Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul


Türkiyəli diş həkimi Pertev Kökdemir oruc tutan insanları xoşagəlməz ağız qoxusundan xilas olmağın ən effektli üsulları ilə tanış edib


PİA.AZ Milli.Az-a istinadən xəbər verir ki, diş həkimi sahurda və iftarda cəfəri, nanə, zəncəfil, darçından bol-bol istifadə etməyi tövsiyə edib. O, bu bitkilərin ağız qoxusunu aradan qaldırdığını bildirib. P.Kökdemir deyib ki, Ramazan ayı yay vaxtına təsadüf etdiyi üçün 17 saat ac qalırıq, bu isə ağızda quruluq və qoxulara yol açır: "İftardan və ya sahurdan sonra dişlər fırçalanmadıqda ərzaq artıqları ağızda yığılır və qoxuya səbəb olur. Uzun müddət təmizlənməyən ağızda diş əti iltihabı başlayır və bu iltihab da qoxuya yol açır. Odur ki, iftardan və sahurdan sonra yemək artıqlarını uzaqlaşdırmaq üçün dişləri mütləq ən azı iki-üç dəqiqə fırçalayın, sonra isə qarqara edin".

Onun sözlərinə görə, iftarda bol suyla birlikdə yaşıl çay, sahurda isə bir stəkan soyuq süd içmək ağız qoxusunu təravətləndirir: "Bununla bərabər ağız qoxusunu əngəlləmək üçün bitkilərdən də istifadə etmək olar. Cəfəri, nanə, zəncəfil, şüyüd, adaçayı, darçın, yaşıl çay, okaliptus, hil, və keşniş də ağız qoxusunu aradan qaldırır. Bəzilərini çiy şəkildə udmaq, bəzilərini isə çay şəklində dəmləyib içmək müsbət nəticə verir. Həmçinin sahurda bir stəkan soyuq süd də iyi azaldır".

Mütəxəssis tərkibində sprit olan qarqara vasitələrindən istifadə etməməyi məsləhət görüb:
"Tərkibində spirt olan qarqara vasitələri ağız quruluğunu daha da artırır. Dişləri fırçalamayıb, sadəcə, qarqarayla diş üzərindəki ərpi uzaqlaşdırmağa çalışmaq son dərəcə yanlışdır. Əksinə bu, ağız qoxusunu şiddətlədnirir. Oruclu ikən suyu udmamaq şərtilə gün ərzində ağızda suyu çalxalamaq bakteriyaları və ağız qoxusunu azaldır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar