Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quşların səbəb olduğu təyyarə qəzaları

Müəmmalı aviaqəzaların bir çoxunun bu üzdən baş verdiyi bildirilir


Quşlarla təyyarələrin çarpışması hər zaman olub. Bunun ilk nümunəsi 1910-cu ilə aiddir. Bir qağayı Kaliforniya səmalarında uçan təyyarənin pərinə ilişərək, onu hərəkətsiz hala gətirib. Nəticədə təyyarə yerə düşüb və pilot ölüb.

Birinci Dünya müharibəsində də bunun kimi bir neçə çarpışma olub. Amma əsas təhlükə daha çox təyyarənin göy üzündə uçduğu İkinci Dünya müharibəsində baş verib. Həmin vaxt qəzaların sayı heç də az deyildi. Quşlarla toqquşma nəticəsində zərər görən və ya parçalanan təyyarələrin dəqiq sayı isə çox güman ki, heç vaxt öyrənilə bilməyəcək. Səbəbi anlaşılmayan hava qəzalarının böyük bir bölümünün bu şəkildə baş verdiyi dəqiqdir.

“Time” jurnalında yayımlanmış bir sənəddə təkcə Amerikada quşlarla toqquşan təyyarələrin sayının həftədə 2-yə qədər artdığı bildirilir. Bu rəqəm xüsusən quşların köç mövsümündə daha da artmaqdadır. Jetlərin sayının artması isə vəziyyəti daha da ciddiləşdirib.

Ən böyük təhlükə iri quşlardan gəlməklə yanaşı, kiçik quşlar da qəzalar üçün yetərincə ciddi səbəb ola bilir. Bir sərçə böyük bir kəşf təyyarəsinin önündəki külək sipərinə özünü vurub, bunu dələrək təyyarənin içinə düşüb və pilotu eniş etmək zorunda qoyub.

Bir təyyarə ilə iri quş sürüləri arasındakı çarpışmalarda istər təyyarə, istərsə içindəkilər təhlükə yaşamaqdadır. Gecə 2400 metr yüksəklikdə uçan bir təyyarə beş durnadan ibarət bir sürü ilə toqquşmuşdu. Durnalardan biri bu arada təyyarənin sol qanadı ilə toqquşaraq qəzaya səbəb olmuşdu.

Qəzanın ölümlə nəticələnməsi üçün təyyarənin böyük quşlardan ibarət bir sürü ilə qarşılaşması da şərt deyil. Bir yaban ördəyi qarşısındakı küləyi dələrək pilotun sifətinə çarpıb və sonuncunun nəzarəti itirərək, təyyarənin dənizə düşməsinə səbəb olmuşdu. İngilis ordusuna aid bir təyyarə də Afrikada iki ağ leyləklə çarpışmışdı. Bunun nəticəsində təyyarə yerə çarpılaraq tamamən yanıb.

Londonun “Daily Mail” qəzetində çıxan bir xəbərə görə, bir quş Spitfire tipli bir təyyarənin külək sipərini parçalayaraq uçağın içinə düşüb. Halbuki sözügedən şüşə güllə keçirməzdir və ən azından 3,5 - 4 sm qalınlığındadır.

Bir başqa təyyarə də saatda 650 kilometrlə uçarkən bir ördəklə çarpışmışdı. Qəzasız-bəlasız enişdən sonra təyyarənin sol qanadında ördək başı böyüklüyündə bir dəlik görülmüşdü. Halbuki “Spitfire” tipindəki bir təyyarənin qanadında belə bir deşik aça bilmək üçün güclü bir çəkiclə ora zərbələr endirməyə ehtiyac vardır. Təyyarə qanadlarının altına baxanda isə əzik bir sümük, tük və ət kütləsi halında bir ördək meydana çıxıb. Bu 2 kiloluq ördəyin başı boyda kiçik bir deşikdən keçməsi inandırıcı deyil. Aparılan hesablar, ördəyin qanadla 5 tonluq bir qüvvətlə toqquşduğu, quşu ordan keçirmək üçün lazımi təzyiqin isə bir kvadrat santimetr üçün 1 ton olduğunu ortaya çıxarıb.

Fransızların müharibə üçün təlim keçdiyi qartal

Fransızlar 2-ci Dünya müharibəsində qartalları düşmən təyyarələrinə hücum etdirməyə öyrəşdirmişdilər. İnsanlara inanılmaz kimi görünməklə bərabər, bir qartalın hücumuna qarşı özünü qoruya biləcək təyyarə azdır. Yaxşı təlim görmüş bir qartal sürüsünün, sürətlə və dimdikləri ilə, eləcə də pəncələrinin qüvvəti sayəsində ən güclü bir hava nəqliyyat vasitəsini bir neçə saniyənin içində məhv etməsi o qədər xoş deyil. Quşların arasında təyyarələrə hücum etməyə ən həvəsli olanlar qartallardır. İngilis Hava Nazirliyi qartallardan başqa böyük quşların təhlükəsini 1934-cü ildə rəsmən sənədlərdə qeyd etmişdi.

Bununla birlikdə qartalların təyyarələrə hücum etdiyi halların çoxunda panikanın rol oynaması ehtimalı da qüvvətlidir. Amma qəsdən hücum kimi görünən hallar da çoxdur...

Şahzadə Corcs Bibeskoya aid üç motorlu bir sərnişin təyyarəsi Hindistanda Allahabat yaxınlarında uçarkən pikə enişə keçən iki qartalın hücumuna məruz qalmışdı.

Təyyarələrə hücum edən tək quş qartal deyil. And sıra dağlarının yuxarısında uçan təyyarələrin kondorların hücumuna məruz qaldıqları hallar çox olub. Davamlı olaraq bir tarlanın yuxarısında dolaşan təyyarə də hər dəfəsində bir kral quşunun hücumuna hədəf olub, təyyarə uzaqlaşana qədər quş onun arxasından uçub.

Fransanın bir şəhərində də bəzi kiçik qarğaların kilsə qüllələrindəki yuvalarından qalxıb keçən təyyarələrin üzərinə atıldıqları, onlara yapışdıqları, hücum etdikləri görülüb.

İngiltərədə bir zooparkın yuxarısında uçan bir planor isə tutuquşunun hücumuna məruz qalıb. Eybəcər səs çıxaran quş pilota dimdiyi və pəncələri ilə hücum edib, 400 metr boyunca planorun arxasınca uçub.

Bunların nadir hallar olmasına şübhə yoxdur. Günümüzdəki pilotların qənaəti isə budur ki, əgər təyyarələr uçuş halındakı quşlara narahatlıq yaratmırsa, bu halda onlar təyyarələrə hər hansı formada hücum etmirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar