Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoy sertifikasiya olsun, təki bu məsələyə bir son qoyulsun...


PİA.AZ təhsil eksperti Nadir İsrafilovun yazısını təqdim edir


Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilib.Layihəyə əsasən “Təhsil haqqında” qanunun 1-ci maddəsinə 6-1 və 8-1 bəndləri əlavə edilir.

Təklif olunan 6-1 bəndində deyilir ki, sertifikasiya – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. 8-1 bəndində isə bildirilir ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən, məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır.

Əmək Məcəlləsinə təklif olunan 67-2 (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikasiyası) maddəsində bildirilir ki, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb olunurlar.

Diqqət çəkən məqam Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna əlavə və dəyişikliklərdən daha çox məsələyə münasibətlə bağlı Təhsil nazirliyi yetkilisinin açıqlamasıdır: “Qaydalar təsdiq edilsə, qanunvericilikdə dəyişikliklər olarsa, müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Təbii ki, sertifikasiyadan keçməyən müəllimlər müəssisədə qalıb işləyə bilməyəcəklər”. Onun sözlərinə görə, nazirlikdə müəllimlərin sertifikasiyası qaydaları hazırlanıb və qanunvericilikdə dəyişiklərin edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib. Hazırda sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyib. bu proses bütün müəllimləri əhatə etməyəcək: “Təbii ki, ilkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirilməsi mümkün deyil. Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyaya da iştirak etməyəcəklər. Ondan sonra attestasiyanın olub-olmayacağı məlum deyil. Çünki ilkin olaraq müəllimlərin sertifikasiyasına başlamaq lazımdır”.

Əvvəla, “Qaydalar” hələ təsdiq edilməyibsə, qanunvericilikdə dəyişikliklər olmayıbsa, sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyibsə, attestasiyanın olub-olmayacağı məlum deyilsə, bəri başdan ajiotaj yaradıb, bu kimi “bəyanatlarla” onsuz da daim səksəkədə olan müəllimlərin əsəbləri ilə oynamağa nə ehtiyac var? Ikincisi, “Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyada da iştirak etməyəcəklər”sə, bu kateqoriyadan olan müəllimlərin taleyinə nəyayət nə vaxt aydınlıq gətiriləcək? Üçüncüsü, əgər sabiq təhsil naziri tərəfindən dəfələrlə “Attestasiyanın keçirilməsi təhsil sisteminin inkişafı üçün labüd haldır. Müəllimlərin bilikləri, nailiyyətləri, təhsil müəssisələrinin nəticələrinə və digər meyarlara görə differensiallaşdırılmış əməkhaqqı tətbiq olunacaq. Attestasiyada müvafiq balı keçə bilməyən müəllimlər ixtisasartırma kurslarına gedə bilərlər” kimi bəyanatlar verilibsə, attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Yox, əgər deyək ki, məsələn, Ukraynanın təcrübəsinə istinad ediriksə, bu ölkədə attestasiyanı nisbətən mücərrəd proses hesab etdikləri üçün onlar bu gün peqaqoqların sertifikatlaşmasına attestasiyaya alternativ variant kimi baxır və sertifikatlaşma ilə  mərhələli şəkildə müəllimlərin atesstasiyasını reallaşdırmaq mümkün olacağına ümid edirlər. Biz isə attestasiyaya hazırlıq mərhələsi kimi artıq neçə illərdir ki, sınaq imtahanlarından və diaqnostik qiymətləndirmədən keçmiş, müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcəyini bəyan etmişik. Bir də ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi hələ tam başa çatmayıb...

Bununla əlaqədar kiçik bir xatırlatma yerinə düşər ki, hələ 1999-cu ildə Dövlət Komissiyası tərəfindən hazırlanmış və mərhum Prezidentimiz tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında “rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımiı diqqət yetirilməməsi” barədə müddəalar xüsusi olaraq vurğulanmış və və bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu.

Bununla əlaqədar, Nazirlər KabinetiAzərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə“ 23 may, 2001-ci il tarixli, 97 №-li qərar da vermişdi. O vaxtın təhsil nazirinin 21 oktyabr, 2002-ci il tarixli, 987 №-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu.Bu məqsədlə attestasiyanın Qaydaları hazırlanmış, Təşkilat komitəsi belə yaradılmışdı. Elə isə, bu 20 ilə yaxın bir müddət attestasiyaya hazırlığa kifayət etmədisə, 150 min müəllimin sertifikasiyadan keçirilməsinə görəsə, daha neçə illər lazım gələcək?

Maraqlıdır ki, 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” Qanunun ümumi müddəalar fəslinin 1 maddəsinin əsas anlayışlar bölməsinə attestasiya, akkreditasiya, nоstrifikasiya kimi anlayışlar daxil edildiyi halda, sertifikasiya barədə qeyd salınmayıb. Yalnız Milli Məclisin 29 dekabr  2015-ci il tarixli iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilərkən bu məsələ yada düşüb.

Sadəcə olaraq, baxaq görək hansı daha münasib səslənir: Attestasiya – (lat. attestatio – şəhadət, şəhadətnamə, təsdiq); Sertifikasiya – (lat. certum - doğru + lat. Facere - etmək)  “Attestasiya”,“sınaq imtahanı”,“könüllü attestasiya”,”lisenziya”,“ diaqnostika”, sertifikasiya” … Ümid edək ki, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması barədə bu yeni təklif  “Təhsil haqqında” qanuna əlavə ediləcək sonuncu dəyişiklik olacaqdır. Qoy sertifikasiya olsun, təki bu məsələyə bir son qoyulsun. Elə çıxmasın ki, ölkəmizdə sanki müəllimdən başqa digər peşə sahiblərinin olmaması barədə çəmiyyətdə arzuolunmaz fikir formalaşsın...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar