onun Milli Şuradakı fəaliyyəti ilə bağlıdır.

Qeyd edək ki, Eldəniz Quliyev bir neçə gün öncə mətbuatda Daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev R.Usubovu məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləmişdi



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar