Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qumarda 1,1 milyon dollar udan azərbaycanlı...



Azərbaycandan olan naməlum oyunçu "Sportingbet” bukmeyker kontorunun sayında keçirilən online kazino oyununda 1,1 milyon dollar udub


Virtualaz.org saytıvprognoze.ru portalına istinadən xəbər verir ki, həmin oyunçu oyuna 800 dollarla girib, böyük nömrələrlə və "mini-xalça” strategiyası ilə oynayıb, 40-cı raundda uduşunu 550 min dollara çatdırıb.

 Daha sonra oyunçu iki gediş də edib və növbəti 550 min dolları udub. Bununla da uduşunu 1,1 milyon dollara qədər artırıb.

Sayt həmin oyunçunun kimliyini açıqlamır. Belə ki, online kazino oyunlarında oyunçu öz kimliyini gizlədə və şərti adla çıxış edə bilər. Lakin onun oyuna qoşulduğu kompüterin İP-si və oyunçunun fərdi tanınma nömrəsi - İD məlumdur. Bununla belə sayt həmin rəqəmlərin görünməməsi üçün üzərini boyayıb.

Xatırladaq ki, bundan əvvəl "Unibank”ın prezidenti Eldar Qəribovun oğlu, poker oyunçusu İlkin Qəribli Baham adalarında keçirilən kazino turnirinə qatılaraq 1 milyon 105 min dollar udmuşdu.

İlkin Qəriblinin özünün də dediyi kimi, həvəskar poker oyunçusu olsa da heç vaxt poker turnirlərinə qatılmamışdı. O, ailəsi ilə birlikdə Baham adalarında Yeni il tətilində olarkən orada hər il keçirilən "Poker Stars Caribbean Adventure”("Karib hövzəsinin poker ulduzları”) turnirinə qatılmağa qərar verir və peşəkar pokerçilərlə yarışır. Finalda o, amerikalı peşəkar qumarbaz Co Kyuterlə qarşılaşır və üç saat davam edən yarışdan rekord məbləğlə qalib ayrılır.

Qeyd edək ki, kazino oyunları Azərbaycanın əksər oliqarxlarının harın övladlarının sevimli əyləncəsədir. Azərbaycanda kazinoların fəaliyyəti qadağan olunsa da belələri əylənmək üçün TiflisBatumi kazionalarına, habelə Avropanın məşhur qumar məskənlərinə üz tuturlar. Həmçinin qumar ehtiraslarını online kazinolarda öldürənlər də az deyil.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar