Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov sabah millidə debüt edəcək

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisi sabah növbəti matçını keçirəcək


Apasport.az saytının məlumatına görə, yığmamız yoldaşlıq oyununda Moldova ilə görüşəcək.

Qarşılaşma Antalyanın “Mardan” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son matçını ötən il oktyabrın 8-də səfərdə Almaniyaya qarşı keçirən komandamız 3 aydan artıq vaxtdan sonra meydana çıxacaq. Millimiz 114 gündən sonra növbəti sınaq qarşısındadı.

Son matçlarını seçmə mərhələdə keçirən yığmamız 10 aydan sonra yoldaşlıq matçında qüvvəsini sınayacaq. Millimiz sonuncu dəfə ötən il martın 9-da belə görüş keçirib. Dohada Qətəri 2:1 yenən yığmamız 327 gündən sonra yoxlama matçı oynamaq şansı qazanıb.

Antalyadak görüş millinin baş məşqçisi Qurban Qurbanovun postunda debütü ilə əlamətdar olacaq. 46 yaşlı mütəxəssis vaxtilə futbolçu kimi şərəfini qoruduğu komandanı ilk matça çıxaracaq. Eyni zamanda “Qarabağ”ı çalışdıran Qurbanov ən yaxşı bombardiri olduğu millidə fəaliyyətini qələbə ilə başlamağa iddialıdı.

Lakin mütəxəssis ilk sınağında ideal heyətlə oynamaq imkanından məhrumdu. Çünki ölkə xaricində legioner həyatı yaşayan futbolçular belə görüşlərdə iştirak edə bilmir. Səbəb isə matçın FİFA-nın oyunlar üçün ayırdığı dövrə təsadüf etməməsidi. Yalnız Pavel Paşayev istisna kimi komandaya qoşulub. Əvəzində Dmitri Nazarov, Araz Abdullayev, Renat Dadaşov milliyə kömək etməyəcək. Lakin rəqibin də təxminən eyni durumda olduğunu söyləmək ıazımdı.

Qurbanovun debüt oyunu həm də 2018-ci ildə ilk qarşılaşma olacaq. Bu ilə Antalyada start verəcək komandamızın rəqibi olan Moldova isə artıq 1 matça çıxıb. Onlar yanvarın 27-də Cənubi Koreya ilə qarşılaşıb. 0:1 hesabı ilə uduzan rəqibimiz ilk qol və ilk uğur üçün yığmamızı büdrətməyə çalışacaq. Çünki onlar da yeni baş məşqçi Aleksandr Spiridonun rəhbərliyi altında ilk toplanışa yollanıb və onun debütündə uduzub.

Yeri gəlmişkən, Azərbaycan və Moldova 10-cu dəfə üz-üzə gələcək. Yubiley duelinədək 2 qələbə qazanıb, 4 heç-heçə edib, 3 dəfə uduzan komandamız tarazlıq yaratmaq arzusundadı. Top fərqində (6:8) geridə olan yığmamızın baş məşqçisi Qurbanov da vaxtilə rəqib qapısına qol vurmağı bacarıb. O, 2004-cü il martın 31-də Kişinyovdakı qarşılaşmada (1:2) fərqlənib.


Yoldaşlıq oyunu

30 yanvar

20:00. Azərbaycan – Moldova

“Mardan” stadionu

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar