Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quran-i Kərim müqəddəs kitabdırmı? - Polemika


Emil Rahiloğlu: “Quranın müqəddəsliyi o qədər vazeh və bədihidir ki, sübuta heç bir yer qalmır. Sübut həqiqəti qaranlıq mövzular üçün keçərlidir”


Rəxşan-Əli Əzimzadə: “Quran müqəddəs kitab deyil. Quran Kərim kitabdır. Yəni, Quranda hər şeyin insanlarla paylaşılmasına önəm verilir”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Yaşıl Orta” verilişində ilahiyyatçı Elşad Miri bildirib ki, “Quran müqəddəs kitab deyil”. Adı keçən verlişdə mövzuya toxunan Elşad Miri bildirib ki, Qurana hər kəs toxuna bilməlidir. Toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir. O, həmçinin qeyd edib ki, Qurani Kərimin heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gəlmək mümkün deyil. 

bitmap-img6

Sitat: “Qurani Kərimin heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz. Bu kitabın çap olunduğu kağızın digər kağızlardan nə fərqi var? Fərq sadəcə burada ərəb əlifbasının olmasıdırmı?  O zaman bu məntiqdən belə çıxır ki, ərəb əlifbası müqəddəsdir. Yaxşı onda belə bir sual verim: Tövratın gəldiyi ibrani dili müqəddəsdirmi? Yaxud İsa Peyğəmbərin yazdığı aramicə müqəddəsdirmi? Əlimizdə olan ilk İncil yunan dilindədir. Bu dil müqəddəsdirmi? İnsanlara ərəbcə yazılan kitabı verirsiniz, bilmir bu Qurandır ya hər hansı bir sevgi ilə bağlı olan dastandır. Biz Əlyazmalar İnstitutuna getsək, orada bir çox materiallar köhnəlməyən əlifba dediyimiz həmin ərəb dilində yazılıb”.

İlahiyyatçının bu fikrlərini küfr olaraq dəyərləndirmək olarmı, yoxsa  Elşad Miri həqiqətən haqlıdır? Ümumiyyətlə, İslam dinində müqəddəs anlayışı varmı və əgər varsa, bu anlayış kimlərə və nələrə şamil oluna bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin üzvü, ilahiyyatçı Emil Rahiloğlu və din tədqiqatçısı, islahatçı-maarifçi Rəxşan-Əli Əzimzadənin fikirlərini öyrənib.

Картинки по запросу emil rahiloğlu

Emil Rahiloğlu: “Məgər ananın və ya vətənin alnına yazılıb onun müqəddəsliyi?”.


Quranı Kərimin müqəddəs kitab olduğunu vurğulayan ilahiyyatçı Emil Rahiloğluna görə, Elşad Mirinin səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil:

“Öncəliklə qeyd edim ki, Elşad Miri ilahiyyatçı deyil. İlahiyyatçı ən azından onu hidayət edən, ona düz yolu göstərən, İlahinin ayələrini yeganə çatdıracaq kitabı müqəddəs saymalıdır. Bildiyimiz kimi, dünyada olan bütün dinlərin kitabları onun ardıcılları üçün müqəddəsdir. O cümlədən, Qurani Kərim müsəlmanların müqəddəs kitabıdır. Elşad Miri kimi dırnaq arası ilahiyyatçıların bu müqəddəs kitaba adi bir oxu kitabı kimi baxması həqiqəti dəyişmir. 

Şəriətimiz bizə bu kitaba dəstəmazla yaxınlaşmağı tövsiyə etməklə yanaşı, dəstamazsız onun sətirlərinə toxunmağı qadağan edib. Bu kitab Allahın adı ilə sözə başlayaraq insanları səadətə dəvət edir. Bu, onun müqəddəs olması üçün yetərli deyilmi? Quranın ehtiramı vacibdir. Kim bunu inkar edə bilər? 

Məgər ananın və ya vətənin alnına yazılıb onun müqəddəsliyi? Vətən toxunulmazdır. Onun sərhədlərini qorumaq vacibdir. Onun qorunması üçün canından keçən hər bir şəxs şəhiddir. Şəhid isə insanın yetişəcəyi ən ali məqamdır. Quranda Allah Təala onlara ölü deməyə icazə vermir. Buyurur ki, onlar diridir və siz bunu anlamırsınız. “Cənnət anaların ayağı altındadır”, hədisi də olduqca məşhurdur. Allah taala Quranda buyurur ki, valideynə uf belə demə. Çünki onlar müqəddəsdirlər. 

Mən başa düşmürəm, müqəddəsiliyi Elşad Miri necə başa düşür, necə qavrayır?! Elşad Miri həmişə qalmaqallı fikirlər səsləndirir. Amma təəssüflər olsun ki, hələ də onu ilahiyyatçı sanıb ondan fikir öyrənənlər var. Onun cürəti çatar, vətənə müqəddəs deməsin? Anasını möhtərəm saymasın? Ya ölkə başçılarının əl basdığı Qurana qarşı hörmətsizlik etsin?

Mən bütün media işçilərindən xahiş edirəm ki, din barəsində sualları öz mütəxəssisinə versinlər. Əlbəttə, Elşad Miri kimilərdən din barəsində sual soruşduqda, o da ağlına gələni danışacaq. Ondan fasiq və şorgöz Adnan Oktar barəsində soruşa bilərsiniz. Amma din barəsində ilahiyyatçılardan sual edin. 

Sonda bunu da qeyd edim ki, Quranın müqəddəsliyi o qədər vazeh və bədihidir ki, sübuta heç bir yer qalmır. Sübut həqiqəti qaranlıq mövzular üçün keçərlidir. Gün kimi aydın məsələyə sübut gətirmək qarşı tərəfə hörmətsizlikdir”.


Rəxşan-Əli Əzimzadə: “Quranda müqəddəs olan insan haqqıdır. Bir insan digər insanın haqqını yeyə bilməz və bu haqq toxunulmazdır”.


Mövzu ilə bağlı fikirlərini PİA.AZ-la bölüşən din tədqiqatçısı, islahatçı-maarifçi Rəxşan-Əli Əzimzadə isə həmkarı Emil Rahiloğlunun fikirləri lə qətiyyə razılaşmayıb. Əzimzadə saytımıza açıqlamasında qeyd edib ki, Quran-i Kərimdə yalnız insan haqqları müqəddəsdir, bütövlükdə isə Quran, kitab olaraq müqəddəs deyil:

“Əvvəla, müqəddəs dedikdə nəyin nəzərdə tutulduğunu müəyyən etmək lazımdır. Ümumiyyətlə islam dinində müqəddəs anlayışı yoxdur. Bu anlayış xristian dininə aid bir qavramdır. “Holy Bible” yəni, toxunmaq olmaz deməkdir. 

Quran isə tamailə bu qavramın əksinədir. Quran müqəddəs kitab deyil. Quran Kərim kitabdir. Yəni, Quranda hər şeyin insanlarla paylaşılmasına önəm verilir. Əsas məqsəd Quranın ayələrinin insanlara çatdırılmasıdır və Allah tərəfindən və Allahın peyğəmbəri tərəfindən elə bir şərt də qoyulmayıb ki, ona elə toxunmaq olmaz, ya da belə toxunmaq olar. Quran insanlara çağırışdır və bu çağırış insanlara humanizm, hidayət yolunu aşılayır. Yerdə qalan xürafat və fanatizmdir. Və mən bir şeyi xüsusi olaraq vurğulamaq istəyirəm. Quranda müqəddəs olan insan haqqıdır. Bir insan digər insanın haqqını yeyə bilməz və bu haqq toxunulmazdır. Yerdə qalan hər şeyə toxunmaq, sorğu-sual etmək olar”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar