Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

RUSİYA- iqtisadi möcüzə axtarışında


İqtisadi sanksiyalar, rublun dəyərdən düşməsi və neftin ucuz qiyməti – Rusiya iqtisadiyyatı bir neçə cəbhədə vuruşur


Artıq iki ildir ki, sürən böhran zamanı ilk dəfədir ki, Putin ölkənin aparıcı iqtisadçı və ekspertlərini Kremldə keçirilən iqtisadi şuranın yığıncağına dəvət edib. Putinin mətbuat katibinin eyham vurduğu kimi, bu gərək ki, böyük bir “beyin fırtınası” hesab edilsin.

Böyük bir sual ortaya çıxır: iqtisadi böyümə ilə bağlı çarxın yenidən necə işə salınmasından ötrü nə etmək olar. Yığıncaq zamanı Putin deyib: “Əgər biz böyümə üçün yeni mənbələr tapmasaq, onda iqtisadiyyatın dinamikası sıfırda qalacaq”.

Lakin ehtiraslar hələ görüşə qədər də coşmuşdu. Bu arada isə dövlətin kreditorlar düşərgəsi və konsernlərin rəhbərləri, özünün sərt iqtisadi siyasəti ilə tanınan keçmiş maliyyə naziri Aleksey Kudrinin qayıtmasından ehtiyat edirlər.

Hamı vəziyyətin heç də ürəkaçan olmadığında həmfikirdi. Bu yaxın günlərdə baş nazir Dmitri Medvedyev səmimi şəkildə deyib ki, vəziyyət ağırdır. Krıma qısa səfəri zamanı, bir təqaüdçü qəzəbli şəkildə Medvedyevə tərəf qışıqaraq bildirib ki, o, 8000 rubl təqaüdlə necə çətinliklə dolanır (Bu, təxminən 110 avroya bərabər bir məbləğdir). Hökumətin başçısı onu sakitlşdirməyə cəhd göstərərək, deyib: “Bizdə pul yoxdur, dözmək lazımdır”.

Bununla yanaşı Medvedyev hamıya yaxşı əhval-ruhiyyə və can sağlığı arzulayıb.

İnternetə yerləşdirilmiş həmin hadisə dərhal böyük izləyici kütləsi qazanıb və bu cür hədsiz səmimi etiraf çox gülməli bir vəziyyətin yaranmasına səbəb olub. Demək lazımdır ki, aprel ayında dövlət büdcəsi nəzərdə tutulandan üç dəfə artıq kəsir gəlib. Ruslar, həmçinin uzun sürən böhrandan da əziyyət çəkirlər. Rəsmi statiskaya görə, beş milyon rusiyalının gəliri ümumi yaşayış minumumundan azdır. Hal-hazırda orta əmək haqqı rublun dəyərdən düşməsinə görə, Çindəkindən də aşağıdır.

- İqtisadiyyat staqnasiyadadır

Yaxşılaşama gözlənilmir, çünki aktual proqnozlara görə, ən yaxşı halda iqtisadiyyatdakı staqnasiya 2016-cı ildə də davam edəcək. Düzdür, kənd təsərrüfatı və İT texnologiya sənayesi müəyyən müsbət dinamika nümayiş etdirir, ancaq indi Vladimir Putinin qarşısında ölkənin böhrandan necə çıxarılması məsələsi dayanıb.

Qərb müşahidəçilərindən daha çox tərifi Mərkəzi Bank qazanıb və onun rəhbəri Elvira Nabiulina sürətli tədbirlər və qətiyyətli üsullarla uçot faiz dərəcələrini yüksəltməklə, rublun məzənnəsini sabitləşdirməyi baçardığı üçün, keçən il “Euromoney” jurnalı tərəfindən ilin qadın bankiri seçilib. Lakin Putin sisteminin liberal-mütəxəsissləri tələyə düşüblər. Yaxşı halda onlar Mərkəzi Bankın faiz dərəcələri əsasında tənzimlənən makroiqtisadi vintləri fırlada bilərlər. Ancaq hərbi sferaya çəkilən xərclər və ya iqtisadiyyata hal-hazırda ziyan vuran xarici siyasət onların səlahiyyətlərinə aid deyil. Beləliklə, onlar yalnız işin bir hissəsini yerinə yetirə bilərlər.

Amma bütün bunlara baxmayaraq, əhalinin əksəriyyəti ölkədəki bu cür bərbad vəziyyətin məsuliyyətini liberalların üzərinə qoyur. Mərkəzi Bankın yüksək faizləri investisiyanı mümkünsüz edir, tətbiq olunmuş sanksiyalar isə onsuz da zəif olan tələbi daha da aşağı salır.

“Stolıpin klubu” adlanan sərbəst ekspertlər ittifaqının üzvü, iqtisadçı Yakov Mirkin vəziyyəti tənqid edərək deyir: “Biz, artıq iki onillikdir ki, bazar metodlarının köməyi ilə investorlar üçün kreditlərin cazibədarlığını artırmaq istəyirik, lakin heç nə alınmır”. Mirkin izah edir ki, Rusiya Qərb dövlətlərindən nümunə götürərək, investisiyaların axını sürətini artırmaq üçün, öz pul siyasətini zəiflətməlidir və ölkədə hər şey iqtisadi böyüməyə xidmət göstərməlidir.

Bütün bunlar nəticəsində rublun çöküşünün baş verməməsi üçün, Mərkəzi Bank kreditləşmə prosesini investisiya fondu kimi həyata keçirməlidir. Yalnız bundan sonra dövlət bürokratiyanı cilovlamalı, müəssisələri özəlləşdirməli və xarici ölkələrlə münasibəti normallaşdırmalıdır.

“Metalinvestbank”ın valyuta istiqamətləri və maliyyə sazişləri üzrə rəhbəri Sergey Romançuk deyir: ”Əgər inflyasiya aşağıya düşərsə, onda nəhayət ki, əsas faiz dərəcələri və kredit xərcləri azalacaq. Dövlət öz xərclərini azaltsaydı və iqtisadiyyatı pul ilə doldurmağa can atmasaydı, Mərəzi Bankın aktual siyasəti daha effektli olmuşdu”.

- Kudrin srtuktur islahatlarında israr edir

Putinin iqtisadi şurasında Aleksey Kudrin bu cür nöqteyi-nəzərlə çıxış edib. Kudrin iqtisadiyyatın vintlərinin tənzimlənməsi əvəzinə, struktur islahatlarının aparılmasına söykənir. Kudrin müsahibəsində deyib: “Əgər biz iqtisadiyyata pul töksək, onda ola bilər ki, bu bir-iki illiyinə kömək göstərsin, ancaq sonradan bu yol yenidən böhrana aparacaq”.

Kudrinin irəli sürdüyü proqram – məhkəmə sistemində islahat aparılmasını, dövlətin iqtisadiyyatdan uzaqlaşmasını, pensiya yaşının qaldırılmasını, dövlət büdcəsinin insan kapitalı və infrastrukturun xeyrinə investisiya olunmasını tələb edir

Putin artıq bəyan edib ki, o, iqtisadçılar arasında hər hansı bir kompromisə gəlməyi görmək istərdi. Hazırda belə bir kompromisi təsəvvür etmək çətindir. Nüfuzlu “Kommersant” qəzeti xəbərdarlıqla bildirir ki, iqtisadçıların danışıqları çox uzun çəkə bilər. Amma Kudrinin rəhbərliyi altındakı liberal iqtisadçıların təkliflərinin Putin tərəfindən qəbul olunacağı şansı daha yüksəkdir. Bu təkcə Putin ilə Kudrin arasında dostluq münasibətlərinin müşahidə olunmasından irəli gəlmir. Eyni zamanda onu da demək gərəkdir ki, keçmiş maliyyə naziri hələ əvvəldən müvafiq təkliflərin hazırlanması üçün yaradılan işçi qrupunun rəhbəri seçilib.

“İnzor” institutunun rəhbəri İqor Yurqensin fikrinə görə, Dmitri Medvedyevin prezidentlik dövründə həyata keçirilən moderinləşdirmə proqramında olduğu kimi, iqtisadi islahatların başlamasında, siyasət xüsusi əhəmiyyət daşıyır. İ.Yurqens deyib: “Əgər Kudrinə islahat keçirməyə imkan verərlərsə, onda hər şey düzələr. Bu isə siyasi iradədən asılıdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar