Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafil Hüseynovun villası və oğlunun yeni fotoları yayıldı

Masallının icra başçısının rayondakı obyektlərini satdığına dair də məlumatlar var


Masallının icra başçısı Rafil Hüseynovun oğlu Şəhriyarın bu yaxınlarda yayılan fotolarından sonra onunla bağlı durum dəyişməyə başlayıb. Bahalı gecə klublarından birində çəkdirdiyi fotoları ilə gündəmə gələn icra başçısının oğlu, əslində, atasına da ciddi problem yaşatmağa başlayıb. 

Ötən günlərdə bəzi mətbuat orqanlarında yayılan məlumatlarda iddia olunurdu ki, artıq Rafil Hüseynov oğlu məsələsi ilə əlaqədar Prezident Admnistrasiyasına dəvət olunub və ona dövlət başçısının məmurlar və onların övladları ilə bağlı xəbərdarlığı xatırladılıb. Hətta belə bir bilgi var ki, yaxın həftələr içində icra başçısı vəzifəsindən alınacaq. 

Bu əsnada jam.az-ın ünvanına daha iki fotoşəkil daxil olub. Həmin fotoşəkillərdən biri Rafil Hüseynova, digəri isə onun oğluna məxsusdur. Belə ki, fotolardan birində Novxanıda inşa edilmiş villanın təsviri var. Nofəl Fərəcov tərəfindən yayımlanmış həmin fotoda bahalı villanın heç də ucuz başa gəlmədiyi vurğulanır və iddia edilir ki, Masallının icra başçısı bu tikiliyə 5 milyon manat xərc çəkib. 

İkinci foto isə Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynovla bağlıdır. Bu dəfə də onun başqa bir gecə klubunda dostları ilə necə əyləndiyi əks olunub. 

Verilən bir başqa məlumatda isə iddia olunur ki, Rafil Hüseynov artıq Masallıdakı obyektlərini satışa çıxarıb. Məlumatı verən Nofəl Arzumanoğlu qeyd edib ki, bu obyektlərin satışa çıxarılmasının səbəbi icra başçısının işdən çıxarılacağının qətiləşməsi ilə bağlıdır. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 









Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar