Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qovulan rus diplomatları Tramp geri qaytara bilərmi?


ABŞ prezidenti Barak Obama-nın 35 rusiyalı diplomatı ölkədən çıxarması iki dövlət arasında son 25 ilin ən hay-küylü diplomatik qalmaqallarından birinə çevrildi


Bu insident Rusiya rəhbərliyinin ABŞ-a haker hücumunda və prezident seçkilərinə təsir göstərmək cəhdində rəsmən suçlanmasının ardınca baş verdi. Bundan sonra hadisələr necə cərəyan edə bilər? Obama-nın qovduğu rusiyalı diplomatlar yeni prezident Donald Tramp səlahiyyətlərinin icrasına başlayandan sonra geri qayıda bilərlərmi?

“Amerikanın səsi” radiosu bu suallara cavab tapmaqdan ötrü vaxtilə SSRİ Ali Sovetinin deputatı olmuş, keçmiş peşəkar kəşfiyyatçı, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sabiq generalı Oleq Kaluqinin fikirlərini öyrənib. Oleq Kaluqin hazırda Vaşinqtonda Beynəlxalq Casusluq Muzeyinin Direktorlar Şurasının üzvüdür.

Prezident Obama-nın hakimiyyətdən gedərkən atdığı bu son addımlar yeni prezident Trump-ın ilk siyasi qərarlarına necə təsir göstərə bilər?

-Ümumilikdə götürsək, Obama ABŞ-Rusiya münasibətləri baxımından mürəkkəb dövr yaşadı. O, özünü yetərincə aqressiv aparmış Rusiyaya dözümlülük göstərdi. Rusiyanın bu aqressiv davranışı bu gün də qalır. Özü də təkcə Yaxın Şərqdə, yəni Suriyada yox, həm də dünyanın başqa yerlərində. Əminəm ki, Obama-nın getməsi ilə, yeni prezident Rusiya ilə daha mehriban münasibətlər qurmağa meylli olacaq. Çox güman ki, Obamanın həssas yanaşdığı bir çox məsələdə etinasızlıq göstərəcək. Putinin, cavab tədbiri olaraq, ölkəsindən amerikalı diplomatları qovmaması faktının özü ABŞ-ın yeni prezidentinin Rusiyaya sanksiyaları ləğv etmək ehtimalının yüksək olduğunu göstərir.

-Onda qovulan diplomatların da təkrar qayıtmasını istisna etmək olmaz, elə deyilmi? Yoxsa praktikada belə şey olmur? Onların yerinə mütləq təzələri gəlməlidir…

-Bu məsələ fərdi qaydada həll olunur. Bəziləri təkrar ABŞ-a qayıda bilər. Bunu istisna etmirəm.

-Bəs ölkədən çıxarılan diplomatların siyahısının tərtibi neçə baş verir?

-Siyahını xüsusi xidmət orqanları, konkret olaraq, əks-kəşfiyyat hazırlayır və qərar qəbulu üçün Ağ Evə təqdim edir. Həmin siyahıya sonsuz casusluq fəaliyyətləri ilə xüsusi xidmət orqanlarını bezdirmiş şəxslərin adları salınır. Bu şəxslər elə adamlardırlar ki, hansısa casusluq hərəkətində yaxalanmasalar da, onlardan yaxa qurtarmaq lazım gəlir. Bəlkə də ölkədən və şəxsən prezidentdən ötrü elə də pis adamlar deyillər. Amma məsələ ondadır ki, kimin pis, kimin yaxşı olduğunu məhz xüsusi xidmət müəyyən edir. Dövlətlər arasında siyasi qarşıdurmalar yarananda hədəfə, ilk növbədə, məhz belə adamlar gəlir.


-Sizcə, Rusiyanın haker hücumlarında əli olduğuna dair ABŞ-ın kəşfiyyat icmasında yekdil fikir var, yoxsa orda da fikirlər haçalanır? Bəlkə heç yeni prezidentin xüsusi xidmət icması ilə ixtilafına gərək yoxdur?

-Amerikanın xüsusi xidmət icması yeni rəhbərliyə ehtiyatla yanaşır. Xüsusi xidmətin sabiq əməkdaşları arasında tanıdıqlarım var. Onlar fəaliyyətdə olan əməkdaşlarla əlaqə saxlayırlar. Bildirirlər ki, ümumilikdə, yeni prezidentə skeptik yanaşılır. Çünki onun söylədiklərinin bir çoxu xüsusi xidmət orqanlarında böyük narahatlıq doğurur. Ancaq eyni zamanda, Birləşmiş Ştatlarda bu orqanların nə vaxtsa ölkə rəhbərliyinə qarşı açıq-aşkar mövqe qoyduğunu, səs ucaltdığını xatırlamıram. Prezidenti xalq seçir, xüsusi xidmət orqanlarının rəhbərləri isə təyin olunurlar – Prezident və ya digər rəhbərlər tərəfindən. Yəni Amerikada xüsusi xidmət öz yerini bilir. Ona görə də açıq əks-fikir bildirməkdən çəkinəcək. Lakin mümkündür ki, Trampın Rusiya və ya digər ölkələrlə bağlı yeni qərarlarını gözdən salan yazılara mediada hələ çox rast gəlinsin.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar