Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov tərcüməçini klubdan qovdu


"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin ünvanına hörmətsizlik nümayiş etdirən tərcüməçi Əfqan Xəlilovu işdən qovub


PİA.AZ Virtualaz.org-a istinadən xatırladır ki, Əfqan Xəlilov sosial şəbəkə hesabında futbolçu Miçel Madera ilə mətbuat konfransında çəkilmiş şəklini paylaşaraq yazmışdı: ““Növbəti axmaq sualı gözləyərkən, mən”.

Bəzi idman jurnalistləri mediaya belə münasibəti təhqiredici saymışdılar. Bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Q.Qurbanov bu məsələyə də toxunub:

“Həmişə demişəm ki, hər kəs öz işi ilə məşğul olsun. Məsələdən xəbərim var. Mən gördüm ki, bu haqda nələr yazırlar. Xoşagəlməz alındı. Elə təəssürat yarandı ki, bu, "Qarabağ" futbol klubunun fikiridir. Mən onu klubdan çıxardım. Məşqçinin, jurnalistin və rəqiblərin işlərinə qarışmaq olmaz. Nə qədər ki, mən "Qarabağ"dayam, heç kim başqasını sancmamalı, onda səhvlər axtarmamalıdır.

Əfqanın işindən həddindən artıq razı idim. Bütün sözləri futbolçulara dediyim kimi çatdırırdı. Yaxşı bir işçini itirdik. Amma mənim qoyduğum qaydalar var, buna riayət etmək lazımdır”.

Qeyd edək ki, Əfqan Xəlilov Azərbaycan dilindən başqa ispan, portuqal, ingilis və rus dillərini də bilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar