Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

RATİ-nin daha bir əməkdaşını ölkədən çıxmağa qoymadılar


RATİ-nin daha bir əməkdaşını ölkədən çıxmağa qoymadılar
Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılova ölkədən buraxılmayıb


Bu barədə “Azadlıq” radiosuna məlumat verən Günay İsmayılova deyib ki, sentyabrın 2-də Gürcüstana getmək üçün Bakı hava limanına yollanıb: 

ATƏT-in iki günlük seminarına qatılmalı idim. Özü də şahid kimi dindirildiyim istintaqa bununla bağlı xəbər vermişdim. Onlar da demişdilər ki, problem yoxdur, get, qayıt, amma aeroportda sərhəd xidmətində məni buraxmadılar”.

Günay İsmayılovanın sözlərinə görə, ölkədən çıxmasına qadağanı Baş Prokurorluq qoyub: “Bu, qanunsuz göstərişdir. Ona görə də prokurorluğu məhkəməyə verəcəm”.

Bundan əvvəl RATİ-nin əməkdaşı Əbülfət Namazovun da ölkədən çıxmasına icazə verilməyib.

Bu ilin avqustunda hüquq-mühafizə orqanları RATİ-nin ofisinin qapılarına möhür vurublar. İndilik institut işini dayandırıb. Bundan sonra qurumun rəhbəri Emin və qardaşı Mehman Hüseynovlarla əlaqə kəsilib, onların harada olduğu məlum deyil.

RATİ-nin əməkdaşları isə istintaqa şahid qismində cəlb olunublar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar