Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quli Rövşənin adamlarına belə işgəncə verdirir - Video

Azərbaycanda kriminal qruplaşmalar arasında dəhşətli vəziyyət hökm sürür. “Kriminal general” Rövşən Lənkəranskinin öldürülməsindən sonra bu sahədə hegemonluq üstündə sözün əsl mənasında ölüm-dirim mübarizəsi gedir


BakiPost.az xəbər verir ki, bu işdə hazırda Azərbaycanda həbsdə olan Lotu Quli ləqəbli Nadir Səlifovun tərəfdarları vəziyyətə nəzarət etməyə başlayıb. Belə ki, onlar vaxtilə Lotu Quliyə qarşı olan adamları bir-bir cəzalandırır, “oğru dünyası”ndan xaric edirlər.

Bu sahədə ən amansız mübarizə isə şübhəsiz ki, Lotu Qulinin əsas düşməni olmuş Lənkəranskiyə yaxın hesab edilən adamlara qarşıdır. Buna görə də İstanbulda qətlə yetirilən qanuni oğruya vaxtilə yaxın olmuş adamlar çıxılmaz bir duruma düşüblər: onların bəziləri ağır işgəncələrə məruz qalır, aşağılanır, cinayətkar aləmdə biabır edilirlər.

Təqdim etdiyimiz videoda da vəziyyətin nə dərəcədə dözülməz olduğu, insanlara qarşı hansı vəhşilikərin edilməsi öz əksini tapır. İşgəncə verilən adamların kimliyini imkan qədər gizli saxlamağa çalışmışıq. Amma kadrlardan açıq görünür ki, işgəncə verən şəxslər Lotu Qulinin adamlarıdır. Onlar “çarmıxa” çəkdikləri şəxslərin vaxtilə Lotu Quli haqqında dediklərinin hesabını soruşurlar, ağır işgəncələrə məruz qoyaraq “böyük qardaşdan” üzr istədirlər.

Məlumat üçün deyək ki, belə hesablaşma videoları kifayət qədər çoxdur və onlar sosial şəbəkələr, xüsusən də cinayətkar aləmə yaxın şəxslər arasında Votsap vasitəsilə yayılır. Bununla da “sındırılan” şəxslər ifşa edilir.

Lənkəranskiyə yaxınlığı bildirilən avtoritetlərdən ikisinə verilən işgəncənin videosunu təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar