Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu Arif Hacılı ilə “dava”sından danışdı


“Arif Hacılı ilə aramda belə bir konflikt olmayıb və əsla da ola bilməz”.


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu deyib. 

Onun sözlərinə görə, mətbuatda avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında baş verənlər və barəsində yazılanlar həqiqəti əks etdirmir: “Bu yazılanların heç biri həqiqətə uyğun deyil. Sadəcə, bəzi insanlar belə xəbərləri məqsədli şəkildə özlərindən uydurublar. İclas keçirilib və normal şəkildə də davam edib”. 

Q. İbadoğlu iclasda Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Qurani-Kərim”ə and içməsi barədə yayılan xəbərə də aydınlıq gətirib: “Ümumiyyətlə, ortada Quran olmayıb. Mən nə Quran görmüşəm, nə də İsa bəyin ona and içməsini... Bu uydurma və şərdir. Məqsədli şəkildə həm partiyanın funksionerlərini gözdən salırlar, həm də qurultaya kölgə salırlar”. 

Qeyd edək ki, avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. “Bizim Yol”un yaydığı məlumata görə, iclasda başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal yaşanıb: “Arif Hacılı Qubad İbadoğlunun üzərinə hücum edib. Lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıblar. Bundan əlavə iclasda Vurğun Əyyub isə İsa Qəmbəri partiyanı dağıtmaqda ittiham edib. Buna cavabında İsa Qəmbər funksionerləri partiyadan getməyəcəklərinə söz vermələrinə dair razı salmaq üçün “Quran”a and içməyə çağırıb”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar