Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada hoteldə kanatın qırılması ilə bağlı təfərrüatlar

Qubada hoteldə kanat xəttinin qırılmasının təfərrüatları məlum olub


Hotelə məxsus kanat xətti bu il iyunun 23-də təmirə bağlanıbmış. Həmin vaxtdan Rusiyanın “SCADA stroy” montaj şirkəti kanat yolunda profilaktik təmir işlərinə başlayıb.

İyulun 9-da şirkətin iş icraçısı, 1959-cu il təvəllüdlü, Qazaxıstan vətəndaşı Nikolay Nikolayeviç Likvinenko və onunla birlikdə işləyən 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu, 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu və 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu tərəfindən kanat xəttinin təmiri davam etdirilərkən, xəttin bərkidildiyi dəmir tros qırılaraq R.İsayev, R.Əliməmmədov və R.Həsənova dəyib.

Hadisə nəticəsində R.İsayevin sağ alın nayihəsi, burun və sağ bazu sümüyü sıyrılıb, sağ bud sümüyü sınıb. Hadisə zamanı R. Həsənovun sol baldır nayihəsi sıyrılıb, R. Əliməmmədovun isə sol kürək sümüyü sınıb.

Yaralılar dərhal Quba rayon Mərkəzi Xəstəxanasına aparılsa da, Rüzgar İsyev aldığı xəsarətlərdən yolda dünyasını dəyişib, digər iki yaralı isə xəstəxanaya yerləşdirilib.

Məlumatda qeyd edilib ki, kanat xətti hotelin istirahət ərazisindən kənarda olduğundan hadisə nəticəsində turistlərdən xəsarət alan olmayıb.

R.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar aparılır.(trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar