Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rabitə sistemindən uzaqlaşdırılan peşəkar kadrların yeri boş qalıb


Rabitə sistemindən uzaqlaşdırılan peşəkar kadrların yeri boş qalıb - əks proses başlayır


Eldar Mahmudova görə “yanan” rabitəçilərin boş qalan yerlərini mütəxəssislərlə doldurmaq zaman alacaq; ölkənin “əsəb sistemini” indi kimlər idarə edir?

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “MTN işi”nə bağlı “Rabitə işi” üzrə korrupsiya və irihəcmli mənimsəmə ittihamı ilə həbs edilən yüksək vəzifəli şəxslərinin bir çoxu azadlığa buraxılıb, qalanların isə cəzaları xeyli azaldılıb. Məhkəmə bu qərarını onların dövlətə vurduqları zərəri bütünlüklə ödəmələri ilə əsaslandırıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi  tərəfindən “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilmişdi. Bu zərərin ödənməsindən sonra nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq direktoru Beytulla Hüseynov və onların yaxınlarına məxsus xeyli sayda əmlakın üzərindən həbs götürülüb.

Xatırladaq ki, V.Zeynalov da daxil olmaqla, iş üzrə həbs edilən 10-dan yuxarı şəxsdən əlavə, Bakı və rayonların rabitə qurumlarından həmin şəxslərə bağlı onlarla insan işdən çıxarılıb. Onların arasında rayon rabitə qurumlarının rəislərindən tutmuş, mühəndislərə qədər çoxsaylı işçilər var.

Rabitə sahəsində çalışan mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumata görə, proses gedən aylarda cinayət çetesi ilə yaxından-uzaqdan bağlı olan, hətta bağlı olmayan çoxlu sayda insan rabitə sistemindən kənarlaşdırılıb. Hətta bəzi hallarda hansısa vəzifədə, ştatda gözü olan biri onu tutan şəxsi cinayətkar qrupla əlaqədə suçlayaraq onun işdən çıxarılmasına nail olub. Əvəzində isə işə çoxlu sayda rabitə sistemindən azməlumatlı, yaxud heç məlumatı olmayan adamlar götürülüb.

Mənbənin dediyinə görə, hazırda nazirliyin yeni rəhbərliyi xüsusilə internet sahəsində, həmçinin yerli rabitə sistemində müasir avadanlıqların tətbiqi ilə bağlı işləri həyata keçirməyə başlayıb: “İşlər ləngiyir, çünki bir çox yerlərdə sistemdən məlumatlı adamlar işdən uzaqlaşdırılıb. Hətta elə rayonlar var ki, köhnə mütəxəssisləri çağırıb xahiş edirlər ki, xətlərin sxemini işçilərə başa salsınlar”.

Qeyd edək ki, işdən çıxarılanların əksəriyyəti uzun illər rabitə sahəsində işləmiş, sistemi yaxından bilən peşəkar mütəxəssislərdir. Hansı ki, belə işçinin yetisməsi illərlə vaxt tələb edir. Digər tərəfdən, cinayət əməlinə rəhbərlik edən şəxslər vurduqları ziyanı bütünlüklə ödəyiblər, onların bir çoxu azadlığa buraxılıb. Bu şəraitdə cinayətdə birbaşa və ya ümumiyyətlə, iştirak etməyən, peşəkar mütəxəssis olan şəxslərin yenidən rabitə sistemində işə qaytarılması üçün əsas yaranmış olur.

Onu da bildirək ki, “Rabitə işi” üzrə proseslər başlayandan sonra rabitə xidmətlərinin keyfiyyətində problemlərin yarandığı müşahidə olunurdu. Bu problemləri həmin zaman cinayətkar qrupun təxribatı kimi qiymətləndirənlərlə yanaşı, mütəxəssislərin işdən uzaqlaşdırılmasının nəticəsi hesab edənlər də az deyildi. Mənbəmizin dediyinə görə, hazırda təxribat imkanlarının qarşısı bütünlüklə alınıb, lakin bir sıra hallarda mütəxəssis çatışmazlığı xidmətin səviyyəsini lazımi həddə çatdırmağa imkan vermir. Buna görə də mənbəmiz yaxın vaxtlarda hətta “Rabitə işi”nin əsas fiqurlarından bəzilərinin də yenidən rabitə sistemində işə götürüləcəyini mümkün və real sayır.

Rabitə bu sahənin peşəkarları tərəfindən dövlətin sinir sistemi adlandırılır. İnanırıq ki, dövlətimizin “sinir sistemi” çox da zədələnmədən bu problemə əncam çəkiləcək. Peşəkarların təcrübəsindən yararlanılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar