Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quba Soyqırımı Memorial Kompleksində yenidənqurma işləri aparılır

"Quba Memorial Kompleksində yenidənqurma tədbirləri davam etdirilir"


Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli bildirib.

O qeyd edib ki, Quba Soyqırımı Memorial Kompleksində yaranmış vəziyyətin araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin 5 iyun 2016-cı il tarixli sərəncamı ilə təşkil olunmuş Komissiyasının hazırlayıb təqdim etdiyi təkliflər əsasında artıq bir sıra mühüm tədbirlər həyata keçirilib.
 

“İlk növbədə onu qeyd etmək istərdim ki, vaxtilə erməni təcavüzkarları tərəfindən vəhşicəsinə qətlə yetirilərək qeyri-insani şəkildə toplu məzarlara doldurulmuş tarixi məzarlıqda müəyyən yenidənqurma işləri aparılıb, azərbaycanlılarla yanaşı digər millətlərə aid olan buradakı insan sümükləri milli və dini adətlərə uyğun olaraq torpağa basdırılıb, qorunmaq üçün məzarlığın üstü örtülüb. Hazırda Quba məzarlığı ətrafında müəyyən abadlıq işləri aparılmaqdadır”, - deyə o vurğulayıb.

İ. Həbibbəyli həmçinin bildirib ki, Quba məzarlığına 1918-ci ilin qanlı hadisələrini əks etdirən Memorial lövhə vurulması və burada rəmzi abidənin ucaldılması da nəzərdə tutulur: “Müvafiq təşkilatlar memorial lövhənin və rəmzi abidənin hazırlanması üzərində iş aparırlar. Bu işlərin mart ayının əvvəllərinədək başa çatdırılması planlaşdırılır. Azərbaycanlıların Soyqırımı günlərində Quba məzarlığında abidənin ucaldılması və Memorial lövhənin vurulması rəsmi mərasimlə həyata keçiriləcək. Mərasimdə dövlət nümayəndələrinin və geniş ictimaiyyətin, din xadimlərinin iştirakı nəzərdə tutulur”.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar