Xəbər xətti

19 APREL

15:07 Hollivud ulduzu İlham Əliyevi təbrik etdi

15:03 Prezident İlham Əliyev Corc Buşa başsağlığı verib

14:57 Ağ evdə müzakirə: Suriyadan çəkilməli, yoxsa qalmalı?

14:53 “İqtidar komandasında yeniliklər olacaq” – Deputat

14:46 “Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu” – Tramp

14:40 Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

14:35 Ötən il Azərbaycanda 37 618 abort icra edilib

14:30 Bakıda yaşayış binası yanır

14:25 Yerevanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir

14:20 Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verdi

14:18 Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb

14:13 “Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

14:08 “Hüquq müdafiəçisi üç polis əməkdaşına xəsarət yetirib” - DİN

14:04 Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

13:32 “Faytonçu Nazim” məhkəməni uduzdu

13:27 Şəmkir-Gədəbəy yolunda ağır qəza: Yaralılar var

13:25 “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!”

13:23 Bu gün və sabah Bakının əsas yollarında hərəkət məhdudlaşdırılacaq

13:19 Duyğularını təmizlə...

13:15 Bakıda oğurluqla məşğul olanlar tutuldu

13:11 Kəmaləddin Heydərov Atom Enerjisi Agentliyinin rəhbəri ilə görüşüb

13:07 Rusiya və ABŞ generalları yenidən Bakıdadır

13:03 Ermənistanda aksiya zamanı jurnalist döyüldü

12:58 “Aygün Kazımovaya oxşamaq istəmişik” - Pişik Günel

12:54 Qurban Qurbanov: “Futbol həmişə sürprizlərlə doludur”

12:49 Qırğızıstan hökuməti istefaya göndərildi

12:45 “Rahat” marketlər şəbəkəsi: “Yazılanlar doğru deyil”

12:41 Sərkisyan İrəvana xüsusi dəstə yeritdi – Video

12:37 Yağış yağacaq, temperatur 4-8 dərəcə enəcək - Xəbərdarlıq

12:33 ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 37 faiz yuxarıdır

12:28 Rusiyalı hərbi ekspertdən müharibə anonsu

12:24 DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

12:19 Elçin Şıxlı: “Arada bir neçə nəfərin başı gedəcək”

12:15 “İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq” – İsrailli general

12:11 Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

12:07 Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək

12:03 “Forbes”: Vahid Ələkbərov 16,4 mlrd. dollarlıq sərvətlə Rusiyanın 4-cü ən varlı iş adamıdır

11:59 Bakı sakinindən 5 kq narkotik götürülüb

11:55 Amaliya Pənahovanın yeni görünüşü təəccübləndirdi – Foto

11:51 Ombudsmanın hesabatı aprelin 24-də Milli Məclisdə müzakirəyə çıxarılacaq

11:47 Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

11:43 Hacıqabulda yük maşını aşdı, 30 ton sement yola dağıldı

11:39 Təhlükəli selfi: Məktəblini cərəyan vurdu

11:35 Yerevanda onlarla müxalifətçi saxlanıldı

11:31 Azərbaycan Gürcüstandan avtomobil idxalını 6 dəfəyə yaxın artırıb

11:27 Məmur olmaq istəyən yaşlı namizədlərin heç biri imtahanda uğur qazana bilməyib

11:23 İranda güclü zəlzələ oldu – 5,9 bal gücündə

11:17 Toy edənlərə xəbərdarlıq

11:13 Merkel Trampa: “Rusiyaya sanksiya dayansın”

11:08 Türk-İran yaxınlaşmasına ərəb baxışı

11:04 Bu gün Şəmkirdə Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq

11:00 Hindistanda fırtına 18 nəfərin ölümünə səbəb olub

10:54 Moskvada “Quli”yə qarşı müharibə hazırlığı: “Beyləqanski” dəstə yığır

10:49 Orxan Pamuk haqda 6 kitab çıxdı

10:44 Həlak olan və itkin düşən hərbi qulluqçuların ailələrinə 11 min manat ödəniləcək

10:39 Millimiz “Qarabağ” a uduzdu

10:35 Şamaxı və Ağdaşda 10 yaşlı iki məktəblini avtomobil vurub

10:31 Tanınmış türk şairi vəfat etdi

10:27 Dövlət qulluğu imtahanlarında keçid balını toplayanların sayı açıqlanıb

10:22 Aprelin 23-dən rayon qeydiyyatlı avtomobillərin Bakıya girişi məhdudlaşdırılacaq

10:18 ATƏT-in sabiq həmsədri vəfat edib

10:14 30 yaşlı qadını əri bıçaqladı

10:10 İrəvanda etirazların yeni dalğası başladı

10:07 Saatlıda ər arvadını bıçaqlayıb

10:04 “BP-Azərbaycan” ətrafında qalmaqal böyüyür

10:00 Minsk qrupunun fransalı sabiq həmsədri vəfat etdi

9:57 Mövqelərimiz snayper və minaatanlardan atəşə tutulub

9:54 Tramp və Kim Çen Inın görüşü İsveçrədə baş tuta bilər

9:50 Naxçıvana 3 ayda 100 minə yaxın turist gəlib

9:47 Bakıda tozun miqdarı 30 faiz artdı

9:43 Neft bahalaşdı

9:40 Məsud Aşina: “Biz hələ xalq olaraq tarixdə hər şeyi etməmişik”

9:37 Azərbaycan dünyanın yüzdən çox ölkəsi arasında olimpiadaya qatılacaq

9:33 Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

9:30 Bakıda toy sahiblərinə xəbərdarlıq

9:27 İlham Əliyevin yeni prezidentlik müddətinin sensasion mesajları

9:23 “Britaniya “Skripalın işi” üzrə dəlilləri məhv edir” - Nebenzya

9:20 Hava nəqliyyatı ilə 103 min 656 ton yük ixrac etmişik

9:17 Bakı yeni silahlar almaqla müharibə hazırlıqlarını gücləndirir?

9:14 Bakıda yük maşını 3 nəfəri vurdu

9:10 Köhnə hökumət üzvləri müvəqqəti vəzifədə qaldı

9:07 İndoneziyada zəlzələ, ölən və yaralananlar var

9:03 ABŞ Dövlət Departamentindən Sərkisyan rejiminə bəraət kimi bəyanat

9:00 Azərbaycan ordusu dünyanın ən güclülərinin - Siyahısında

0:59 Əməliyyata 50 min xərclədi, görünüşü lağa qoyuldu - Fotolar

0:47 Neymar: “Dünya çempionatında oynamaq arzumdur”

0:34 İnstaqram bu telefonlarda işləməyəcək

0:21 İbrahimoviç: “Mənsiz keçən mundial dünya çempionatı deyil”

0:13 Təyyarədə ayaq üstə getmək mümkün olacaq

0:02 Bu gün bürcünüz nələr vəd edir?

18 APREL

23:59 Eks qudasından baş liftçi Qüdrət Şükürova ağır ittihamlar

23:54 Azərbaycan “İsgəndər”ə qarşı raket alır - Video

23:48 Türkiyədə daha 3 min hərbçi işdən çıxarılacaq

23:42 38 yaşlı qadın özünə bıçaqla xəsarət yetirdi - Masallıda

23:36 Meksikada toqquşmalar nəticəsində 16 nəfər ölüb

23:30 “Namizədimiz hörmətli Rəcəb Tayyib Ərdoğandır” - Dövlət Bağçalı

23:24 Gürcüstan İTV Azərbaycan dilində xəbərlər yayımlayacaq

23:18 Tramp MKİ başçısının Kim Çen Inla görüşdüyünü təsdiqlədi

23:12 “Qəbələ” klubu Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb

23:06 Azərbaycan Rusiya və İrana yumurta ixrac edə bilər

23:00 İngiltərəyə “Breksit” şərti qoyuldu

22:55 3 qadın təyyarəni bir-birinə qatdı - Video

22:49 Qətər Əmiri Azərbaycan prezidentini təbrik edib

22:43 İki avtomobil toqquşub, xəsarət alanlar var

22:37 Kubada prezidentliyə namizəd məlum olub

22:31 Putinin zirehli limuzini satışa çıxarılıb

22:25 Avtomobil bazarında qiymətlər sabitləşib

22:19 Etirazçılar Yerevanda meriyanı mühasirəyə aldılar

22:13 “Mitsubishi” 86 mindən çox avtomobili geri çağırır

22:07 “Sumqayıt” – “Keşlə” matçında dava düşdü – Video

22:01 ABŞ Suriyaya yeni zərbələr endirə bilər

21:56 Azərbaycan əhalisinin banklarda 7.7 milyard manatdan artıq pulu var

21:50 Türkiyənin bıçaqlanan keçmiş müdafiə naziri öldü

21:44 4 nəfərin ölümündə təqsirləndirilən müstəntiqə bəraət verildi

21:38 Sumqayıtda top mərmisi aşkarlanıb

21:32 Paytaxtda mənzil yandı

21:26 İrəvanda saxlanılanların sayı 91-ə çatdı

21:20 Qardaşının məzarı başında bibisini öldürdü - Qubadakı qətlin təfərrüatı

21:14 Prezidentə “Gənclərin hamisi” Fəxri Nişanı verildi - Foto

21:08 Yaponiya baş naziri Azərbaycan prezidentini təbrik etdi



MÜSAHİBƏ

...

Qubad İbadoğlu: “Arif Hacılı Müsavatın güclənməsini istəyirsə,...”

Tarix 12.12.17, 10:24

Font ölçüsü : - / +
bitmap-img6


Publika.az Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə müsahibəni təqdim edir:


– Qubad bəy, qarabağlıları musiqini sevən, həvəskar şəkildə olsa da, mahnı oxumaqla mənəvi rahatlıq tapan insanlar kimi tanıyırıq. Sizin də səsiniz varmı?

– Qarabağlılar tarixin bütün dövrlərində Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin və elminin inkişafında mühüm rol oynayıblar. Ancaq nədənsə, bu torpağın yetişdirdiyi musiqiçilər, incəsənət xadimləri daha çox diqqət mərkəzində olublar. Mən musiqiyə yox, elmə və təhsilə bağlı ailədə böyümüşəm. Atam və anam sadə kənd müəllimləri olublar. Atam kimya-biologiyanı, anam isə Azərbaycan dili və ədəbiyyatı tədris edib. Odur ki, ailədə əsas diqqətimizi çoxlu kitab oxumağa, xüsusilə dəqiq elmləri öyrənməyə yönəldiblər. Baxmayaraq ki, rəqəmləri hafizəmdə dürüst saxlamaq, bir dəfə gördüyüm yeri heç vaxt unutmamaq, insanları səbrlə dinləmək kimi qabliyyətlərim var, ancaq musiqiyə münasibətdə xüsusi istedadım yoxdur.

– Heç əhvalınız yaxşı olanda da özünüz üçün zümzümə eləmirsiniz?

– Düzdür, hərdən zümzümə edirəm və yəqin ki, bunu çoxları bacarır. Ancaq mənim nə məlahətli səsim, nəmükəmməl musiqi duyumum, nə də güclü musiqi yaddaşım var.

– Neçə yaşınıza qədər Aşağı Güzlək kəndində olmusunuz?

– 13 yaşımda doğulduğum kəndi tərk edib, Bakıya fizika-riyaziyyat təmayüllü 1 nömrəli orta məktəbə oxumağa gəlmişəm. Təhsilə beş yaşımda başladığıma görə orta məktəbi tez bitirib, 16 yaşım tamam olmamış universitetə daxil olmuşam.

– Bu yaşda pasportunuz vardı ki?

– Pasport almağa yaşım çatmadığından o vaxt qəbul imtahanlarına doğum haqqında şəhadətnamə ilə gedən yeganə abituriyent olmuşam.

– Kənddə uşaq yeriməyə başlayan kimi işə-gücə buyururlar... Siz də təsərrüfatla məşğul olub qoyun-quzu otarmısınızmı?

– Kəndə yaşadığımız dövrdə ailənin böyük övladı kimi təsərrüfat işləri ilə də məşğul olmuşam. O vaxt kənd uşaqları necə idisə, mən də elə idim. Əlahiddə bir fərqim olmayıb. Atam vəfat edəndən sonra məsuliyyətim daha da artıb, Bakıya oxumağa gələndən sonra isə bu yükü kiçik qardaşlarım çəkib.

– Füzuli rayonunda doğulmusunuz və o qədər də əlçatmaz olmayan bir universiteti bitirmisiniz. Amma sizi bir düşüncə adamı kimi amerikalılarla, ingilislərlə müqayisə edirlər. Özünüzü harda yetişdirdiniz?

– Sovet dövründə oxumaq üçün seçim imkanları az idi. Ailə vəziyyətimə görə ən yaxşı halda Bakıda oxumaq şansına sahib idim. Qəbul olunduğum institut sovet dövründə kasıb uşaqlar üçün əlçatmaz idi. Çünki rüşvətsiz Xalq Təsərrüfatı İnstitutuna daxil olmaq hər kəsə nəsib olmurdu. Orta məktəbi bitirən ili mənim və mənim kimi kasıb uşaqlarının bəxti gətirdi. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu rüşvətxorluğa görə ləğv eləyib, idarəçiliyi Leninqrad Maliyyə-İqtisad Universitetinə verdilər. 1987-ci ilin qəbulunu ruslar təşkil etdilər və imtahanlara ciddi nəzarət oldu. Buna görə də çox asanlıqla ali məktəbə qəbul olundum. Oxuduğum qrupda mənimlə tələbə yoldaşlarım arasında ən kiçik yaş fərqi 4, ən böyük yaş fərqi isə 10 idi. Bu o demək idi ki, illərdir Xalq Təsərrüfatı İnstitutuna qəbulda müsabiqədən keçməyənlərin böyük əksəriyyəti həmin il tələbə adını qazanmışdılar. Çox rəqabətli qrupda oxuyurdum. Əksər qrup yoldaşlarım savadlı və çalışqan idi. Mən onlarla rəqabətdə heç vaxt uduzmadım, əksinə önə çıxdım.

Oxuduğumuz vaxt sövet dövrü olsa da, “Kapital”dan imtina edib müasir iqtisadiyyatla bağlı əsərlərə meyllənmişdik. Yeni və müasir iqtisadiyyat kitablarının ilk oxucuları kimi iqtisadiyyatda baş verən sürətli dəyişiklikləri yaşamaqla yanaşı, gündəlik iqtisadi həyatda baş verənlərin fərqinə daha yaxşı və tez varırdıq. Qərara gəldim ki, təhsilimi aspirantuta pilləsində Bakıda davam etdirim, 1999-cu ildə Varşava Ali İqtisad Məktəbində doktorluq proqramı üzrə çalışanda isə bir daha əmin oldum ki, iqtisadiyyat dinamik, dərin və dəqiq elmdir. Odur ki, bu sahədə biliklərimi artırmaq və təcrübə toplamaq üçün 2005-ci ildə Budapeştdə Mərkəzi Avropa Universitetində, 2009-cu ildə ABŞ-da Çapel Hilldə Şimali Karolina Universitetində, 2015-16-cı tədris ilində ABŞ-da, Dürhamda Duke Universitetində çalışdım...

– Bəs hazırda harda çalışırsınız?

– Yenidən ABŞ-da, Prinstonda Perspektiv Tədqiqatlar İnstitutundayam.

– Qubad bəy, maraqlıdır, 2018-ci ildə prezidentliyə namizədliyinizi irəli sürəcəksiniz? Belə bir fikriniz varmı?

– Həmişə çalışıram ki, sonda deyiləcək sözü əvvəldə və yaxud əvvəldə deyiləcək sözü sonda deməyim. Bu qərar rəhbərlik etdiyim ADR Hərəkatına məxsusdur. Əlbəttə, ADR Hərəkatı olaraq, bu prosesdə iştirak edəcəyik, amma necə və hansı formatda, bu barədə vaxtı çatanda qərar verəcəyik.

– Tez-tez deyirlər ki, Elçibəy yaxşı insan idi, demokrat idi, amma siyasətçi deyildi, ondan prezident olmazdı. Bu fikri bəzən sizə də aid edirlər... Bundan narahat olmursunuz ki?

– Hesab edirəm ki, Elçibəylə bağlı bu tip fikirləri səsləndirənlər iki məsələni diqqətdən qaçırırlar. Birincisi, həmin dövrün ictimai-siyasi və müharibə şəraitini, ikincisi isə kadr çatışmazlığını. Elçibəy üçün o komanda ilə Azərbaycanı idarə etmək çox çətin idi. Elçibəyin idarəçiliyinin zəifliyi onun xarakterindən çox, komandasının naşılığı, Türkiyə türkləri demişkən, əcəmiliyi ilə bağlı idi. Çox təəssüf ki, Elçibəyin komandası ona sadiq və peşəkar olmadı. Ona görə mövcud şəraiti vaxtında, düzgün dəyərləndirə bilmədilər. Bu məsələlərdə Elçibəyi günahlandıranlar qərəzlidirlər.

– Sözünüzdən belə çıxır ki, Elçibəyin komandasında ümumiyyətlə, bacarıqlı bir kadr yox idi?

– O komandada işinin ustası olan peşəkar insanlar olsa da, sayları az idi. Dövlət siyasətinin formalaşmasına təsir edə bilməyəcək qədər az və siyasətdən uzaq romantiklər idilər. Ona görə də Elçibəy hakimiyyəti ümummilli maraqların ifadəçisi və icraçısı rolunda çıxış etsə də, vahid komanda və peşəkar idarəçiliyin olmamasından ömrünü tez başa vurdu.

Mənə aid edilən fikirlərə gəlincə isə özümü hamıdan yaxşı tanıdığımdan, belə fikirləri eşidəndə, qətiyyən, narahatlıq keçirmirəm.

– Elçibəydən söz düşmüşkən... Sizcə, o, Azərbaycan üçün nə etdi? Belə fikir formalaşıb ki, Elçibəy tarixdə fərasətsiz prezident kimi qalacaq...

– Elçibəyin ən böyük xidməti Azərbaycanın həqiqi müstəqilliyinə qovuşdurmaq olub. O, 13 aylıq hakimiyyəti dövründə 90 min nəfərlik rus ordusunun Azərbaycandan çıxarılması prosesini yekunlaşdırdı, Milli Ordu quruculuğunun əsasını qoydu, Azərbaycan sərhədlərini öz əsgərlərimiz qorumağa başladı. Elçibəyin dövründə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Qəbul imtahanlarında test üsulunun tətbiqinə başlanıldı ki, bu, əsl inqilab idi. Bazar iqtisadiyyatına keçid üçün zəruri olan institutlar – Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək, Torpaq, Əmlak Komitələri, Ləl-Cəvahirat Fondu yaradıldı. Milli azlıqlar və etnik qrupların ölkəmizdə normal yaşayışı və fəaliyyəti üçün münbit şərait yaradıldı. Bütöv Azərbaycan ideyası ictimailəşdi və institutlaşdı.

Mətbuat daha azad və müstəqil oldu.

– Bütöv Azərbaycan deyəndə hansı əraziləri nəzərdə tutursunuz?

– Qarabağ və vaxtilə İrəvan xanlığının əhatə eydiyi tarixi torpaqlarımız işğaldan azad olunur, bütünləşmiş Quzey Azərbaycanımızla Güney Azərbaycanımız birləşir. Beləcə bütöv Azərbaycan yaranır.

– Bu ideyanın nə vaxtsa reallaşacağına ümidiniz varmı?

– Məncə, bu ideyanın gerçəkləşməsi zamana bağlı məsələdir və onun mütləq baş verəcəyinə inanıram.

– Bəs Turançılıq ideyasının da reallaşması mümkündürmü?

– Turançılıq ideyasını dildə, fikirdə və əməldə birlik fəlsəfəsi kimi qəbul edirəm, onu siyasi-inzibati birlik kimi təsəvvür etmirəm. Fikrimcə, bu missiyanı Türkiyə dövləti reallaşdırmaq gücündədir.

– Qubad bəy, ABŞ-ı dünyada ən rahat, ən təhlükəsiz, sosial baxımdan ən təminatlı ölkə hesab edirsiniz. Ömürlük orda yaşamaq istərdinizmi?

– Dünyanın ən rahat, təhlükəsiz və sosial baxımdan təminatlı ölkəsində olsam da, bura gəlişim həmişəki kimi qısa müddətlidir. Azərbaycandan kənarda yaşamaq fikrim yoxdur. Vətənim və xalqım üçün gərəkli olduğumu hesab etdiyim bir vaxtda ondan kənarda yaşamağı qəbul edə bilmərəm. Ona görə də vətəndə olmağa, onun demokratikləşməsi və rifahı üçün mübarizə aparmağa üstünlük verirəm.

– Amerikada kirayə qalırsınız? Kirayə bahadırmı? Necə dolanırsınız?

– Yaşadığım mənzil Prinsetondadir, işlədiyim instituta məxsudur. Kirayə xərcim yaşayış xərclərimin üçdə birini təşkil edir. Dolanışığım orta amerikalı yaşayışından çox da fərqli deyil.

– Bəs bir azərbaycanlının Amerika insanı ilə fərqi nədədir?

– Amerikada nə ailədə, nə cəmiyətdə, nə də dövlətdə yalana yer var. Çünki yalan çox böyük təhlükədir, o insanların ruhunu yeyir, qəlbini qırır, inamını öldürür, qorxusunu çoxaldır. Burda insanlar bir-birlərinə və dövlət institutlarına çox inanırlar, daimi öz rifahları və dövlətlərinin güclənməsi üçün çalışırlar və mövqe ifadə edirlər. Burda azadlıqlar, xüsusilə də fərdi azadlıqlar daha yüksəkdir ki, o da güclü və dürüst vətəndaşın yetişməsi üçün çox vacibdir.

– Məsələn, azərbaycanlıların hansı israfçılıqları var ki, onlar Amerikada, Avropada yoxdur?

– Azərbaycanlılar demək olar ki, hər yerdə - gündəlik məişətdə, toyda, yasda izafi xərcləmələri çox edirlər.

– Sizcə, təbii sərvətləri və coğrafi mövqeyindən başqa, Azərbaycan dünya üçün nəyi ilə maraqlı və əhəmiyyətli ola bilər?

– Hazırda siz sadaladığınızdan savayı Azərbaycanı xaricdən baxanda cəlbedici edən və ona maraq yaradan başqa nəsə yada düşmür. Amma bəzi üstünlüklər əldə edə bilərik. Bunun üçün isə ilk növbədə müxtəlif qabiliyyət sahiblərinə tam azadlıq verilməli, onların fəaliyyəti üçün sərbəst mühit yaradılmalıdır. Məsələn, 60-70-ci illərdə İtaliyanı böhrandan film industriyası çıxardı.

– Qubad bəy, niyə adamlara elə gəlir ki, müstəqil olmaq və hansısa bir təşkilatı müstəqil olaraq öz iradənlə formalaşdırmaq və fəaliyyət göstərmək mümkün deyil? Ancaq kimdənsə asılı olmalısan.

– Cəmiyyətdə kəskin qütbləşmə baş verib. Mövcud vəziyyəti dəyərləndirərkən hazırkı siyasəti tənqid edən zaman cəmiyyət tərəfindən müxalifətin, təqdir edən zaman isə iqtidarın adamı kimi qəbul olunursan. İctimai rəydə mərkəz yoxdur, yalnız qütblər var, Azərbaycan cəmiyyəti üçün sanki iki rəng var: ağ və qara. Əksəriyyət bu dünyanın rəngli, əl-əlvan olmasının fərqində deyil.

– Məsələn, bizdə həbsxanaya düşməyən müxalifətçiyə niyə pis baxırlar? Onun həqiqətən müxalifətçi olduğuna şübhə ilə yanaşırlar.

– Məncə, bizdə hər ikisinə - həm həbsxanaya düşənə, həm də düşməyənə pis baxırlar. Hesab edirəm ki, hər iki yanaşma qüsurludur.

– Bir müsahibənizdə deyirsiniz ki, mən mitinqə şəkil çəkdirməyə getmədiyim üçün orada çox az şəklim var... Sizcə, mitinqdə şəkil çəkdirmək nə üçün lazımdır? Bu şəkillər adamın işinə necə yaraya bilər?

– Bu sualı mitinqdə şəkil çəkdirənlərə ünvanlasanız daha düzgün olardı.

– Belə bir fikir formalaşıb ki, siz Müsavat Partiyası başqanlığına namizəd olana kimi indiki qədər məşhur deyildiniz. İqtisadçı kimi də, siyasətçi kimi də aktiv fəaliyyətiniz həmin dövrdən sonra başladı...

– Əslində, mənim üçün əsas olan doğru bildiklərimi etməkdir, onu da həmişə etmişəm. Gördünüz ki, həqiqətən də Müsavat Partiyasının qurultayı ətrafında müzakirələr uzun çəkdi. Şübhəsiz ki, bunun başlıca səbəblərindən biri də qurultaya qədərki fəaliyyətim dövründə qazandğım nüfuz idi. Əgər başqanlığa namizəd olana qədər tanınmasaydım və namizəd kimi üstün olmasaydım, onda qurultayda seçki saxtakarlığına ehtiyac qalmazdı, hətta bu olsaydı da belə söhbətlər tez bitərdi. Odur ki, bu fikrinizi bölüşmürəm.

– Siz Müsavat Partiyasının sədri seçilsəydiniz, Arif Hacılının başqanı olan Müsavat Partiyasından fərqiniz nə olacaqdı? Yəni partiyanın inkişafı üçün sizdə hansı potensial var ki, o şeylər Arif Hacılıda yoxdur?

– Mən ilk növbədə partiyadaxili demokrtiyanı inkişaf etdirmək və müxalifətdaxili əməkdaşlığı genişləndirmək üçün daha açıq, şəffaf və ən başlıcası da səmimi siyasət aparardım. Bütün qapıları gənclərin üzərinə açardım. Xarici əlaqələri genişləndirib, proqramlar və konsepsiyalar yolu ilə gələcək üçün inkişaf platformaları yaradardım.

– Keçmiş silahdaş olaraq Müsavat Partiyasının bundan sonra güclənməsi üçün Arif Hacılıya hansı təkliflər verə bilərsiniz?

– Mən sıravi müsavatçılara səslənmək istəyirəm. Əgər Müsavat Partiyasının güclənməsini istəyirlərsə, orda ilk növbədə partiyadaxili demokratiya olmalıdır, qərarların qəbulunda inhisarçılığa son qoyulmalıdır, alternativ və tənqidi fikirlər dinlənilməlidir.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək

bitmap-img3

Rakurs

“Lider” şirkətindən mal əti salosu fırıldağı - Foto

bitmap-img3

Seçmələr

Azərbaycan İsrailə deyil, Ermənistana səs verib?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru