Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafael Cəbrayılov Şirvanda seçicilərlə növbəti görüşünü keçirdi


Şirvan şəhərindən Milli Məclisin deputatı olan Rafael Cəbrayılov seçicilərlə sıx əlaqədədir


Mütamadi olaraq seçicilərlə görüşür, onların problemlərinin həlli istiqamətində deputat səlahiyyətləri çərçivəsində kömək edir. 

Millət vəkili Şirvan şəhərində seçicilərlə növbəti görüşünü keçirib. 

Görüş zamanı əsasən sosial xarakterli müraciətlər üstünlük təşkil edib. Bütün müraciətlərin həlli istiqamətində seçicilərə məsləhətlər verilib, müraciətlərdə göstərilən problemlərin həlli istiqamətində müvafiq orqanlar qarşısında məsələ qaldırılaraq icrası nəzarətə götürülüb. Seçicilər tərəfindən qaldırılan bəzi məsələlər yerində həll edilib. Görüşdə iştirak edənlər əsasən işsizlik, sosial yardım və digər məişət məsələləri ilə bağlı müraciətlər ünvanlayıblar. Millət vəkili seçicilərin diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinin icrasına başlanılıb. Qısa müddət ərzində Şirvan şəhərində 700 nəfərin müxtəlif orqanlarda işlə təmin olunması mövcud sosial və məişət problemlərinin həllinə təkan vermiş olacaq. 

Deputat diqqətə çatdırıb ki, Şirvandakı yolların, köhnə binaların təmiri, istilik sisteminin qaydaya salınması prioritet məsələdir və o da öz səlahiyyətləri çərçivəsində bu problemlərin aradan qaldırılması istiqamətində şəhər rəhbərliyi ilə birlikdə müxtəlif addımların atılmasına təkan verəcək. Rafael Cəbrayılov seçiciləri əmin edib ki, Azərbaycanda yeni dövrün iqtisadi imkanları Şirvanın da dirçəlişinə təkan verəcək. Seçicilər Rafael Cəbrayılova göstərdiyi diqqət və qayğıya görə təşəkkür edərək ona uğurlar arzulayıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar