Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: “Problemlərimiz həddən çoxdur”

Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov 21 yaşadək yığmamızın evdə Almaniyaya 0:7 hesablı məğlub olduğu görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb


PİA.AZ sport24.az-a istinadən müsahibəni təqdim edir:

- İstəməzdim ki, belə oyun, belə nəticə olsun. Düşünürəm ki, problemlərimiz həddən artıq çoxdu. Amma mənim fikir bildirməyim düzgün olmazdı. Yəqin ki, komandanın baş məşqçisi bu barədə danışacaq. Kənardan baxaraq, müdaxilə edə bilmərik. Sadəcə, problemlərin çox olduğunu gördüm.
 
- 21 yaşadək futbolçulardan ibarət yığma əsas millinin sütununu təşkil etməlidi. Bu oyunla gələcək milli komanda üçün nə gözləyirsiz?

- Düz deyirsiz, milli üçün baza rolunu oynayan komanda U-21 yığmasıdı. Amma bu oyunla nə perspektiv gördüyümü, nə də ümumiyyətlə, hər hansı fikir söyləyə bilərəm.
 
- Oyun ərzində bir neçə dəfə protokola baxdığınızı gördük. Hələ bu yığma ilə tanış olmamısız?

- Yox, niyə ki?! Hər bir oyunçunu tanıyırdıq, adını da, nömrəsini də bilirdik. Sadəcə, bəzi məqamlar var idi ki, maraqlanırdıq. Təkcə öz oyunçularımız yox, rəqib komandanın futbolçuları üçün də protokola baxırdıq. 
 
- Sizin gəlişinizdən sonra türk və alman əsilli futbolçuların milliləşdirilməsi dayandırılacaq?

- Mənim bu barədə fikir bildirməyim düzgün olmaz. Yəqin ki, dekabrın ortalarında mətbuat konfransı keçiriləcək. Həmin vaxt suallarınız çox olacaq və bu barədə danışacağam. 
 
- Oyunu Elçin Rəhmanovla birgə izlədiniz. Gələcəkdə o, millinin məşqçisi ola bilər?

- Gəlin, bu barədə fikir bildirməyək. Rəhmanov hələ ki, mənim yanımdadı.
 
- Almaniyaya məğlub olacağımız onsuz da gözləniləndi. Nəticə də arxa plana keçir. Oyunu izləyənlər arasında Adil Şükürovu gördük. Gənclər və aşağı yaş qrupları üzrə yığma komandalara namizədlər barədə fikirləriniz maraqlıdı.

- Qəti bir fikir yoxdu. Hələ AFFA rəhbərliyi ilə birlikdə fikir mübadiləsi aparacağıq və birgə qərar qəbul edəcəyik. Bir onu deyə bilərəm ki, bugünkü oyuna mənə görə gələn mütəxəssis yox idi.
 
-  Bəs, əsas millidəki köməkçilərinizlə bağlı müəyyən fikirlər varmı?

-  Yox, hələ bu yöndə də qəti qərarlar qəbul edilməyib. Bəli, müəyyən fikir mübadilələri aparmışıq. Ancaq hələ ki, seçim tam şəkildə edilməyib.
 
- Ölkə mətbuatında belə bir fikir irəli sürülüb ki, milli komandaların ayrıca mətbuat xidmətinin rəhbəri olsun. Buna Sizin münasibətinizi də bilmək maraqlı olardı.

- İndi bu haqda danışmağım düzgün olmazdı. Təqribən dekabrın ortalarında mətbuat konfransı keçirməyi planlaşdırırıq. Orda daha müfəssəl məlumatlar verə biləcəyimizi düşünürəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar