Şənbə, 19 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Qüdrət Həsənquliyevdən spikerə etiraz

"Təkliflər versək də, nəzərə almadan layihəni müzakirəyə çıxardınız”


"Ciddi qanun layihəsi hazırlanıb və mən də komitədə ona səs verdim. Ancaq qanunda Konstitusiya ilə ziddiyyət təşkil edən normalar var".

Bu fikirləri Qüdrət Həsənquliyev “Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, bildirib ki, qanunun 20, 23 və 26-cı maddələrdə olan normalar ya yenidən işlənməli, ya da ümumiyyətlə, çıxarılmalıdır:

“Azərbaycan müəyyən bir ərazisində xarici investorlar üçün əlverişli iqtisadi zona yaradır. Onlar vergidən azad edilir. Lakin ekologiya, əmək hüquqları ilə bağlı hansı güzəştlərə getmək olar? Konstitusiyada qeyd edilir ki, hər bir vətəndaşın məhkəmələrə müracuiət etmək hüququ var. Üstəlik konstitusiya beynəlxalq hüquqlardan üstündür. Komitədə bizi “vətənpərvərlikdə” tənqid etdiniz. Biz təkliflərimizi versək də, bunu nəzərə almadan plenar iclasda müzakirəyə çıxardınız”.

Qüdrət Həsənquliyev daha sonra bildirib ki, Valeh Ələsgərova hörməti var və onun bu çıxışı sadəcə, olaraq müzakirə edilən qanunla konstitusiya arasında mövcud olan ziddiyyətlərlə bağlıdır: “Hesab edirəm ki, Azad iqtisadi zonada ancaq vergi və gömrük güzəştləri, habelə bürokratik maneələr varsa, onlar aradan qaldırılmalıdır”.

pia.az
Etiket:
loading...