Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlunun bank hesablarına həbs qoyuldu


Məhkəmə İctimai Təşəbbüslər Mərkəzinin və mərkəzin rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlunun şəxsi bank hesablarına həbs qoyub


Avqustun 29-da “Media forum” saytına açıqlama verən Qubad İbadoğlu deyib ki, Səbayel Rayon Məhkəməsi İctimai Təşəbbüslər Mərkəzinin “Bank Respublika”da olan hesabına, Nəsimi Rayon Məhkəməsi isə Beynəlxalq Bankda yerləşən şəxsi hesablarına həbs qoyub: 

“Həbs prokurorluğun təqdimatı əsasında gerçəkləşib. Amma bizə qarşı belə bir iddianın qaldırıldığı və məhkəmənin işə baxacağı haqda əvvəldən məlumatımız olmayıb, xəbərdarlıq almamışıq. Məhkəmələr iddiaya bizim iştirakımız olmadan baxaraq qərar verib, qərarları da almamışıq. Bir dəfə məhkəmələrə getmişik, ala bilməmişik.

Qərarları əldə edən kimi apellyasiya şikayəti verəcəyik. Hələlik bank hesablarına hansı səbəbdən həbs qoyulduğu bizə bəlli deyil”.


Müsavat Divanının üzvü, bu partiyanın başqanlığına iddiaçı, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu avqustun 28-də Baş Prokurorluğa çağırılıb. İqtisadçı-alimi orada 6 saat ərzində dindiriblər.

“Yeni Müsavat” qəzetinə geniş müsahibə verən Q.İbadoğlu bu barədə və eyni zamanda Müsavat başqanlığına iddiaçı olaraq, şansları, fəaliyyət proqramı barədə danışıb.

Həm istintaqda, həm də başqanlıq yarışında geniş ictimaiyyətə bəlli olmayan sensasion məqamları qəzetlə bölüşən Q.İbadoğlu hər an hər şey ola biləcəyini deyib. İqtisadçı-alimin verdiyi müsahibədən belə anlaşılır ki, istintaq son QHT işini Azərbaycana qarşı “Qərbin inqilab ssenarisinin” sanki deşifrəsi xarakterində aparır.

Bundan başqa, Q.İbadoğlu opponentlərinə münasibətini də açıq şəkildə ifadə edib. İqtisadçı donor təşkilatların və Qərb ölkələri paytaxtlarının “QHT işi” ilə bağlı göstərdiyi və geniş ictimaiyyətə bəlli olmayan fəaliyyətləri də açıqlayıb. O, Qərb ölkələrini təmsil edən səfirlərin Bakıda keçirdiyi 3 saatlıq toplantı haqda da bilgilər verib...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar