Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qrizmann qərar verməkdə çətinlik çəkir

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmannın gələcək taleyi hələ məlum deyil


PİA.AZ goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu La Liqanın 38-cu turunda "Eybar"la matçdan öncə klub rəhbərliyinə qalmaq istədiyini bildirib. Futbolçu və klub Fernando Torresin vida matçını keçirməsi səbəbindən bunu açıqlamamaq qərarına gəlib.

Oyun zamanı bir qrup azarkeş Qrizmannı fitə tutub. Baş məşqçi Diyeqo Simeone onların 40-50 nəfər olduğunu deyib. 27 yaşlı futbolçu bu münasibətdən çox məyus olub.

"Atletiko" daha sonra "Barselona"nı azarkeşləri təxribata çəkməkdə ittiham edib. Madrid klubunun iddiasına görə, katalonlar mətbuatda Qrizmannla razılıq əldə etdikləri barədə xəbərləri yaymaqla qarşı tərəfin azarkeşlərini qıcıqlandırıb.

Hücumçunun baş verən xoşagəlməz hadisədən sonra fikrini dəyişib-dəyişmədiyi açıqlanmır. Onun yaxın ətrafı da yekdil məsləhət vermir. Bəziləri futbolçuya "Barselona"ya getməyi, həyat yoldaşı daxil olmaqla bir neçə dostu isə "Atletiko"da qalmağı tövsiyə edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar