ABŞ-da "İblisi qovan" ("The Exorcist) romanının müəllifi, rejissor, yazıçı və ssenarist Uilyam Piter Bletti 89 yaşında vəfat edib
Milli.Az Reuters-ə istinadən bildirir ki, roman dünya ədəbiyyatına "qorxulu əsər" kimi düşüb.
Yazıçının xanımının dediyinə görə, Blettinin ölümünün səbəbi qan xərçəngi olub.
"İblisi qovan" (The Exorcist) romanı 1971-ci ildə nəşr olunub və 2 il sonra bu əsər əsasında eyniadlı film çəkilib. Bu filmin ssenarisinə görə, U.Bletti "Oskar" və "Qızıl qlobus" mükafatlarına layiq görülüb.
Məşhur Entertainment Weekly sözügedən lenti "bütün zamanların ən qorxulu filmi" seçmişdi.
pia.az