Türkiyənin Quşadası bölgəsində yerləşən otellərin birində fahişəliklə məşğul olanlara qarşı əməliyyat keçirilib
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 2-si azərbaycanlı olmaqla 4 nəfər saxlanılıb.
Polisdən verilən məlumata görə, idarəyə Cuma bazarı deyilən ərazidə fahişəliklə məşğul olanlarla bağlı məlumat daxil olub. Nəticədə fahişəliklə məşğul olan iki azərbaycanlı qadın iş başında tutulublar. Saxlanlar sağlamlıqla bağlı müayinədən keçiriləndən sonra öz ölkələrinə göndərilmələri üçün Miqrasiya İdarəsinə təhvil veriləcəklər.
Əməliyyat keçirilən otelin sahibi A. B, otelin resepşn əməkdaşı A.A da fahişəliyə şərait yaratdıqlarına görə saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.
pia.az